Kür ilə Arazın qarışdığı yerNeftçala

 

Cari ilin 9 ayı da bu rayonun uğurlu inkişafının yeni mərhələsidir

Günlərə, həftələrə, aylara sığınan il əslində böyük zaman kəsiyində elə də böyük vaxt deyil. İçərisində yaşadığımız ilsona yetmək üzrədir. Ancaq hər saatı, hər günü ən müxtəlif qayğılarla yaşananda ilin ömrü kifayət qədər uzundur. Bu baxımdan ölkənin hər yerində son vaxtlar həyata keçirilən uğurlu sosial-iqtisadi layihələr ötən hər ilin çiyinlərinə böyük məsuliyyət qoyur və tarixləşir.

Kürlə Arazın qovuşağında yerləşən Neftçala rayonu da bir azdan başa çatan 2012-ci ili boş əllə yola salmayacaq. Hələ buna xeyli qalsa da, 9 ayın statistik rəqəmləri bunu deməyə əsas verir.

Neftçala rayonunun maraqlı tarixi var. Rayon 1940-cı ildə təşkil edilsə , 1959-cu ildə ləğv edilərək Salyan rayonuna birləşdirilmişdir. Kür-Araz ovalığının şərqində yerləşən, elə şərqdən Xəzər dənizi ilə əhatə edilən Neftçala rayonu 1973-cü ildə yenidən yüksələn rayon kimi ölkə xəritəsinə düşmüşdür. Mərkəzi Neftçala şəhəri olan bu rayonun 1451 kvadrat kilometr ərazisi var. Səthi düzənlik olan rayonun Bankə, Xıllı, Həsənabad qəsəbələrindən başqa irili-xırdalı 50-yə kimi kəndləri var. Dəniz səviyyəsindən 22 metr aşağıda yerləşən rayon neft, qaz, yod, brom, xörək düzü kimi faydalı qazıntılarla zəngindir. Rayon iqtisadiyyatının əsasını da neft, qaz hasilatı, əkinçilik maldarlıq təşkil edir. Kür çayı, Bala Kür kanalı, Mərkəzi Muğan kollektoru bu rayonun ərazisindən keçir. Tuqay meşələrinin, Şirvan Milli Parkının bir hissəsi Neftçala ərazisindədir.

"Neftçala rayonunun magistral yoldan kənarda yerləşməsi o demək deyil ki, bu bölgəyə az diqqət yetirilməlidir, əksinə, buraya daha çox diqqət yetirilməlidir. Son illərdə Neftçalada gedən abadlıq-quruculuq işləri, rayonun inkişafındakı müsbət dəyişikliklər ümumən iqtisadi potensialın artması burda ciddi irəliləyişlərin olduğunu göstərir. Bu çox sevindiricidir həmin yüksəliş prosesinə daha böyük dəstək verilməlidir". Bu fikrin müəllifi isə Azərbaycan Respublikasının Presidenti İlham Əliyevdir. Bir neçə il öncə deyilmiş bu fikrin, tövsiyyənin miqyası bu gün Neftçalada daha böyükdür.

Təsdiqini tapan söz

Ölkə Prezidentinin Neftçala haqqında dediyi sözlər rayon rəsmilərinin, eləcə yerli sakinlərin üzərinə çox böyük məsuliyyət, etimad qoymaqla öz nəticələrini elə çox gözlətmədi. Qısa vaxtda Neftçala şəhəri öz simasını tanınmaz dərəcədə dəyişdi. Yeni inzibati yaşayış binaları inşa edildi. Park meydançaların salınması, yaşıllıqların artırılması, yeni ağac gül kollarının əkilməsi gündəlik həyat qayğısına çevrildi. Yolların, səkilərin genişləndirilməsi, abadlaşdırılması elliklə həyata keçirildi. Rayon mərkəzi Neftçala şəhəri gözəl bir məkana çevrildi.

Haqqında danışılan vaxt çərçivəsində bu işlər bir qədər genişləndirildi. Şəhərin Heydər Əliyev prospektində Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Heydər Əliyev Mərkəzinin tikintisi, prospekt boyunca aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirildi. "Aqrartikinti Müəssisəsi" MMC tərəfindən şəhərin park meydançalarında 314074 manatlıq əsaslı təmir işləri aparıldı.

"Aran-4" MMC 140202 manat dəyərində yol təmir işlərini həyata keçirdi. "Sirac Təmir-Tikinti" MMC Bankə qəsəbəsində Səməd Vurğun adına parkda digər işlərdə 39949 manat məbləğində vəsait sərf etdi. Qəsəbənin Kommunal Müəssisələri Kombinatı sanitar təmizliyə, yaşıllaşdırma işlərinə 29068 manat xərclədi. Rayonun səhiyyə, təhsil, mədəniyyət obyektlərində, inzibati ərazi nümayəndəliklərində "Təmir-Tikinti" MMC 56900 manat cari təmir işləri gördü.

Neftçala şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Xıllı qəsəbə Kommunal Müəssisələri Kombinatı da küçələrin təmizlənməsinə, yaşıllıqların salınmasına müvafiq olaraq 112217 5200 manat vəsait sərf etmişlər.

Rayonun təmir-tikinti təşkilatları, digər qurumlar tərəfindən aparılan işlərin həcmi 4950000 manata yüksəlmişdir.

"Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2012-ci il tarixli sərəncamına əsasən 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun yenidən qurulmasına ilk mərhələdə ayrılan 5 milyon manat vəsaitin 2,5 milyon manatı təyinatı üzrə istifadə edilmişdir.

39 saylı Yol İstismar İdarəsi yolların saxlanmasına təmirinə 538 min manat xərc çəkdi.

Bütün bunlar deməyə əsas verir ki, ölkə prezidentinin Neftçala haqqında dediyi sözlər qısa vaxtda uğurla həyatda öz əksini tapdı.

Təhsilə diqqət qayğı həmişə önəmlidir

Dünyanın ən böyük mütəfəkkirləri, alimləri, üləmaları, ağıllı imperiya rəhbərləri belə insanların gözüaçıq, təhsilli olmasına çalışmışlar. "Sonda elm qalib gələcək" deyimi zaman-zaman beləcə formalaşmışdır.

Neftçala Təhsil Şöbəsi rayonun təhsil müəssisələri elmin səviyyəsini yüksəltmək, gənc nəslə daha yaxşı mənəvi keyfiyyətlər aşılamaq üçün bütün vasitələrdən istifadə edirlər. Buna görə bu il ali məktəblərə sənəd verən 332 nəfər məzundan 163 nəfəri tələbə adını qazanmışdır. Bağırlı Nigar İlqar qızı, Bəşirli Leyla Elşad qızı Prezident Təqaüdünə layiq görülmüşlər.

Rayon təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Xıllı qəsəbə 2 saylı tam orta məktəb üçün 220 yerlik yeni məktəb binası tikilərək tədris ilinə qədər istifadəyə verilmişdir. II Qaralı kənd tam orta məktəbi üçün 200, Xəzər kənd orta tam məktəbi üçün 260, Yuxarı Qaramanlı kənd orta məktəbi üçün 360 yerlik məktəb binalarının inşasına başlanmışdır.

Daha çox təmirə ehtiyacı olan məktəblərin təmiri üçün yerli büdcədən 36 min manat ayrılmış, təmir işləri keyfiyyətlə başa çatdırılmışdır.

2012-ci ilin 9 ayı ərzində rayon məktəblərinə 108,5 min manatlıq inventar və avadanlıqlar verilmişdir.

 

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

 

Ədalət.-2012.-8 dekabr.-S.4.