YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

PUBLİSİST-YAZAR: MÖHBƏDDİN SƏMƏD-2

 

"Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altımışıncı illəri təkcə bizim məmələkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR adıya bir dərnək də var.Həmişə gönlüm istəyib ki, belə bir təşkilat və ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı, Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sornakı nəsil tərəfindən heçgönül xoşluğu ilə qarışılanmayıb. Mən kiminsə müdafisinə qalxmaq məqamından uzağam. Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.Daşlaşmış "ALTIMIŞINCILAR" sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdir bunlar?

- Gəncliyində daha çox sənət publisistikası ilə məşğul idin. Sonradan meylini elmi-publisistik yazılara və o sıradan olan insanların həyatına həsr etdin. Bu sahədə gözəl kitablarınız da var. Bu seçim hardandır?

- Bu seçim məndə hələ tələbəlik dövrlərindən olub. Həmin istiqamətdə özümü ifadə etmək isə "Azərbaycan gəncləri" qəzetində başlayıb. Orada işlədiyim çağlarda hiss etdim ki, əməkdaşların hamısı bir-biri kimi yazır və bu yazıları oxumaq mümkün deyil. Həmişə araşdırmalar, sosioloji tədqiqatlar fonunda yazılar yazmağa meylli olduğum üçün başladım bu yöndə yazılar yazmağa. Bu yazılar çap olunandan sonra məlum oldu ki, oxucuların belə yazılara böyük ehtiyacları var. Axı, çap olunan yazılar təkcə buya digər problemləri sadalamaqdan, xatırlatmaqdan ibarət deyil. Onu doğuran sosial mühit vardır. Bu mühitin elmi sosioloji kökləri araşdırılmalı, aradan qaldırılması yolları göstərilməlidir. Belə yazılar yazmaq isə xeyli vaxt tələb edir. Gərək buya digər problemləri araşdırasan, sosioloji köklərini tapasan. Əlbəttə, az maaşqonorar alan jurnalist üçün bu o qədər də sərfəli deyil. Belə şeyləri yalnız özünə və imzasına hörmət edən yazar edə bilər. Mən gəncliyimdə olduğu kimi indi də sənət və elmi publisistik mövzularda yazmağı davam etdirirəm. Bunların heç biri, biri o birinə mane olmur. Əksinə, bir-birinin dayağına çevrilir, bir-birindən qaynaqlanır.

- Bu paralelizm sizi yorub usandırmırmı?

- Bilirsinizmi, bir yazar kimi informasiyanı mən həmişə jurnalistikadan almışam. Jurnalistika mənə gerçəkliklə daimi əlaqə saxlamağa imkan yaradır.

- Universiteti qurtarandan sonra xeyli işsiz qaldığın, qonorar almaq üçün radioya verilişlər hazırladığın yadıma gəlir. Bəs necə oldu ki, birdən "Bakı" qəzetində işə düzəldin. Çünki o vaxtlar beş-altı qəzet vardı. Onlarda işə düzəlmək müşkül məsələ idi?

- Açığını deyim, bu təsadüfi oldu. Bir dəfə yeni hazırladığım verilişi radionun musiqi şöbəsinə verib evə getmək üçün Baksovet - indiki İçərişəhər metrosuna qayıdırdım. Metronun qənşərində "Bakı" "Baku" qəzetlərinin redaktoru Nəsir İmanquliyevlə yolumuz çarpazlaşdı. O, universitetdə müəllimimiz olmuşdu. Elə onda universitetdə mühazirə oxumaqdan qayıdırdı. Salam verib ötüb keçmək istədim. Məni saxladı. Sonra qayğıkeşliklə soruşdu: "Mirzə, (o, bütün yazarlara belə müraciət edirdi) işə düzələ bilmisənmi?" Dedim: "Yox". Bir qədər fikrə gedib sonra dilləndi: "Sabah saat üçdə gələrsən yanıma, bir şey fikirləşərik". Necə demişdi, elə etdim. Səhəri gün saat 3-də getdim Nəsir müəllimin yanına. Əvvəlcə məni sorğu-suala tutdu, ailə vəziyyətimlə maraqlandı. Sonra mətləbə keçdi: "Ədəbiyyat incəsənət şöbəsində bir boş ştatımız var. Əvvəllər sənin tələbə dostun Nüsrət Kəsəmənli orada işləyirdi. İndi onu orduya xidmətə aparıblar. Hələlik işlə orada, sonrasına baxarıq".

 

Mən imtina edib dedim: "Nəsir müəllim, bayaq özünüz dediniz ki, Nüsrət Kəsəmənli tələbə dostumdur. Mən dostumun yerində işləyə bilmərəm, ürəyimə pis gələr". Diqqətlə üzümə baxım daxili telefonun dəstəyini götürdü. Kiməsə: "bura gəl" deyib üzünü mənə tutdu: "Mirzə, sən Nüsrətə görə narahat olma. O mənlikdir. Nüsrət ordudan qayıdana qədər çox sular axıb durulacaq".

O, fikrini yenicə yekunlaşdırmışdı ki, öncə daxili telefonla zəng vurub "bura gəl" dediyi qadın içəri daxil oldu. Nəsir müəllim ona mənim "Ədəbiyyat incəsənət" şöbəsində yarım ştatlıq işə qəbul olunmağım barədə əmr hazırlamağı, məndən lazım olan sənədləri almağı tapşırdı. Beləliklə, "Bakı" qəzetinin əməkdaşı oldum. Maaşım çox az, 40 manat idi. Bir o qədər qonorar alırdım. Amma ürəyimcə idi. Di gəl tələbə dostumun yerində işləmək, az maaş qonorar almaq xoşuma gəlmirdi. Həm bu qəzet əsasən xəbərlər qəzeti olduğundan mən özümü tam ifadə edə bilmirdim. Ona görə "Azərbaycan gəncləri" qəzetinə can atırdım. Beş-atlı ay işləyəndən sonra elə gətirdi ki, "Azərbaycan gəncləri" qəzetində bir nəfər (Davud Abdulkərimov) dünyasını dəyişdi. O vaxtlar "Azərbaycan gəncləri" qəzetinin redaktoru Şamil Fərzəliyev (Şamil Xurşud) idi. O, məni yaxşı tanıyan redaksiya əməkdaşlarının tövsiyəsi ilə işə dəvət etdi. Bu barədə Nəsir müəllimə deyəndə bərk əsəbiləşdi. Dedi: "a bala, bizim qəzet Bakı Partiya Komitəsinin qəzetidir, jurnalistlərin əksəriyyəti burada işləməyə can atır. Sən başlamısan ki, mən "Azərbaycan gəncləri" qəzetinə işə keçirəm. Yox, mən səni buraxa birlmərəm. Bir qədər səbirli ol, bir azdan səni bütöv ştata keçirəcəm, həm bir neçə ilə ev verdirəcəmg"

- Ömür yolu deyilən bir yol təbii ki, hər bir adam üçün təkrarsız hesab olunur. Keçdiyin bu ömür yolundan razısanmı?

- Mən razı olsam da, olmasam da, artıq bu yolu keçmişəm. Bir ki, əyalətdən gələnlərin 95 faizi bu yolu özlərindən asılı olmayaraq keçməli olurlar. Bəyəm sən, Tofiq Abdin, Vidadi Paşayev, Vidadi Məmmədov, İsa İsmayılzadə, Nemət Veysəlli, Azər Abdulla, Şəmistan Nəzirli başqaları həmin yolu keçməyibsinizmi?! Düzdür, bu yol hər birimiz üçün təkrarsızdır. Sizi deyə bilmərəm, amma mən təzədən bu təkrarsız yolu yenidən keçmək istəməzdim. Çünki bu yolun ağrısı, acısı hələ bədənimdən çıxmayıb.

- Azərbaycan publisistikasının 60-cı illər havasında sənin adın həmişə çox hörmətlə çəkilir. yazdığın bir çox publisistik yazılar uzun illərdir ki, unudulmur. Məncə, bundan sonra hələ uzun illər unudulmayacaq. Bu fakt olaraq qalır hərgah sənin o illərini bir etap, mərhələ kimi götürsək, jurnalistika üçün nəyi ən önəmli hesab edirsən?

- Yazı-pozu, publisistika, jurnalistika üçün çox önəmli şeylər var. Birincisi, yazdığını bilməlisən, ikincisi içindən düz olmalısan, qərəzçiliyə yol verməməlisən, təmənnan olmamalıdır.

Yəqin ki, sən yaxşı xatırlayırsan, ötən əsrin 60-cı, 70-ci illərində keçmiş sovetlər məkanında bədii sənədli publisistikaya böyük önəm verildi. "Literaturnaya qazeta", "Komsomolskaya pravda" qəzetlərində, eləcə də "Novıy mir", "Drujba narodov", "İnostrannaya literatura" jurnallarında bu janrın ən yaxşı bədii və sənədli nümunələri dərc edilməyə başladı. Yadımdadır, Sergey Zalinkinin, Rasputinin, Vladimir Salauxinin, Nodar Dumbadzenin, Eduard Mejolaytesin Baykal və Aralıq gölləri, milli adət-ənənələr, xalq yaradıcılığı, etnoqrafik problemlər barədə bu qəzet və jurnal səhifələrində geniş publisistik yazılar verilir, diqqətçəkən polemika və mübahisələr gedirdi. Oxucular bu publisistik yazıları maraqla oxuyub ləzzət alırdılar.

Çox təbii ki, bu proses Azərbaycanda yaşayıb-yaradan yazıçı və publisistlərdən də yan keçmirdi. Daha dəqiq desək, onlara da öz təsirini göstərirdi. Elə bunun nəticəsidir ki, yazıçı Anar, publisist Emil Ağayev, şair-publisist Tofiq Abdin, Siyavüş Sərxanlı, publisist Nemət Veysəlli, Vidadi Məmmədov, Yusif İsmayılov, Tofiq Məmmədov və onlarla başqaları bu janrda çox qiymətli nümunələr ortaya qoya bildilər.

Yeri gəlmişkən, publisistika, jurnalistika üçün önəmli olan bir xarakterik xüsusiyyəti də yada salmaq istəyirəm. O yazardan intellektual və savadlı olmağı tələb edir. Xüsusən də çağdaş günlərimizdə.

 

(DAVAM EDƏCƏK)

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

Ədalət.-2012.-22 dekabr.-S.15.