"Aran"ın maraqlı tədbirləri

 

Əsrlərdən bəri xalqımıza məxsus olan mənəvi dəyərlərimizin, ədəbi abidələrimizin, dünya şöhrətli klassik yazıçı və şairlərimizin, elm, mədəniyyət və incəsənət xadimlərimizin ədəbi irsinin qorunmasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin müstəsna xidmətləri və özünəməxsus ənənələri vardır. Bu xeyirxah ənənəni muzeyin ::::Aran:::: regional şöbəsi uğurla davam etdirir. Şöbənin xətti ilə bu istiqamətdə son vaxtlar bir sıra maraqlı, məzmunlu tədbirlər həyata keçirilmişdir. Bu baxımdan dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi, ustad aşıq Şakir Hacıyevin 90 illiyi, istedadlı aktyor, xalq artisti Mikayıl Mirzənin anadan olmasının 65 illiyi münasibətilə keçirilmiş yubiley tədbirləri buna əyani misal ola bilər.

::::Aran:::: regional şöbəsinin dahi şairimiz N.Gəncəvinin 870 illiyi münasibətilə Kürdəmir şəhər 1 saylı orta məktəbdə keçirdiyi yubiley tədbiri öz dərin məzmunu əhatəliliyi ilə müəllim şagirdlərin böyük marağına səbəb oldu. Tədbirdə folklorşünas alimlər - Azərbaycan MEA Folklor İnstitutunun şöbə müdiri Seyfəddin Rzasoy, Azərbaycan MEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri Kamil Hüseynoğlu, eləcə tədbirin aparıcısı olan ::::Aran:::: regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadırqızı başqaları dahi mütəfəkkir Nizami Gəncəvinin zəngin yaradıcılıq xüsusiyyətlərindən, onun ümumbəşəri dəyərlərə verdiyi əvəzsiz töhfələrdən konkret faktlar ədəbi nümunələr əsasında söhbət açmışlar.

Belə bir fikir ifadə olunmuşdur ki, bütün elmlərdən xəbərdar olan şair mütəfəkkir Azərbaycanda doğulsa da, əslində bu böyük düha, böyük şəxsiyyət bütün dünya üçün yaranıb. Onun təkrarolunmaz əsərlərindən tək bir məmləkət deyil, bütün dünya bəhrələnir. Əsərlərinin dərin fəlsəfi məna yükünə, hikmət dolu çalarlarına görə dahi Nizami ümumbəşəri şairdir. Odur ki, bu böyük mütəfəkkirin fəlsəfi dühasının mütəmadi surətdə öyrənilməsi təbliğ olunması həmişə olduğu kimi, bu gün aktualdır.

Yubiley mərasimində Nizami Gəncəvinin fikir, düşüncə hikmət dünyasına dərindən hərtərəfli bələd olmaq üçün onu daim öyrənib təbliğ etmək, gələcək nəsillərə çatdırmaq zərurətinə xüsusi önəm verilmişdir.

Məktəb şagirdlərinin ifasında Nizami Gəncəvinin ayrı-ayrı əsərlərindən ibarət səhnəciklər nümayiş etdirilmişdir.

 

* * *

::::Aran:::: regional şöbəsinin Kürdəmir rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi yubiley tədbirində 90 illiyi qeyd edilən ustad aşıq Şakirin unudulmaz xatirəsi hörmətlə, ehtiramla yad edilmişdir.

Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadırqızı, folklorşünas alimlər Məhərrəm Qasımlı, Seyfəddin Qəniyev, Elxan Məmmədli, Ağaverdi Xəlil başqaları aşıq Şakirin qeyri-adi, özünəməxsus yaradıcılığından söhbət açmışlar.

Tədbirdə iştirak edən Şirvan aşıqları - Yanvar Bədəlov, Əvəzxan Xankişiyev, Ağamurad Mərzəngəli, Əhliman Şirvanlı, Məhəmməd Ağsulu, Elman İsmayıllı aşıq Şakirin mahnılarından nümunələri ifa etmişlər.

 

* * *

Respublikanın xalq artisti mərhum sənətkar Mikayıl Mirzə qeyri-adi istedad sahibi kimi xatirələrdə möhkəm iz salmışdır. O, tanınmış ədəbi qiraətçi olmaqla, həm də bir aktyor kimi yaddaqalan obrazlar yaratmışdır. O, həm bəstəkar idi, həm şair idi. Bütövlükdə isə qəlbləri, duyğuları oxşayan həssas bir ürək sahibi idi.

Bütün bunlar barədə ::::Aran:::: regional şöbəsinin Ağsu rayon İcra Hakimiyyəti ilə Ağsu şəhərində keçirdiyi yubiley mərasimində ətraflı bəhs edilmişdir.

Xalq artisti Mikayıl Mirzənin 65 illiyinə həsr olunmuş həmin tədbiri giriş sözü ilə ::::Aran:::: regional şöbəsinin müdiri, folklorşünas alim Yaqut Bahadırqızı açmışdır.

Yubiley mərasimində Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, millət vəkilləri Ərəstun Cavadov, Aqil Abbas, respublikanın xalq artistləri İlham Əsgərov, Nurəddin Mehdixanlı və başqaları Mikayıl Mirzənin sənətkarlığı, həyat və fəaliyyəti barədə söz açmış, xatirələrini söyləmişlər.

Ədəbi qiraət ustası Laləzar Mustafayeva maraqlı ədəbi nümunələrlə çıxış etmiş, tanınmış müğənni Elnarə Abdullayeva öz ifası ilə yubiley mərasimini daha da mənalandırmışlar.

 

Tofiq Abdullayev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ədalət.-2012.-28 dekabr.-S.7.