XOCALI

  

   Xalqın qanlı səhəridi - Xocalı!

   Xalqın qəmi-qəhəridi - Xocalı!

   Xalqın şəhid şəhəridi - Xocalı!

   Xocalı - inləyən rübabımızdır!

  

   Xocalı - tarixin ötən harayı,

   yaddan çıxan, itən harayı!..

   Xocalı - bu xalqın vətən harayı,

   Xocalı - bu xalqa xitabımızdır!

 

   Daşnaq məkri, xislətidi - Xocalı,

   Hayın kini-nifrətidi - Xocalı

   Türksoylunun qismətidi - Xocalı,

   Xocalı - "Əlifba" kitabımızdır!

 

 

   Ələddin İNCƏLİ

 

   Ədalət.-2012.-25 fevral.-S.20.