ZAMANIN QİYMƏTİNİ ANLADAN KİTAB

 

   yaxud "yaradıcılıq hesabatı"

 

   "ZAMAN xəbərzis ötdü" kitabını mütaliə edərkən hörmətli yazıçımız Anarın bu sözlərini xatırladım: "Yaxşı kitabla tanışlıq uzun müddətli ünsiyyətdir, möhkəm dostluqdur, mehribançılıqdır".

   Bu mehribançılığı, bu ünsiyyəti hər cümləsi, hər səhifəsi Vətən, torpaq, sevgisi ilə çulğalaşan bu əsərdə duydum, gördüm. Orada bütün varlığı ilə azərbaycançılıq ideologiyasını elm müstəvisinə qaldıran bir alim hikmətini, Vətən, torpaq sevgisinə bürünmüş bir şair duyğusunu, hər sözündə, amalında millətinin, dövlətinin tərəqqisini təbliğ edən bir publisist, jurnalist çağrışını sezdim...

   Və özümdə hiss etmədən hər şeyə məlhəm olan Zaman, Vaxt haqqında düşündüm. "İnsanın baxtına çıxan ən vacib şey-Vaxtdır, Zamandır. Vaxtdan uca yal-nız İnsan dura bilər. Vaxtın üstündə qanadlanıb pərvaz etmək qüdrəti yalnız bəşər övladına xasdır...". O, bəşər övladı ki, qəlbini, kölnünü söz dünyasına verib, sözün sehrinə düşdü, sözü ilə qəlblərə məlhəm oldu, sevindirdi, ovundurdu qəlbləri. Za-manın, məkanın sehrində söz qalasını ucalddı.

   "ZAMAN xəbərsiz ötdü"nü mütaliə edərkəndə bir daha zamanın necə böyük dəyərə sahib olduğunu duydum. Və elə onu oxuyarkən zamanımın da xəbərsiz ötdüyünə sevindim. Düşündüm, daşındım, dühaların hikmətini sezdim, qürür duy-dum dahi Mirzə Cəlilə, onun əzəmətli azərbaycançılıq təliminə cağrış gördüm bu kitabda.

   "Tarixin bütün dövrlərində parçalanıb, bölünmüş türk elinin Azərbaycan boyda özəyini sevməyin elmi də var, adına azərbaycançılıq deyirlər. Bu boş yer-dən ortaya atılan, beyinlərə yeridilən dəyər yox, gücünü "Anamın kitabı"ndan alan əvəzi olmayan, qiyməti bilinməyən bir dəryadır" söyləyən ön sözün müəllifi Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədli bu fikri nə qədər gö-zəl və ətraflı şərh edib. "Zaman xəbərsiz ötdü" kitabını "yaradıcılıq hesabatı" adlandıran müəllif "Ümidlər və arzular şairəsi" adlandırdığı ön sözündə filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist Sona xanım Vəliyevanın yaradıcılıq yolunu həm elmi baxımdan, həm də bədii aspektdən çox ətraflı və maraqlı şəkildə açıqlaya bilib.

   Bu ön sözü oxuyarkən xəyal məni necə il bundan əvvələ apardı. Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevdən müsahibə alırdım. Söhbət zamanı yazı ma-sasının üzərindəki bir kitabı göstərərək dedi: "Yaxşı kitabdır. Ön söz o qədər əha-təli yazılıb ki, bütün diqqətimi cəlb etdi. Mütləq onu oxumalıyam".

   "Zaman xəbərsiz ötdü"ünün ön sözündə oxuyarkən Yaşar müəllimin bu sözlərini xatırladım. Sona xanımın bir alim, şair, publisist, jurnalist və ən başlıcası vətənpərvər, millətsevər bir vətəndaş, azərbaycanlı kimi portret cizgilərini ustalıqla canlandıra bilən Natiq müəllim yazır":...Dəyərli oxucu, əlində tutduğun bu kitab bir hesabatdır, ömrün dolğunluğuna heyrətlənəcək bir hesabat. Səni düşündürən və ömrün boyu da düşündürəcək mövzular haqqında olan hesabat. O, mövzular ki, xəyalında, ürəyinin ən təmiz yerində sənə hakim kəsilən Vətən, torpaq, yurd sevgisi, nisgili... ".

   O, yurd sevgisi ki, hər sözündə, hər misrasında duyularaq bizi ata yurdumuza, uşaqlıq cağlarımıza aparır. Bu haqda xalq şairi Sabir Rüstəmxanlı gözəl deyir: "Sona xanımın şeirləri ürəyimizdə vətən havasını, uşaqlıq dünyamızın xiffətini əsdirir, yenidən tərk edilmiş ocaqlara qaytarır ...".

   Doğrudur poeziyamızda bu mövzulara dönə-dönə müraciət edilib. Amma Sona xanım ona yeni məzmun verərək özünəməxsusluqla təzələyir, oxucusunun qəlbinə, ruhuna hakim kəsilir. Bununla da xanım şairə zamanının necə ötdüyündən xəbərsis olur. Çünki bu zaman xoş duyğulara çulğalanıb ötərək, gövrək, həzzin bir şair qəlbində əriyib gedir.

   Sona xanım yalnız poeziyada deyl, jurnalistlik və publisistik fəaliyyətində də zaman, məkan məfhumunu, milli dəyərləri, etik-estetik normalara bağlılığı əks et-dirə bilən bir qələm əhlidir. 1999-cu ildən "Kaspi" qəzetinin bütün ağırlığı onun zərif çiyinləri üzərindədir. Elə jurnalistlik fəaliyyətinin də mühüm hissəsi bu qəzetlə bağlıdır. Klassiklərimizin ruhu duyulan "Kaspi"yə yeni həyat verməklə Sona xanım mətbuat tariximizdə yeni bir ənənənin -tarixi varislik ənənəsinin əasını qoydu. Xanım yazar, xələfi olaraq sələflərinin tarixi missiyasını layiqincə yerinə yetir-məyə başladı. Hətta müsahibələrinin birində Sona xanım deyir ki: "...Jurnalistika digər peşələrdən fərqli olaraq elə bir fəaliyyətdir ki, bu sahənin romantikasıl ilə yaşamasan, orada yaratmaq mümkün deyil. Jurnalist romantikasını həmişə içimdə yaşatmışam və ömrümün son gününə qədər onu yaşatmağa çalışacağam. Bu çox vacib keyfiyyətdir".

   İlk dəfə "İşıqlı yol" qəzetində çap olunan, ədəbi aləmə qədəm qoyan Sona xanımın həyat və yaradıcılıq yolu da işıqlı, nurlu oldu. Daima Tanrı sevgisinə sı-ğınan Sona xanım Azərbaycan mətbuatında və ədəbiyyatında öz sözü, öz amalı ilə tanınan qələm, kalam əhli kimi sevilir, oxunur. Bu sevgidən "Arazbarı", "Çəhrayı rəngli dünyam", "Zaman xəbərsiz ötdü" və daha necə kitabları yarandı...

   Beş bölmədən ibarət olan "Zaman xəbərsi ötdü" kitabı "Portret cizgilər" adlı bölmə ilə başlayır. Bu bölmədə Sona xanımın həyat yolundan, ədəbi aləmə gəlişindən bəhs olunur. Həmçinin bu bölmədə onun müxtəlif vaxtlarda verdiyi müsa-hibələr də yer alır. Bu müsahibələrdə biz yaradıcı, ziyalı Sona xanımla yanaşı qayğıkeş, mehriban, səmimi bir ana, ömür-gün yoldaşı Sona xanımla da rastlaşırıq. Yaradıcılığında olduğu kimi həyatda da sadə, səmimi, istiqanlı, diqqətcil olan Sona xanım da dağ əhlinə xas olan bir sadəlik, səmimilik var. Bunu "Salam, ata" adlı şerində belə bəyan edir:

  

   Salam, ata, mənəm,

   gəlmişəm,

   Sən demişkən,

   sənin şəhərli balan...

   Amma elə deyil, Vallah,

   Mən şəhərli olammadım.

   Şəhərdə yaşadım, amma

   Şəhərli olammadım.

 

   ("Amma yaxşı şəhərli ola bilmədiniz, Sona xanım. Onda bəlkə bu saflığı, bu səmimiyyəti itirərdiniz?).

   Sona xanımın istər poeziyasında, istər publisistik yazılarında ata yurduna, elinə-obasına, doğulub, böyüyüb, boya-başa catdığı torpağa bağlılıq çox güclüdür. Bu mövzuda olan şeirlərində həm ictimai motivlər üstünlük təşkil edir. Bəlkə oradan qaynaqlanır ki, şairə xanım həm cəmiyyətlə, həyatla, məişətlə bağlı problemlərə biganə qalmır, onların həlli yollarını arayır, axtarır. "Açaq qapıları", "Ehtiyac", "Kasıblıq", "Kimsə yoxdur ağı desin bu kəndə", "Bir havasız hava çalın" b. şeirlərində müəllifin bir vətəndaş kimi ürək yanğısı, narahatlığı hiss olunur.

   Bu fikirlərlə "Çəhrayı rəngli dünyam" bölməsində də rastlaşdım. Onun haqqında görkəmli sənət və ədəbiyyat xadimlərinin maraqlı, dəyərli fikirləri, müxtəlif qəzetlərdə çap olunan məqalələri bir daha bunu sübut edir.

   "Publisistik etüdlər" bölməsində Sona xanımın ayrı-ayrı vaxtlarda yazdığı publisistik məqalələri yer alıb. "Müstəqilliyimizin iyirminci ilində mediyanın inkişafına baxış", "30 illik ilahi ömür", "Molla Nəsrəddin" və Azərbaycan", "Qaldı hicran umuduna", "Vətənpərvərlik və qeyrət birləşəndə", "Üç əsrin qəzeti-"Kaspi"dən "Kaspi"yə" sərlövhəli bədii publisistik məqalələr həm də Sona xanımın tədqiqatçılığından xəbər verir. Azərbaycan mətbuatı tarixində, onun inkişafında silinməz yeri və izi olan "Molla Nəsrəddin", "Kaspi" mətbu orqanları haqqında döv-rü mətbuata və arxiv sənədlərinə əsaslanaraq maraqlı və dəyərli fikir söyləyən təd-qiqatçı alimin araşdırmaları davam etməkdədir.

   Hörmətli oxucu! Sona xanım məqalələrindən birində yazır ki: "Dünyada üç şey təmənnasız, qarşılıqsız olaraq dəlicəsinə sevilir. Bu, Tanrıya, yurda və anaya olan məhəbbətdir". Bu müqəddəs, bu ülvi məhəbbəti hər cümləsində duymaq istəyirsənsə "ZAMAN XƏBƏRSİZ ÖTDÜ"nü bir nəfəsə oxu. Oxu ki, qəlbinə bir daha Tanrı sevgisi, torpaq qeyrəti, ana məhəbbəti dolsun!

 

 

   Qərənfil Dünyamin qızı,

   BDU-nun Mətbuat tarixi kafedrasının

   müəllimi, fəlsəfə doktoru

 

   Ədalət.-2012.-26 iyul.-S.4.