BÖLGƏNİN MƏRKƏZİ RABİTƏ MÜƏSSİSƏSİ

 

   Bugünkü inkişafın təməl dövrü

  

   Ölkəmizdə rabitə sektorunun inkişaf strategiyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf perspektivlərinin respublikanın sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev artıq ötən əsrin yetmişinci illərində bu sahəyə xüsusi diqqət yetirmişİnformasiyaKommunikasiya Texnologiyaları sektorunun bugünkü inkişafının təməlini qoymuşdur.

   Uğurla davam etdirilən bu proses Azərbaycanın müstəqilliyinin ilk illərində də ciddi xarakter almışdı. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu

   Bu gün Azərbaycanda gələcəyə istiqamətlənən, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da məhz bu siyasətin tərkib hissəsidir.

 

   Böyük müasirləşmə proqramı

 

   Hələ Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının müzakirələri zamanı Prezident İlham Əliyev informasiya və kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdi. Azərbaycan Respublikasının Prezidenti İKT sektorunun inkişafına həmişə yüksək dəyər verir. "Biz informasiya texnologiyaları sektorunun inkişafına böyük vəsait ayırırıq. Kosmik sənayeyə xüsusi diqqət yetiririk. Öz peykimizi buraxmağı planlaşdırırıq. Beləliklə, böyük müasirləşmə proqramı həyata keçirilməkdədir". Bu sitat cənab Prezidentin çıxışlarındandır.

 

   Uğurlu nəticələr

 

   Ölkənin şimal-qərb bölgəsində Şəki rayonunun özünəməxsus əhəmiyyət daşıyan yeri var. Son vaxtlar qədim Şəkinin çoxistiqamətli inkişafı da diqqəti cəlb etməkdədir. Rayon rəhbərliyi Şəkinin ən birincilər sırasında qərarlaşacağına israrlıdır. Sevindirici haldır ki, rayonun rabitə sisteminin fəaliyyəti də nümunəvidir. Şəki telekommunikasiya qovşağı bütün göstəricilər üzrə uğurlu nəticələr qazanmaqdadır. Şəki rayon Telekommunikasiya Qovşağının rəisi, təcrübəli mütəxəssis Məmməd Əhmədovla söhbətimiz zamanı o, görülən işlər barədə ətraflı məlumat verdi:

   - Ölkə başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nətcəsində respublikamızda qeydə alınan sürətli sosial-iqtisadi inkişaf fonunda informasiya- kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir, əldə edilən gəlirlərin həcmi artır, bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəlir. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi, Azərbaycan, bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir ki, bu gün ölkəmiz İKT sektoru üzrə regionda lider mövqeyini qoruyub saxlamaqdadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Aztelekom İstehsalat Birliyi və rayon rəhbərliyi tərəfindən yaradılmış əlverişli şərait nəticəsində Şəki Telekommunikasiya Qovşağında da dinamik iqtisadi inkişaf əldə olunmaqdadır. Qovşağımız, maliyyə-iqtisadi və texniki göstəricilərinə görə rabitə müəssisələri arasında qabaqcıl yerlərdən birini tutmaqla yanaşı, yeni texnika və texnologiyaların tətbiqi sahəsində də uğurlar qazanmışdır. Əhaliyə, idarə, təşkilatlara və dövlət strukturlarına daha keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, yüksək səviyyədə texniki istismarın təşkili üçün illik profilaktiki planlar tərtib olunmuş, stansiya və xətt qurğularında profilaktiki işlər aparılmaqdadır. Tarif gəliri proqnozu 104,6 icra olunmuş, debitor borclarının yığılması üçün mütəmadi tədbirlər aparılır.

   Ötən illərdə olduğu kimi, bu il də xidməti ərazimizdə müasir texnologiyaların tətbiqi davam etdirilmiş, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə Şəki şəhərinin "Soyuqbulaq" ərazisində salınmış yaşayış massivinin telefonlaşdırılması məqsədilə Şəki EATS-4 stansiyasının tutumu 128 nömrə, Kiçik Dəhnə və Baş Küngüt kənd EATS-lərinin tutumları uyğun olaraq 512 və 128 nömrə artırılmışdır. Xətt şəbəkələrinin genişləndirilərək yeni telefonların qoşulması üçün işlər başa çatmaq üzrədir. 2011-ci ildə Kiş və Baş Laysk kənd EATS-lərinin akumlyator batareyaları yenisi ilə əvəz olunmuşdur.

 

   Geniş zolaqlı internetin inkişafı

 

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilən "2011-2013-cü illər üçün genişzolaqlı internetin inkişafı üzrə strategiya" respublikanın başqa bölgələrində olduğu kimi, Şəki rayonunda da internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur. Konsepsiyanın tərkib hissəsi kimi Şəki TKQ-nin şəbəkəsində genişzolaqlı internet xidmətinin təşkili və genişləndirilməsi ən ümdə məsələ kimi diqqət mərkəzindədir. 2012-ci ilin yanvar ayından başlayaraq respublika ərazisində Aztelekom İB tərəfindən keçirilən layihə çərçivəsində Şəki rayonunun 14 ən böyük yaşayış məntəqəsində genişzolaqlı internetin tətbiqi üçün müasir avadanlıqlar montaj olunaraq istismara verilmişdir.

   İKT-nin inkişafına dövlət qayğısı və özəl şirkətlərə yaradılan münbit şərait nəticəsində qısa müddətdə Şəki şəhərində ADSL xidməti göstərən internet provayderlərinin sayı 3 ədəd artaraq 6-ya, genişzolaqlı internet istifadəçilərinin sayı isə 3000-ə çatmışdır. Hazırda rayonumuzun ucqar kəndlərində genişzolaqlı internet xidmətinin tətbiqi üçün birləşdirici xətləri fiziki kabel olan Cəyirli, Qayabaşı, Bolludərə və Qaratorpaq yaşayış məntəqələrinə Fiber Optik kabelin çəkilişi davam edir.

   Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının 12 sentyabr 2011-ci il tarixli sərəncamında Şəki şəhərində və ətraf yaşayış məntəqələrində böyük quruculuq və abadlaşdırma işlərinin aparılması, mövcud infrastrukturun yenidən qurularaq genişləndirilməsi nəzərdə tutulmuşdur.

   Hörmətli Prezidentimizin sərəncamı ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə şəhərimizdə geniş miqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu tədbirlər çərçivəsində Şəki şəhərinin Oğuz şossesi və M.Ə.Rəsulzadə küçəsində rabitə xətlərinin gələcək infrastruktura uyğunlaşdırılması, yeni kabel kanalizasiya qurğularının tikintisi, hava rabitə xətlərinin yeraltı kommunikasiyalara keçirilməsi başa çatdırılmış, hazırda S.Mümtaz küçəsi boyunca bu qəbildən olan işlər davam etdirilir.  

   Qazanılmış uğurlarla, yerinə yetirilən layihələrlə yanaşı 2012-2013-cü illərdə rabitənin inkişafı istiqamətində görüləcək çoxlu işlər vardır. Perspektiv inkişaf planı nəzərə alınmaqla Şəki şəhərində istismar olunan mövcud EATS-lərin tutumunun artırılması hesabına şəhərin "Çələbixan", "İdman kompleksi" və S.Mümtaz küçəsinin ətraflarındakı yeni yaşayış massivlərinin, eləcə də Öryət və Çeşməli kəndlərində əhalinin telefona olan tələbatının tam ödənilməsi nəzərdə tutulur. Bu məqsədlə şəhər mərkəzi EATS-4-ün tutumunun 11000 nömrəyə, EATS-6-nın tutumunun 3000 nömrəyə və EATS-5-in tutumunun isə 5000 nömrəyə çatdırılması planlaşdırılır.

  

   Dövlət siyasətinin tərkib hissəsi kimi Möhtərəm Prezidentimiz İlham Əliyev İKT sahəsinə göstərdiyi diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində daha böyük uğurlar qazanacağına zəmanət verirg

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2012.-28 iyun.-S.6.