O BİR ƏFSANƏMİ, 3000 YAŞINDA?..

 

Min illərdir yol gəlib gəncliyinə qovuşan şəhər     

 

Hələ keçən ilin payızında Böyük Şamaxı haqqında bir neçə sayımızda dalbadal silsilə məqalələr dərc etmişdik. "Böyük Şamaxı" ifadəsini əbəs yerə işlətmədim. 3000 ilə yaxın yaşı olan Şamaxının ayrı-ayrı dövrlərdə necə bir qüdrət və şöhrət sahibi olması tarixin silinməz yaddaşındadır. Bütün Şərqdə məşhur olan bu qədim diyarın adı ən qədim mənbələrdə çəkilməklə hər bir azərbaycanlının qəlbində qürur hissi oyadır. Şamaxının timsalında biz həm də Şirvanşahlar kimi möhtəşəm bir dövlətçilik dövrünü də xatırlayıb keçmişimizə fəxrlə baxırıq. Və bu mövzu, bu istiqamət öz aktuallığını saxlamalıdır qənaətindəyəm. Budəfəki yazı mövzumuzun tələbi isə başqadır. Ancaq hər-halda qədim yurdun yeni uğurları da onun keçmiş və gələcək şöhrətini birləşdirən amillərdir. Bu günün uğurları qədim dövrlərə daha parlaq işıq salaraq Şamaxını gəncləşdirməkdədir...  

     

   Ölkə tərəqqidədir  

   

   2011-ci il, eləcə də ötən səkkiz il ərzində Azərbaycanda böyük sosial-iqtisadi tərəqqiyə nail olunmuş, əhalinin rifah halının yaxşılaşdırılmasında və bölgələrimizin inkişafında yeni uğurlar əldə olunmuşdur.   

   Prezident İlham Əliyev yanvarın 16-da keçirilən Nazirlər Kabinetinin iclasındakı nitqində demişdir: "2011-ci ildə ölkə qarşısında duran bütün sosialiqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Yəni nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir."   

   Ümumiyyətlə, ötən il ölkə iqtisadiyyatının bütün sahələrindəki inkişaf meylləri qorunub saxlanılmış, respublikamızda böyük infrastruktur layihələri uğurla həyata keçirilmişdir. 2011-ci ildə ümumi daxili məhsul artımı 0,1 faiz təşkil etmiş, onun adambaşına həcmi isə 7 min dolları keçmışdir. Sevindirici haldır ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır. Keçən il investisiya qoyuluşunun həcmi 20 milyard dollara çatmışdır. İki il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsaitin qoyulması göstərir ki, Azərbaycanda nə qədər böyük işlər görülüb. Keçən il kənd təsərrüfatı məhsulları istehsalı 5,8 faiz, əhalinin pul gəlirləri 19,6 faiz artmış, valyuta ehtiyatlarımız 41 milyard dolları ötüb keçmişdir. 2011- ci ildə ölkəmiz üçün çox vacib olan enerji sahəsində də böyük uğurlar əldə edilmişdir. Azərbaycan öz mövqelərini möhkəmləndirərək Avropa İttifaqı ilə strateji enerji əməkdaşlığına dair çox vacib Bəyannamə imzalamışdır. Azərbaycan artıq Avropanı enerji, xüsusilə təbii qazla təmin edə biləcək ölkə kimi tanınır.   

   

   Şamaxı üçün tarixi bir il 

  

   2011-ci il Şamaxı üçün tarixi bir ildir. Ötən ilin ən mühüm hadisəsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şamaxıya səfərləridir. 2011-ci ilin sentyabr ayının 13-də dövlət başçısı Sabir qəsəbəsində böyük şairimiz M.Ə.Sabirin heykəlinin, Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılış mərasimlərində iştirak etmiş, Şamaxı Olimpiya İdman Mərkəzində, Cümə məscidində,"Şirvan" mehmanxanasında və Şamaxı Astrofizika Rəsədxanasında gedən yenidənqurma və bərpa işləri ilə tanış olmuşdur. Ölkə Prezidentinin Şamaxıya bu tarixi səfəri, həmçinin rayonda qısa müddət ərzində görülmüş işlərə yüksək qiymət verməsi Şamaxıda gündən-günə genişlənən tikinti-quruculuq işlərinə yeni vüsət verməklə əhali arasında əhval-ruhiyyənin canlanmasına səbəb olmuşdur.  

   Dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi, Şamaxıya xüsusi diqqət göstərilir. Bunu rayona səfərindən sonra "Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamın imzalanması və həmin Sərəncama əsasən rayona Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq beş milyon manat vəsaitin ayrılması bir daha sübut edir.  

   Keçən il oktyabrın 30-da ölkə Prezidenti cənab İlham Əliyev Ağdaş-Ucar-Ağsu rayonlarına səfəri çərçivəsində yenidən Şamaxıda olmuş, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə və "Şərədil" istirahət mərkəzi ilə tanış olmuşdur.  

 

   İşgüzarlıq və qazanılan uğurlar nikbin danışmağa əsas verir  

 

   Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov söhbətimiz zamanı keçən il görülən işlər barədə danışdı:   

   - Ümumiyyətlə, 2011-ci il ərzində rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Xüsusilə cari ilin may ayından başlayaraq Şamaxıda uzun illərdən bəri yığılıb qalmış vacib problemlərin həlli, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi rayon sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır. Hesabat ilində rayonda 161,6 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm 2010-cu illə müqayisədə 5,8 milyon manatyaxud 3,7 faiz çoxdur. Qeyd olunan müddət ərzində rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 73 milyon, tikinti-quraşdırma işlərinin həcmi 67,4 milyon, sənaye məhsulunun həcmi 4,5 milyon manat təşkil etmişdir. Ötən ildə pərakəndə əmtəə dövriyyəsi 138,3 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,6 milyon manat olmuşdur. Rayonda sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzində olmuşdur. 2011-ci ildə Şamaxıda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artaraq 1621 subyektə çatdırılmış, rayon üzrə 603 daimi yeri açılmışdır. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 68,3 faiz təşkil etmişdir. Ümumiyyətlə, ötən səkkiz il ərzində Şamaxı rayonunda 8960 yeni yeri açılmışdır. Üzümçülüyün inkişafına dair Dövlət Proqramının qəbul edilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması ilə bağlı nəzərdə tutulan layihələr rayonda yeni yerlərinin açılması üçün real imkanlar açacaqdır. Məlum olduğu kimi, Şamaxı əsasən aqrar rayon olmaqla onun iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Görülən məqsədyönlü tədbirlər nəticəsində ötən bir il ərzində bu sahədə 42 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 5,6 milyon manat çoxdur. Keçən il rayon üzrə 17354 hektar sahədə taxıl biçini aparılmışdır. Havaların əlverişsiz keçməsinə baxmayaraq sahələrdən 29931 ton məhsul götürülmüşdür. Bu rəqəm əvvəlki illə müqayisədə xeyli çoxdur. 2011-ci ildə həmçinin 18457 hektar sahədə payızlıq taxıl əkini aparılmışdır. Qeyd etməliyik ki, istər məhsul istehsalının artımında, istərsə də əkin sahələrinin ilbəil genişləndirilməsində kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımı əsaslı rol oynamışdır. Keçən il rayon üzrə 5142 nəfərə 1023294 manat yardım verilmişdir. Ulu öndərimiz Heydər Əliyevin rayonumuza göstərdiyi böyük qayğısı sayəsində keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdir. Sonralar keçmiş SSRİ hökumətinin məlum qərarı və buna uyğun olaraq respublika rəhbərlərinin düşünülməmiş iqtisadi siyasəti nəticəsində üzümçülüyün məhv edilməsi ilə rayon iqtisadiyyatına ağır zərbə vurulmuşdur. Maraqlıdır ki, antialkoqol kampaniyası nəticəsində ancaq Azərbaycanda üzüm bağları dağıdıldı. Keçmiş müttəfiq respublikaların heç birində belə vəhşilik edilməmişdir. Bu da sovet rəhbərlərinin Azərbaycana qarşı mənfi münasibətinin nəticəsi idi. İndi bu sahənin dirçəldilməsi istiqamətində ilk addımlar atılmağa başlanılmışdır. Lakin bu sahədə sistemli surətdə daha böyük tədbirlərin həyata keçirilməsinə, xüsusilə dövlət dəstəyinə ciddi ehtiyac duyulurdu."2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi bu gəlirli sahənin yenidən dirçəldilməsi üçün əlverişli imkanlar açır. Dövlət Proqramında üzümçülük və şərabçılığın mövcud vəziyyəti ətraflı təhlil edilmiş, onun inkişaf yolları aydın göstərilmişdir. Həmin proqramda nəzərdə tutulmuş tədbirlərin icra olunması ilə əlaqədar rayonda ilkin işlərin görülməsinə başlanılmışdır. Belə ki, təcrübəli mütəxəssislərin iştirakı ilə rayonumuzda 2012-2020-ci illər ərzində üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı tədbirlər planı hazırlanmış, bu sahədə görüləcək əsas işlər müəyyənləşdirilmişdir.   

   Keçmiş illərin təcrübəsi göstərir ki, üzüm Şamaxının böyük sərvəti olmaqla onun əsas gəlir mənbəyidir. Məlumat üçün diqqətinizə çatdırım ki, hazırda rayonda 1347 hektar üzüm bağı vardır. Keçən il isə 221,8 hektar sahədə yeni üzümlük salınmışdır. Taxılçılıq və üzümçülüklə yanaşı heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Ötən ilin sonuna kimi rayonda iribuynuzlu mal-qaranın sayı 36877 başa, xırdabuynuzlu heyvanların sayı 181461 başa, quşların sayı isə 206344 başa çatdırılmışdır ki, bu da 2010-cu illə müqayisədə xeyli çoxdur. Həmin dövrdə ət istehsalı 4783 ton, süd istehsalı 21073 ton, yun istehsalı 371 tonyumurta istehsalı 12,289 milyon ədəd olmuşdur. İl əzində isə arı ailələrinin sayı 4790-a çatdırılmışdır...

  

   (ardı gələn sayımızda)

 

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Ədalət.- 2012.- 6 mart.- S.6.