"Tale insanı dəyişir, insan taleyi yox..."

 

Aktyor Sucəddin Mirzəyev özü Lənkərandakı teatral mühit barədə

 

Sucəddin Mirzəyev müasir Azərbaycan teatrının ən istedadlı aktyorlarından biridi. Bunu tam məsuliyyətlə yazır altından imzamı qoyuram. İş elə gətirib ki, bu istedadlı, olduqca təvəzökar təmənnasız insanın səhnə fəaliyyətini, yaşam tərzini yaxından izləmək imkanı qazanmışam. Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyorlarından biri olan Sucəddin Mirzəyev bu gün paytaxtdakı istənilən bir teatrda çalışsaydı böyük populyarlıq daha nələr qazanardıg

     

   Tanınmaq   tanımaq haqqı   

  

   Müsahibimin tanınmaq haqqı var. Oxucuların da onu yaxından tanımaq haqqı olduğunu bildiyimdən Sucəddin Mirzəyevin tərcümeyi-halından bəzi məqamları vurğulamaq qərarına gəldim.   

   1956-cı il iyunun 9-da Masallının İkinci Yeddioymaq kəndində dünyaya gəlib. Orta məktəbi bitirən kimi sənədlərini o zamankı İncəsənət İnstitutuna verib elə ilk cəhddəcə qəbul olunub. Dram-kino aktyorluğu fakültəsində Adil İsgəndərov, Vaqif Ağayev, Ələmdar Quluzadə kimi pedaqoqlardan dərs alıb.   

   1977-ci ildə təyinatını Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına alıb bu günə kimi həmin kollektivdə çalışır. Sergey Mixalkovun "Bahalı oğlan" pyesindəki Jora Timoxin rolu ilə Lənkəran teatrında debüt edib. 35 il ərzində bu səhnədə gah Balaş (Cəfər Cabbarlı "Sevil") olub, gah Fərhad (Əbdürrəhim bəy Haqverdiyev "Bəxtsiz cavan"), gah Şah Təhmasib (Nəriman Nərimanov "Nadir Şah").   

   Şah Edip (Sofokl "Şah Edip") kimi səhnəyə çıxıb, Həzi Aslanov (Hüseyn Abbaszadə "General") kimi görünüb, Müştaq bəy (Əziz Nesin "İntihar") kimi . Tamaşaçılar onu həkim Orucov (İsa Hüseynov "Bir kişi vardı..."), Ədəbi işçi (Elçin "Mənim sevimli dəlim"), Herostrat (Qriqori Qorin "Herostratı unudun") rollarında da görüblər.   

   Rol aldığı iki tamaşa- "Ölülər" "Olanlardan-keçənlərdən" AZ.TV-nin Qızıl Fondunda qorunur.   

   Bir vaxtlar gənc aktyor kimi Lənkərana gələn Sucəddin Mirzəyev bu gün iki övladı üçün ata, dörd nəvəsi üçün babadı.  

   Əvvəl Balaş, sonra Jora. Sonra yenə Balaş...  

   - Bilirəm ki, hələ tələbəlik illərindən uğur qazanmağa başlamısız. Diplom tamaşasında Balaş (Cəfər Cabbarlı "Sevil") obrazını oynamağınız çox şeydən xəbər verir...  

   - Adil İsgəndərov kimi nəhəng sənətkarın kursunda oxumaq böyük xoşbəxtlik idi. Təəssüf ki, Adil müəllim kinostudiyadakı işlərilə bağlı sonrakı illərdə bizə dərs deyə bilmədi. Amma digər müəllimlərimiz bizə bu sənətin sirlərini dərindən öyrədə bildilər. Onları həmişə hörmətlə xatırlayıram. Müəllimlərimiz mənə böyük ümid bəsləyirdilər. Mən çalışırdım ki, bu etimadı doğruldum. Hər halda Balaş mənim ifamda pis alınmamışdı. Gözəl pedaqoq rəhmətlik Nəsir Sadıqzadə məni bu rolda görəndən sonra həmişə "Balaş"-deyə çağırırdı.    

   İnstitutu bitirəndə mənə səhnə danışığı kafedrasında müəllim kimi çalışmaq təklif olundu. Dedilər ki, təyinat veriləndə sən götürmə, biz səni institutda müəllim saxlayacağıq. Amma təyinat verilən gün elə ilk əl qaldıran mən oldum Lənkəran Dövlət Dram Teatrında çalışmaq istədiyimi dedim.   

   - Hadisələrin sonrakı axarı onu göstərir ki, bu istəyiniz reallaşdı gəldiniz Lənkəran teatrına. Həmin günləri necə xatırlayırsız?   

   - Təbii ki, burada məni tamam fərqli bir mühit gözləyirdi. İnstitutda yaxşı tanıdığım yaşıdım olan tələbə yoldaşlarımla səhnəyə çıxmışdımsa, burada məndən yaşlı, təcrübəli aktyorlarla birgə çalışmalı idim. Burada yaradıcılıq prosesi, nizam-intizam da peşəkar əsaslarla idarə olunurdu.   

   İlk vaxtlar yeni hazırlanan tamaşalarda mənə rol verilmədi. Teatrın repertuarında olan Səməd Vurğunun "Vaqif", İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" əsərlərində kütləvi səhnələrə çıxırdım.   

   - Balaş kimi baş roldan sonra kütləvi səhnələrdə görünmək, teatr dili ilə desək, kiməsə səhnədə nizə tutmaq sizi üzmürdü?  

   - Sən məni yaxından tanıyırsan, bilirsən ki, heç vaxt təkəbbürlü olmamışam, ancaq baş rolda oynamaq iddiam da yoxdu. Kütləvi səhnələrə çıxmağım teatr rəhbərliyinin mənə inamsızlığı ilə bağlı deyildi. Əsgəri xidmətə getməli idim, ona görə müvəqqəti olaraq bu işləri görürdüm. Üstəlik, kollektivə uyğunlaşmaq üçün səhnədə səhnə arxasında baş verənləri bir qədər kənardan izləmək mənə sərf edirdi. Əsgərlikdən dönəndən sonra mənə Sergey Mixalkovun "Bahalı oğlan" tamaşasında Jora Timoxin rolu verildi bu obrazla Lənkəran teatrında debüt etdim. Bir ayılıb gördüm ki, doğma teatrda oynadığım rolların sayını itirmişəm...  

   - Hər halda Lənkəran tamaşaçıları səni bu səhnədə Balaş kimi gördülər...  

   - Baba Rzayev "Sevil"ə quruluş verəndə Balaşı mənə etibar etdi bu teatrda da səhnəyə Balaş kimi çıxmaq mənə nəsib oldu. Görürsən , hər şey qismətdən asılıdı. Bayaq dediyim kimi, heç vaxt rol üstündə dava-dalaş salmamışam. kimdənsə incimişəm, küsmüşəm. Həmişə çalışmışam ki, tapşırılan rolun öhdəsindən bacarıqla gəlim, tamaşaçı rəğbətini qazanım.   

   - Tamaşaçı rəğbətindən söhbət düşmüşkən, mən biləni bu məsələdə sıxıntınız yoxdu. Lənkəranda yetərincə tanınırsız...   

   - Ümumiyyətlə götürəndə Lənkəran camaatında teatra böyük maraq hörmət var. Onların bu xüsusiyyətini uzun illərdi ki, müşahidə edirəm. Sovetlər zamanında da, müstəqilliyimizin ilk dövrlərindəki sıxıntılı illərdə , bu gün lənkəranlıların teatra sevgi sayğısı var. Buranın insanları yüksək zövqə malikdirlər. İstəyirlər ki, futbol klubları həmişə güclü oyun göstərsin, çempion olsun. Teatrda ən yaxşı əsərlərə quruluş verilsin. Ortabab heç vaxt onları razı salmır. Hər tamaşanı, hər aktyor oyununun bəyənmirlər. Lənkəranlılar əsl sənətə qiymət verməyi bacarırlar. Bu uzun illər ərzində onları belə görmüşəm. Bəzən tanımadığım insanlar məni çay masasına ya süfrə arxasına dəvət edir. Söhbət əsnasında baxdıqları tamaşanı elə təhlil edirlər ki, sözün əsl mənasında heyran qalıram. Elə bilirəm ki, peşəkar teatr tənqidçisi ilə söhbət edirəm. Ona görə buradakı teatral mühitdən, şəxsən mənə olan xoş münasibətdən razıyam. Harda görürlərsə hörmət bəsləyir, ehtiramlarını bildirirlər.   

   Teatrımızın rəhbərliyi kollektivimiz tələbkar tamaşaçıların zövqünə uyğun tamaşalar hazırlamağa çalışır. Repertuarımızda dünya klassiklərinin əsərlərinə yer verilib. Elçin, Hüseynbala Mirələmov, Əli Əmirli, Kamran Nəzirli kimi istedadlı müasir yazarların pyesləri bizim səhnədə tamaşaya qoyulur uğurla oynanılır. Son illər Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə xarici ölkələrə qastrollara gedir, beynəlxalq festivallarda ölkəmizi, Lənkəranı yüksək səviyyədə təmsil edirik. Bizi kənarda da görür, tanıyır bəyənirlər. 

 

   "İnsanın insana diqqəti üzərindəki dünya"

    

   - İnstitutda təyinat veriləndə əlinizi qaldırıb Lənkərana getmək istədiyinizi bildirməsəydiniz indi paytaxtda çalışırdınız, daha populyar idiniz...  

   - Həmin addımıma görə qətiyyən peşman deyiləm. 35 ildir ki, bu doğma mehriban kollektivdə çalışıram. Necə peşman ola bilərəm ki? O zaman Bakıda qalıb çalışsaydım bəlkə tamam başqa bir insan olacaqdım. Lənkərana gəlmək, burada çalışmaq, övlad, nəvə sahibi olmaq tale işi, alın yazım imiş. Tale insanı dəyişir, insan taleyi yox.   

   İsa Hüseynovun "Bir kişi vardı..." əsərində oynadığım həkim Orucovun maraqlı bir sözü var idi. Deyirdi ki, insanın insana diqqəti üzərində qurulub bu dünya. Diqqət olmasa, insan məhv olar. Tutaq ki, mən Əjdahayam ağzımla göydə quş tuturam, amma ətrafımdakılar kor olduqlarından bunu görmürlər. İndi mən ağzımla quş tutmaq bacarığımı ətrafımdakılara necə sübut edim?   

   Bu sözləri özüm üçün bir həyat prinsipi götürmüşəm. Həqiqətən insanın insana diqqəti üzərində qurulub bu dünya. Diqqət olmayanda...

 

 

  Etibar CƏBRAYILOĞLU

 

  Ədalət.- 2012.- 31 mart.- S.14.