Ceyhun Mirzəyev əfsanəsi

   Bir vardı, biri yoxdu, cənnətməkanda Abdal-Gülablı adlı bir kənd vardı. O kənddən çox istedadlar Azərbaycan adlı məmləkətin ədəbiyyat, mədəniyyət aləminə atılmışdı. Hamısı da öz sahəsinin sevilən, seçilən adamlarından olmuşdular. Bu kənd istedad istehsal edirdi. 1993-cü ilə qədər...

   Həmin il Qarabağın digər qarabəxt kənd və şəhərləri kimi Abdal-Gülablı da yağmalandı, viran qoyuldu.

   Ona qədər bu məkanda 9 aprel 1946-cı ildə bir nəfər də dünyaya gəldi. Bilsəydi gəlməzdi. Bacarsaydı zamanın çarxını geri fırladar, taleyinə yazılmışları dəyişdirərdi. Elə Qarabağın da taleyini öz taleyi kimi yenidən yazdırardı, amma bacarmazdı. Nə yazıq ki, insan adlı ali varlığın nə doğuluşu, nə ölümü, nə də taleyi öz əlində deyil. Əlimizdə olan nə var ki?..

   Bu dünyaya iradədən asılı olmayaraq gəlirsən, iradənə zidd olsa belə yaşayırsan, istəmədən ölüb gedirsən. Nə gəldiyin könüllüdür, nə də getdiyin, nə də həyat tərzin...

   Bəlkə ona görə insan ömür boyu azadlıq yanğısı çəkir, bəzilərimiz onun üçün mübarizə belə aparırıq. Mənasız mübarizə...

   Ceyhun Mirzəyev də bütün insan övladı kimi gəldi bu özülü ədalətsiz qoyulmuş dünyaya. Gözlərini həyata təzə-təzə açıb həyat deyilən nəsnənin ləzzətini dadmağa başlayarkən onu verən qüvvə atasını ondan aldı. Uşaqkən itki yaşayan Ceyhun atasızlığı bütün varlığı ilə içindən keçirdi, bu hiss elə içində onunla bahəm yaşadı. Gecələr yorğan altına girib əzablı günün yorğunluğunu yuxudan əvvəl göz yaşları ilə çıxaran anasının xısıntısını eşidib öz yorğanını başına çəkərək qəlbində ona qoşulan Ceyhun uşaqkən böyüyür. Ana qayğısı çəkir, balaca çiyinlərinə ailə məsuliyyəti götürür.

   Atasızlığı unutmağa, anasına arxasız olmadığını göstərməyə çalışır. Yalnız təklikdə öz aləmində atalı Ceyhunun həyatının ssenarisini yazır. Pozur, dəyişir, hər gün daha bir xoşbəxt Ceyhun ssenarisi yazılır.

   Belə ssenari yazmaq bacarığı onu "Azərbaycanfilm"ə sınaq çəkilişlərinə gətirib çıxardır.

   Oxuduğu məktəbə uşaq rolu üçün sınaq çəkilişlərinə balaca oğlan uşağı gəzən rejissor köməkçiləri onun şeytan simasına heyran qalıb kinostudiyaya dəvət edirlər. Tanımadığı rejissorun - "Bu filmə çəkilməsə belə onun gözəl ekran siması var, əsil kinoluqdur"- rəyi Ceyhunun kinoya olan marağını birə beş artırır.

   İlk dəfə 11 yaşında "Görüş" filmində Şıxəlinin uşaqlarından birini oynayır. Filmdə heç gözə çarpmamağı onu yaman təsirləndirir. Amma xəbəri olmur ki, peşəkarın gözündən yayınmayıb. Həbib İsmayılov onu çəkəcəyi "Ögey ana" filmində İsmayıl rolu üçün artıq gözaltı edib. Ona Ceyhunu tanıtdıran isə Nəcibə Məlikova olub.

   Sınaq çəkilişindən sonra kinostudiyanın dəhlizində əmisinin gəlib onu evə aparacağını gözləyən Ceyhun dəhlizin o başından bu başına keçən Nəcibə xanımı görür. Aktrisanı ilk dəfə canlı görməsi, onun gözəlliyi balaca kişini neçə heyran edirsə, özü də bilmədən ağzı açıq qalır. Nəcibə xanım ona - balası, ağzını yum-deyə eyham edib keçib gedir. Sonra nə düşünürsə, duruxub geri dönür. Aktrisa Ceyhunu xeyli sorğu-suala çəkdikdən sonra yan otağa keçib "Ögey ana" filminin çəkilişlərinə aktyor yığan rejissora İsmayılı tapdım, öz ayaqları ilə gəlib, dəhlizdədir - deyir. Rejissor çıxıb Ceyhuna baxıb "Doğrudan İsmayıldır ki!"-deyir. Bu filmə çəkiləndə onun 12 yaşı olub.

   Ceyhunun üçüncü filmi də əsas rol olur. 14 yaşında P. Meremenin əsəri əsasında Tofiq Tağızadənin çəkdiyi "Matteo Falkone" filmində baş - Fortunato rolu ona həvalə olunur. Bu iki uğurlu obraz onun kinoda vizit kartına çevrilir. Sonra çəkildiyi filmləri sadalamağa ehtiyac yoxdur. Zatən, sadalamağı xoşlamıram. Ceyhun Mirzəyev deyəndə tamaşaçının gözləri qarşısından hansı obrazlar keçirsə, onları həmin aktyor yaradıb.

   Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirəndən sonra Moskvada da təhsil alır. İşinin peşəkarı olmaq üçün. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkəndə, onun bədii rəhbəri olanda çox gənc idi. Tanrı Ceyhun Mirzəyevi həyatda çatacaqlarına çox tez, vaxtından əvvəl çatdırıb. Görünür, onu vaxtından əvvəl o dünyaya aparmaq üçün. Kino çəkilişlərində, gərgin iş rejimində Ceyhun Mirzəyevin dostlarını, həmkarlarını parodiya etməsi adət halını almışdı. Bunu ondan gözləyirdilər artıq. Hamının dönüb ona baxdığını görəndə birinci bunu ondan istəyən adamı parodiyadan başlayardı.

   "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsusdur, arını parodiya edir.

   Özündən böyükləri parodiya etməzmiş, bir dəfə necə olursa, Rasim Ocaqovu parodiya edir və "cinayət başında" yaxalanır, arxadan Rasim Ocaqov gəlib baxır və görür. Ceyhun çevrilib baxanda Rasim Ocaqovun dönüb getdiyini görür. Onun gözünə görünməmək üçün bir aylıq Moskvaya ezamiyyət götürüb aradan çıxır.

   Bu bir ay ərzində Ceyhun Mirzəyev indiyə qədər ona tanış olmayan bir hiss yaşayır, sevir. Qarşısına çıxan Lida adlı gənc qız onu elə ovsunlayır ki, evlənməyə qərar verir. Həm də bu qarşılıqlı sevgi onun yaradıcılıq yoluna da işıq salır. Evlilikdən sonra Ceyhun Mirzəyev sevimli işində daha maraqlı etapa keçir.

   İllər keçir, Ceyhun Mirzəyevin bir qızı dünyaya gəlir. Ana hüquq- mühafizə orqanlarında çalışır, ata mədəniyyət adamı. Qız hərtərəfli yüksək qabiliyyətə malik olduğundan, gözəl şeirlər yazdığından tezliklə ailənin dostlarının da sevimlisi olur.

   Ceyhun isə çəkilir, süjetlər çəkir, kinonun qara işində də əli olur, ağ işində də. Ətrafda isə təbii ki, onu sevənlərlə bahəm, onun uğurlarına qısqanıb paxıllıq edənlər, ayağının altını qazıb çuxura salmaq istəyənlər də az deyil. Ona veriləcək film son anda alınıb başqasına, üzünə gülüb arxasınca "iş görən" kəsə verilir. Bunu görür, duyur, namərdliyə qarşı eyni hərəkəti etməyi bacarmır, içinə atır. Bir gün, beş gün. Həyat get- getə namərdləşir, daha doğrusu, mərdlərin deyil, məhz namərdlərin, ikiüzlülərin, ayaq altı qazanların dünyasına çevrilir. Ceyhun uşaqkən böyüdüyü kimi, düşüncələriylə gənckən qocalır günbəgün. Beləcə, 90-cı illər gəlib çıxır. Qarabağla bağlı olaylar Ceyhunun rahatlığını əlindən almağa başlayır. Gördüyü işlər gözündən düşür. Gecə-gündüz nə isə Qarabağ mövzusunda bir film ortaya qoymağın vacibliyi fikri onu narahat edir. "Fəryad"ın ideyası yaranır. Onun çəkilişlərinə başlananda artıq 1993-cü il idi. Ağdam, onun doğulduğu Abdal-Gülablı işğal olunmuşdu. Ceyhun Mirzəyev bu ağrını da nisbətən azaltmaq üçün bütün enerjisini "Fəryad"a sərf edirdi.

   Kinonun çəkiliş məkanını operator Kənan Məmmədovla Ceyhun Mirzəyev seçirlər. Qışın oğlan çağında Murovun ətəyində, Goranboy rayonunda çəkilişlər başlayır. Ceyhun Mirzəyev çəkiliş arası döyüş yerlərinə gedir. Döyüşçülərlə görüşür, onların döyüş söhbətlərini dinləyir.

   Kərkicahan uğrunda döyüşlərdə yaralanmış, əsir düşmüş Arif İsmayılov adlı bir döyüşçü sonralar "Fəryad" filminə baxanda heyrətə gəlir. Filmdəki kadrlar bir vaxtlar qospitalda yatarkən ona baş çəkməyə gələn Ceyhun Mirzəyevə danışdıqları epizodlardır. Arif İsmayılovla Ceyhun Mirzəyev zahirən də bir-birilərinə çox bənzəyirlər.

   Çəkilişdən evə qayıdan rejissor evdə iki gün rahat dincələ bilmirmiş, qospitalları gəzir, əsirlikdən qaytarılmış, yaralanmış döyüşçülərlə görüşür, gecələr yuxuda belə o epizodları görüb hövlnak yuxudan oyanarmış. Xanımı Lida danışır ki, bizim də rahatlığımız pozulmuşdu: "Ceyhun əvvəlki kimi ailəsinə, canından çox sevdiyi qızı Cəmiləyə bağlı deyildi, hardasa başqa yerdə idi, bizimlə olan yalnız cismi idi. Onu da bizdən əsirgəyib vaxtından tez çəkiliş meydançasına qayıdırdı."

   Tələsirdi Ceyhun, kaskadyor Əlini iştirak etdiyi Qarabağ döyüşlərindən çağırıb filmin lazım olan hissələrində çəkirdi, amma elə səhnələr vardı ki, Ceyhun özü çəkilirdi, Əlini döyüşdən gətirtmirdi. Məsələn, Xocalıda balaca qız uşağını işgəncə ilə qətlə yetirən erməninin başını əzmək üçün dağ çayından keçən Ceyhunun sonradan buzlamış qıçları şişib göyərir. Erməni obrazını oynayan Məlik Dadaşov onun qıçına vuranda Ceyhun həqiqi ağrı hiss etdiyindən inildəyir.

   Bu ağrıları, əzabları yaşamaqdan zövq alırmış, yox mazoxist deyildi, işğal olunmuş yurdunun ağrı-acısını içindən bu minvalla çıxartmaq istəyirmiş. Özünə özündən:- niyə vətənin işğal olunur, amma sən heç nə edə bilmirsən və yaşayırsan?-deyə sual edib bir növ işgəncə verirmiş.  

   Kinonun çəkilişləri başa çatır, montaj başlayır. Ceyhun əməyinin bəhrəsini görəcəyi günü həsrətlə gözləyir və hər gün texniki prosesi izləmək üçün kinostudiyaya gedir, tələsir, darıxırdı.

   Belə günlərin birində sinəsindən qopan ağrı Ceyhun Mirzəyevi az qala göyə çəkir. Müqavimətini saxlaya bilməyib yıxılan Ceyhunu evə çətinliklə çatdırırlar. Son vaxtlar Ceyhunun ağrıyan ürəyinin az qala əlində silah keşiyində duran Lida xanım da bu dəfə heç nə edə bilmir.

   Onu köhnə Yasamal məzarlığında- atasının, əmisinin yanında dəfn edirlər. Cəmi 48 yaşlı Ceyhun körpə ikən itirdiyi , indi özü yaşında qalan atasına qovuşur.

   Cəmilə isə atasız qalır, bu günə qədər bu itki qızcığazın qəlbində sağalmaz yaraya çevrilib. Özünə qapılıb, filoloqdur, atası barədə yazdığı şeirlərlə təsəlli tapır.

   Özünün görə bilmədiyi film onun ölümündən sonra təqdim olunur. Filmə baxan hər kəs tamaşa zalını bir fikirlə tərk edirdi: "Bu filmi çəkən şəxs yaşaya bilməzdi, çünki rejissor-aktyor çəkilməyib, çəkməyib, olanları yaşayıb. Yaşayıb... və ölüb.

    Ədalət.-2012.-5 may.-S.24.