RUHLAR QİYAMI

 

   poemadan bir parça

 

   Ah, Şuşa! İçimdən yandırdın məni,

   Dağlara çəkilib əzəlin sənin.

   Niyə məlul-məlul baxırsan mənə?!

   Hanı gözəlliyin, gözəlin sənin?!

 

   Burda öz zövqümlə seçib hər daşı,

   Haman bu qalanı gətirdim başa.

   Tarixin məhvəri dönəndə geri

   Qala yox, insan da dönərmiş daşa.

 

   Faciə səhnəli Azərbaycanın

   Hankı baharıyla vursun qəlbimiz?!

   İyirmi faizlə baş aldatmayaq,

   Yetmiş faizini itirmişik biz!

 

   Torpaq da haramdır, hava da haram,

   Qeyrət qanımızdan top atmayınca.

   Bir daha ölmərəm, öldüyüm kimi

   Bütöv Azərbaycan yaratmayınca!

  

   Vətən, korocağın, şərəfsizin çox,

   Dünən səndə olan bu gün kimindi?

   Bir vaxt İrəvanı paytaxt verənlər,

   Hörmətlə, izzətlə anılır indi!

  

   Ələmdən, kədərdən, müdhiş bəladan

   Yüz il danışsaq, yenə azdır, az.

   Qanıyla göylərə sülh yazmayanın

   Vətən torpağında tozu da qalmaz.

  

   Xəyal hey atlanır Xudafərindən,

   Arazı keçəndə gözlə! - demişəm.

   Təbrizə, Salmasa, Xoya, Zəncana

   Qələbə ümidli söz vermişəm!

  

   Avropa günahla oyadır bizi,

   Xaç örtüb üstünü tökülən qanın!

   Göylərdə təklənən dağlar qartalı

   Matəm bayrağıdır Azərbaycanın!!!

 

   Hələ çoxmu dözək həmsədrlərə?!

   Hər biri daşnakla yal dadıb gedir.

   Əfələ göz vurub bizim tərəfdə,

   Ərsiz arvad kimi aldadıb gedir!

  

   Bakının mövqeyi suya da bəlli -

   Millətə xəyanət, dövlətə qəsddir.

   Erməni Şuşada yollar çəkirsə,

   Sülhdən danışmağın özü əbəsdir!

 

   Səngər qəbr evidir, əsgər başdaşı.

   Daşnak bayrağını endirməyibsə.

   De, kimə gərəkdir "İstiqlal"ımız,

   O bir qan içəni gəbərtməyibsə!

 

   Düşməni coşdurur atəşfəşanlıq,

   Bizdə atəşkəsə bayraq baş əyir!

   Erməni qızının atdığı güllə

   Bizim oğulların başından dəyir!

 

   Hünər barmağıyla tətiyi çəksən

   Dilə zindan olmaz qandallı bilək.

   Sönmüş ocaqları yandırmaq üçün

   Bakı qətiyyəti od olsun gərək!

  

   Zülmün məşəqqəti gözdən qıranın

   eyninə tuşdur, vecinə.

   Köçü Qarabağa boyun bükənin

   Özü candan keçir ölüm gücünə.

 

   Tənbəki qoxulu qəbrlər artır,

   Nağıl nənələrin ömrü yuxalıb!

   Burda qoyun, keçi çox olduğundan

   Çaqqalın, tülkünün sayı çoxalıb!

  

   Həyatda çox şeyi dəyişir zaman.

   Torpağın yaddaşı heç vədə itmir.

   Şuşanın qəm açan "Xarı bülbül"ü

   Nazını çəksən qürbətdə bitmir.

 

   Göz görəndən qorxar, ağıl kəlamdan,

   Nağıl danışmaqla yara sağalmaz.

   "İsa bulağı"ndan su içən durna

   Bakı göylərindən lələk salmaz.

 

   Daş-torpaq iyrənib, Yer-göy ürpəşir,

   Belə insan olar, insanlıq olar?!

   Qanun çəp düşəndə, haqq pozulanda,

   Qəddar, baş kəsən cəzasız qalar.

  

   Min dəfə deyilib: - Gözləmək yetər!

   İndi söz qılıncın, güc silahındır.

   Elə bir uçqunla üz-üzəyik ki,

   Bu suç bəndənin, Allahındır.

  

   Xocalı qanında yorğan qızdırıb,

   Qarabağ dərdini tanımır BAKI!

   "Tac-mahal" ucaldıb firavanlığa,

   Xalqın namərdini qınamır Bakı!

  

   Qanlı bayraq asıb hər məşəqqətə,

   Sultan da iqtidar, şah da iqtidar!

   Cəllad da özüdür, zülmkar da o,

   İqtidar yaradıb gopda iqtidar!

 

   Yalnız həqiqətdir varı, dövləti

   Vədi, etiqadı, vəfası yalan.

   Külli-ixtiyarı verib tatlara,

   Ölkəni yerindən oynadır talan!

 

   Tərəzi düz çəkmir, mizan pozulub,

   Şərdən maya tutan hamar yoldadır.

   Biçarə milləti ölümdən başqa,

   Bu qara torpaqda hər şey aldadır!

 

   mürvət, pənah, insaf, din,

   Hamı bir-birinə tay olub gedir.

   Bu boyda Vətəndə bu boyda millət

   Allah görə-görə zay olub gedir!

  

   Burda nanəcibdən kişilik umma,

   Bacarsa, axşama sabahı satar!

   Evdə atasını, eldə qızını,

   Gözünə görünsə, Allahı satar!

 

   Səngərdən o yana titrətmir, nədən,

   Hərbi zavodların səsi, sorağı?

   Bəs, vaxt Şuşaya sancılacaqdır

   Mübariz bükülən Vətən bayrağı?!

 

   Burda buynuz sürüb qiyamət günü,

   Yalın qılınc kimi çapır rəzalət.

   Xalqı səfalətə verib gedəni

   Tərbiyəm deyir ki, itinə lənət!

 

   Həyatın müqəddəs qanunları var,

   Vicdan qaldıranı şər yıxa bilməz.

   Millət birləşəndə, xalq bir olanda

   Torpaq qəsrə dönər, ordu yenilməz.

 

   Son qərar sizindir, səfərbər olun!

   Biçək daşnakları hünərimizlə.

   Bu zavallı xalqın, yazıq Vətənin

   Yuyaq ələmini zəfərimizlə!

 

   Özünə qaytaraq yurdu, yuvanı,

   Bulaqlar çağlasın, çaylar durulsun.

   Ruhlar ordumuza əmr etsin Vətən,

   Cənab Mehmandarov komandan olsun!..

 

   Pənah xan sözündən ayrılır, bu dəm

   Hər dildən, ağızdan bir Vətən qopur!

   İzdiham dalğalı hər fikir, hər söz

   Hər daşın, qayanın köksünə hopur!

  

   ... Kim bilir, neçənci qaqqıltıdır bu?!

   Vətəndən-vətənə köçür durnalar.

   Sanki Natəvanın göz yaşlarını

   "İsa bulağı"ndan içir durnalar!

 

   ... Arzudur, ümiddir açılan sabah,

   Fərəh körpələrin dilində uçur!

   Döyüşən Ordunun zəfər bayrağı

   "Ağatlı oğlan"ın əlində uçur!...

 

 

   EPİLOQ

 

   Can Qarabağ! Sabahın

   Könlümü oyatmır, oy!

   Əsərim sona çatdı,

   Dərdim sona çatmır, oy!

 

   Bu zavalı illərə,

   Aylaramı danışım?!

   Dərələrə üz tutub,

   Çaylaramı danışım?!

 

   Ahını göydə qartal

   Qanadında gəzdirir!

   Qəzəbində qıy çəkib,

   İnadında gəzdirir!

  

   Dağlar maralsız qalıb! -

   "Çeşməli, sulu dağlar".

   Bu dağa yerdə xalqım.

   Göydə Allahım ağlar!

 

   Fil çəkən yükdən deyil

   Vətən, torpaq itkisi.

   Kişiyə yəmşaq örtər

   Yurdun bayraq itkisi.

 

   Başına hər gələni

   Ocaqların danışır.

   Çöl-çəmən ağlar qalıb,

   Oymaqların danışır.

  

   Təkcə bənövşələrdi

   Qəmini bölən sənin!

   Uğrunda ölə bilmir

   Dərdindən ölən sənin!

 

   "Topxana" meşələri...

   Hər kötükdə ələm var.

   Quşların cəhcəhini

   Baltalayıb baltalar.

 

   Burda sərgilənsə d

   Hər gülün öz qönçəsi,

   Tarından pərdə açıb

   Tüfəng səsi, top səsi!

 

   Hərdən heyvan aşsa da

   Heyvanlığın həddini,

   Heç vaxt keçmir ki, keçmir

   Şir-şirin sərhəddini!

 

   Bu qədər korocaqlıq,

   Nankorluq olarmı heç?!

   Gendən gəlmə şüardır:

   Puldan yapış, yurddan keç!

 

   İyirmi ildir tamam,

   Alnına yaxıb gəzir

   Burda tökdüyü qanı! -

   Erməni ordusunun

   Ağrıdağ iştəhalı

   Ali Baş Komandanı!

   Daşnak prezidentin

   Kefi kök, damağı çağ;

   Hələ bunda sözə bax:

   - Qarabağı biz aldıq.

   Gələcək nəsillərə

   Ərməğandı Ağrıdağ!

   Bax, bu yerdə deyiblər:

   "Qalxan, yatan öküzün"....

   A millətim, a xalqım,

   De, buna nədir sözün?!

   Oxucum, gendə durma,

   Bir günah da səndədir.

   Qarabağın baharı

   Tüfəng tətiyindədir,

   Varmı - deyin - torpağa

   Son sözünü deyəsi?!

   Nəyi gözləyir görən,

   Əgər varsa yiyəsi?!

   Oxuyub bu əsəri

   Haqqa gəlin, barışın!

   Ölülər deyənlər

   Dirilərə danışın!

   qədər ki, düşmənin

   Tökdüyü qan sözdədir,

   kişilər bizimdir

   kişilik bizdədir!!!

 

 

  MƏCNUN GÖYÇƏLİ

 

  Ədalət.-2012.-8 may.-S.6.