Görün bizim dahi bəstəkar nələr yaradıb

Dünən dünyanın ən böyük bəstəkarlarından biri olan Tofiq Quliyevin doğum günü idi. Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib. Qafqazinfo xəbər verir ki, o, 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.

Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.

Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Ailəsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi - Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə - "Şir evdən getdi" və "Musiqi müəllimi" filmlərində çəkilib.

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Kinorejissor Eldar Quliyevin atasıdır.

Ssenarist Nərminə Quliyevanın babasıdır.

Cəmilə Muradasilovanın babasıdır.

Bu filmlərdə onun mahnıları istifadə olunub

 

1. İyirminci bahar (film, 1940)

2. Səbuhi (film, 1941)- bəstəkar

3. Qayğı (film, 1943)

4. Bakı döyüşür (film, 1944)

5. Qardaşlıq köməyi (film, 1944)

6. Şəfa nəğməsi (film, 1944

7. Əbədi odlar ölkəsi (film, 1945)

8. İran Azərbaycanının paytaxtında (film, 1945)

9. Qələbə bayramı (film, 1945

10. Çağırışa cavab (film, 1947

11. Sovet Azərbaycanı (film, 1948)

12. Sovet Azərbaycanı (film, 1950)

13. Doğma xalqıma (film, 1954)

14. Alagöz yaylağında (film, 1955)

15. Bəxtiyar (film, 1955)- bəstəkar

16. Görüş (film, 1955)- bəstəkar

17. Qızmar günəş altında (film, 1957)- bəstəkar

18. Bakı bakılılar (film, 1958)

19. Ögey ana (film, 1958)- bəstəka

20. Onu bağışlamaq olarmı? (film, 1959)- bəstəkar

21. Telefonçu qız (film, 1962)- bəstəkar

22. Möcüzələr adası (film, 1963)- bəstəkar

23. Əbədi qardaşıq (film, 1965)

24. Sən niyə susursan? (film, 1966)- bəstəkar

25. Azərbaycan elmi (film, 1969)

26. O qızı tapın (film, 1970)- bəstəkar

27. Sovet Azərbaycanının 50 illiyi (film, 1970

28. Mahnı qanadlarında (film, 1973)

29. Nəsimi (film, 1973)- bəstəkar

30. 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)

31. Dərviş Parisi partladır (film, 1976)- bəstəkar

32. Xoşbəxtlik qayğıları (film, 1976)- bəstəkar

33. Şir evdən getdi (film, 1977)- bəstəkar

34. Qayınana (film, 1978)- bəstəkar

35. Əlavə iz (film, 1981)- bəstəkar

36. Nəğməkar torpaq (film, 1981)

37. Əzablı yollar (film, 1982)- bəstəkar

38. Musiqi müəllimi (film, 1983)- bəstəkar

39. Damğa (film, 1984)

40. Layiqli namizəd (film, 1984)

41. Tənha narın nağılı (film, 1984)- bəstəkar

42. Cinayətin astanası (film, 1985)

43. Sökmək asandır... (film, 1985)

44. Xüsusi vəziyyət (film, 1986)- bəstəkar

45. Küləyapardı (film, 1986)

46. Mən Bakıda yaşayıram (film, 1986)

47. Sürəyya (film, 1987)- bəstəkar

48. Ürək nəğməsi (film, 1989)

49. Nakəs (film, 1991)- bəstəkar

50. Özüm zaman haqqında (film, 1991)

51. Qayıdış (film, 1992)

52. Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995)

53. Hər şey yaxşılığa doğru (film, 1997)

54. Tikdim ki, izim qala. II film (film, 1997)

55. Kədərimiz... vüqarımız... (film, 1998)

56. Tikdim ki, izim qala. III film (film, 1998)

57. Məhv olmuş gündəliklər (film, 1999)

58. Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)

59. Mirzə Babayev (film, 2001)

60. Musiqişünas (film, 2001)

61. Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-musiqisindən istifadə edilən bəstək

62. Heydər Əliyev. Səkkizinci film. Professional (film, 2004)

63. Oqtay Ağayev. Ötən günlər (film, 2004)

64. Azərbaycan naminə (film, 2005)

65. Unudulmuş qəhrəman (film, 2005)

66. Ailəm (film, 2006)

67. Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)

68. Bakı bağları. Mərdəkan (film, 2007)

69. Bakı bağları. Türkan (film, 2007)

70. Qəmbər Hüseynli (film, 2007)

71. Absurdistan (film, 2008)(tammetrajlı bədii film)-musiqisindən istifadə edilən bəstəkar

72. Ürək Yaman Şeydir... (????)

73. İstanbul reysi (film, 2010)

 

 

Ədalət.-2012.-8 noyabr.-S.8.