TURP AĞACI
Hekayə
Bazar günü
toy-bayram olur evdə. Səringül dolu
zənbilləri gətirən
kimi uşaqlar tökülüşür üstünə,
gülüşə-gülüşə,
tələsə-tələsə yazıq arvad nə alıbsa hamısını qamarlayıb
yeyir və bir-birindən «oğurluq»da
edirlər: əzgili, almanı, heyvanı, turpu, əllərinə nə keçdi dürtürlər qoyun-qoltuqlarına,
nehrənin içinə,
sobanın arxasına...
Səringülün işi, məşğuliyyəti
ağartı hazırlayıb
həftəbazarına aparıb
satmaqdı, sonra da balalarının gözünün qurdu ölsün deyə göy-göyərti, bağ-bostan
məhsulları alıb
gətirməkdi. 2 inək, 2 camış sağır, günaşırı nehrə
çalxayır... Xülasə,
bir çətən külfəti pis dolandırmır o... Amma onu qocaldan, yeyib-içdiyini burnundan tökən kişisidi - ağzından
pərtov Məmtiş.
Çöl-bayırda sakit
təbiətli, mülayim
xasiyyətli adam
kimi tanınır Məmtiş. Elə ki, şər
qarışanda mal-heyvanı
darvazadan içəri
salır, dönüb
olur zəhər tuluğu. Milçəyi böyüdüb fil eləyir, deyinir-danışır, söyüb
söyləyir.
Həftə
bazarında hər alverçidən mer-meyvə, göyərti
almır Səringül. Masallının Qəriblər kəndindən
gələn Nənəqızla «bacı-bacı dır».
Görüşürlər, ev-ailə söhbətləri eləyir,
bir-birlərinib dərdinə şərik
çıxırlar. Nənəqız lap yeniyetməlik
vaxtlarında alış-verişlə məşğuldu.
Şirin dilini işə salıb gətirdiklərini o qədər
tərifləyir ki, guya mataqdır, day bundan başqa bazarda mal
yoxdu.
***
Görüşdülər, Səringül dedi:
-Ay bacı, sənin bu turpun var,
ha, ölü yesə
durulər. Uşaqlar yaman xoşlayır
onu, nə qədər alsam, gördüm demirlər.
Bəlkə mənə onun
ağacını gətirəsən,
hə? əkək
həyətdə su da başının üstündə. Nənəqız
gülümsədi, istədi
nəsə deyə, amma duruxdu, gözləri
işıldadı, ürəyindən
nə keçdisə,
sözü başqa cür çevirdi:
- -
Bıy, ayıbdı qıza, nəmənədi o ağac,
bizim həyətdə neçəsi becələyib ey, gələn
həftə arxayın ol, gətirərəm...
Səringül
əl atıb corabından qırmızı onluq çıxarıb
verir bacılığına.
- Al
bu da beh...
***
Gələn
bazar görüşərkən alverçi qadın
başını bulayır, vaysınır:
-Ay,
ay, ağacları çıxarıb qoymuşam talvarda. Kirt
yadımdan çıxıb, sən Allah bağışla, əlimin
üstünə işarə qoyacam, gələn dəfə
arxayın ol...
Gələn
həftənin şənbə günü axşamüstü
sərin havada Səringül çala qazdırır
uşaqlara:
- Dərin
qazın, içinə quru peyin gətirib tökün, sabah
ağac basdıracam. Elə bu vaxt Məmtiş çöldən
gəlir, mal-heyvanı yerbəyer eləməmiş soruşur
uşaqlardan:
-
Burda nə eşələnirsiniz, ədə?
Xorla
cavab verirlər:
-
Çala düzəldirik... Ağac basdıracağıq
- Nə
ağac ədə... Bu istidə?
- Hə,
hə, ana deyir sabah bazardan ağac gətirəcək... Turp
ağacı...
- Nə?
ədə demişəm, yenə deyirəm: başına hava
gələcək gec-tez bu arvadın.
Mərəkə
qopdu evdə... Dişinin dibindən çıxanı dedi Məmtiş
yazıq Səringülə:
-
Aaaz, dəlisən, nədi, ay gicbəsər, heç turpun
ağacı olar? Ay avam, ay başdanxarab, bil və ağluva
birdəfəlik yaz: turp meyvə deyil, o, ağacdı ki, bitə,
yetişə?.. o, tərəvəzdi, şüyüd,
keşniş, acıtərə kimi toxumunu səpirsən
torpağa, suluyarsan, əmələ gəlir, sonra da
çıxarıb yeyirsən.
- Gecə
çox danışdılar, hərlənib, förlanıb
yenə gəldilər turpun üstünə. Səringül hər
şeyi, bacılığı Nənəqızla
söz-söhbətini olduğu kimi çatdırdı Məmtişə,
ancaq beh verməyini dilinə gətirmədi. Qorxdu kişi təzədən
cin atına minə.
Bir
azdan Məmtiş sakitləşmişdi (nə qədər zəhmli,
ökbəli olsa beıə gecədən keçmiş hirsi
soyuyur kişinin və zəruri ehtiyac onu qadını ilə
xoşqılıq edir bir az)
Məmtiş
saya, avam olduğunu bilirdi Səringülün; ona yer eləyən
o idi ki, niyə o talış köpəkqızı həmişə
dostluq etdiyi, «bacı-bacı» olduğu Səringülə kəf
gəlir, aldadır onu.
Gecə
Səringülə dedi:
- Səni
dolayıb o. Qulaq as, bir nağıl danışım,
yadında saxla, sabah sən də onu doluyarsan.
Səhər
qarşılaşdılar bazarda və Səringülün
gül ağzı açıldı:
-
Ayıb olsun!.. Ayıb olsun! Aaaz, məni ələ
salırsan? Heç utanmırsan? Turpun da ağacı
olar? Yaxşı
deyiblər: Şaftalıdan
bağ olmaz, talışdan qonaq olmaz...
Nənəqız dil olub dillənə
bilmədi. Nə desin. Nə danışsın...
Səringül bazarı gəzdi, dolandı, başqa yerlərdə turp var idi, amma
dişləyəndə gördü
ki, pıtıldı,
dadı yoxdu. Yenə qayıtdı
Nənəqızın yanına.
Və yadına axşam Məmtişin söylədiyi
nağıl düşdü.
O , necə nağıl idi?
***
Ala qarğa əldən-dildən
düşmüşdü. 300 il yaşamaq, bu dünyanın acısına, əzablarına
qatlaşmaq bezdirmiş,
usandırmışdı onu:
cox istəyirdi çırpsın özünü
daşa-qayaya, atsın
özünü fırtınalı
dənizin ağuşuna,
amma yenə taleyinin hökmünə boyun əyirdi, alın yazısına xilaf çıxa bilmirdi, daha doğrusu, çətənəyi
dolanda təskinlik tapırdı: məndə
nə günah, ilahi özü quşların şahı
kimi hamıdan uzun ömür verib biz qarğaya-quzğuna,
nə olsun zibillikdə eşələnməkdi
peşəmiz...
Ala qarğa son zamanlar
balasını gözdən
qoymurdu. İstəyirdi ki, gah sağında, gah solunda süzən hələ üç yaşı tamam olmayan əziz xələfi bicliyi, hiyləgərliyi ilə bütün quşların
şahı olsun.
Onun bu narahatlığı əbəs deyildi və şövqi-təbii
bilir, hiss edirdi ki, qocalıb, bundan sonra yumurtası
olmayacaq, kürt düşüb bala çıxarmayacaq daha.
Bala qarğa
arabir zıqqıldayırdı,
qanadları ilə anasını «döyür»,
dözə bilmirəm,
ana «qarıldayırdı». Neyləsin yazıq,
3 gündü dilinə
heç nə dəymir. Aclıq fəlakətdi, müsibətdi,
o qapıdan girəndə
xoşbəxtlik, arzular-istəklər
pəncərdən çıxır.
Bala qarğa
ətrafı yaxşı
görürdü anasından. Aşağıları seyr edərkən birdən gözlərinə
işıq gəldi, arxın kənarında iki kəllə vardı-biri böyük, biri balaca. Tez anasını dümsüklədi, gördüyünü
nişan verdi ona. Ala qarğa həmin səmtə baxdı - «hə, iki kəllə»...
qəbiristanlığın yanıdı, güman ki, göreşen təzə qəbirlərdən
çıxarıb və
helləyə-helləyə gətirib bura.
Bala qarğa
istədi düşsün
ora, ana razılaşmadı. 4-5 dəfə
cövlan etdilər havada, tam əmin oldular ki, yaxınlıqda
ins-cins yoxdu, demək, hansısa ovçu onlara hücum edə bilməz.
Bir azdan qanadlarını gərib qondular kəllərin üstünə. Ala qarğa kiçiyini özü götürdü, böyüyünü
ötürdü balasına:
«qoy doyunca yesin, gözünün qurdu ölsün».
Aaaa, heç
iki dəqiqə ötməmiş, bala qarğa atdandı anasının yanına. Ana təəccübləndi:
- Noooldu, ay bala, irisini vermişdim sənə, nə tez qurtardın?...
- Bala qarğa təngənəfəs, boğula-boğula
dedi:
- Mamalı, mənimkinin yekəliyinə baxma ey, talış başıdı, içi
boşdu...
Səringülün nağılı
pərt elədi Nənəqızı:
- Bağışla, bacısı
dedi, - düz sözdü: turpun ağacı olmur...
Əlibala Rəhimov
Ədalət.-2012.-30 noyabr.-S.7.