Antik dövrdən gələn Qarabağ həqiqətləri

 

    Ermənilər özlərinin Bibliya patriarxı Nuhun neçənci nəvəsisə olmuş Haykın törəməsi olduqlarını iddia etməyi sevirlər. Nuhun gəmisinin Ararat dağına yan ataraq istirahət etdiyi güman olunduğu üçün ermənilər belə bir nəticə çıxarırlar ki, şərqi Anadolu ermənilərin əsl qədim vətəni olmalıdır. Bu vəhşi iddia yalanlardan başqa heç nəyə əsaslanmır, ortada nə elmi, nə də arxeoloji dəlil-sübut var. Tarixçi Avqustin Kərrier bu iddianı qətiyyətlə rədd edir.

    Əsl həqiqət isə burasındadır ki, hətta 1800-cü ildə də bütün Qafqaz regionunda çox az erməni var idi. Erməniləri 1800-cü illərdən başlayaraq ruslar tərəfindən Qafqaza gətirilmiş və onlara torpaq verilmişdir - həmin torpaqları ruslar silah gücünə ərazidən dərbədər saldıqları müsəlmanlardan almışdılar.  

   Rusiya 1825-ci ildən Qafqazı işğal etməyə başladı. Bu dövrə aid olan rus sənədlərinə əsasən, Qarabağda doxsan min adam yaşayırdı. Orada 1 böyük şəhər və 600 kənd var idi, onlardan yalnız 150-si erməni kəndi idi. On doqquzuncu əsrin sonları üçün və müsəlmanların zorla köçürülməsindən sonra ermənilər əhalinin çoxluğuna çevrildi. Rusların 1828-1830-cu illər arasında 130.000 ermənini bura gətirərək onlara müsəlman torpaqlarını və evlərini peşkəş etməsinin səbəbi bu idi ki, müsəlmanlardan fərqli olaraq, ermənilər rus xristian kilsəsini müdafiə edəcəkdi.  

   1907-1912-ci illər arasında ruslar daha 500.000-dən çox erməninin İrandan və Osmanlı İmperiyasının torpaqlarından əhalisinin əksəri azərbaycanlı müsəlman olan Qars, İrəvan və Yelizavetpol (Gəncə - Z.A.) əyalətlərinə köçməsinə yardımçı oldular. Ərazidə etnik gərginlik yaradan bu hərəkatın planı ruslar tərəfindən cızılmışdı, onlar bu yolla regionda öz hegemonluğunu gücləndirmək istəyirdilər. Başqa sözlə, Rusiya öz geosiyasi maraqlarından çıxış edərək zor gücünə ərazinin demoqrafiyasını dəyişirdi. Bu prosesdə azərbaycanlılar və digər müsəlmanlar qurban verilir, bu qurbanların torpaqlarına və əmlaklarına sahib çıxan ermənilər isə xoşbəxt harınlara çevrilirdi.  

   1890-cı ildə ermənilər Daşnaksütyun siyasi təşkilatını yaratdılar. İran və Türkiyədən gələn erməni miqrantların ərazilərini birləşdirmək məqsədilə bu təşkilat terrorizm və silahlı qiyamlardan istifadə edirdi.

   28 may 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası yarandı. Gənc Respublikanın atdığı ilk addımlardan biri öz qonşuları ilə normal münasibətlər yaratmaq cəhdi idi. Mövcudluğunun ikinci günü Azərbaycan İrəvan şəhərini Ermənistan Respublikasına verdi, axı, müstəqilliyini elan etsə də, Ermənistanın siyasi mərkəzi yox idi. Yeni ölkə olan Ermənistan cəmi 400.000 nəfər sakini ilə yalnız İrəvan və Eçmiadzin rayonlarından ibarət idi. Azərbaycan əməkdaşlıq və sülh istiqamətində iş aparanda Ermənistan öz cırtdan ölkəsi üçün terror yolu ilə daha çox torpaq qamarlamaq istiqamətində vurnuxurdu.  

   Ermənilər Gürcüstana müharibəni uduzandan sonra ikinci hücum üçün Azərbaycanı seçdilər. Bu müharibə ərzində xristian ermənilər 115 Azərbaycan kəndini xaraba qoydular. 7000 nəfərdən çox adamı öldürdülər və 50000-dən çox müsəlmanı ev-eşiyini ataraq qaçmağa məcbur etdilər. Lakin azərbaycanlılar döyüşə atılan kimi ermənilər qaçıb getdilər. Hətta Azərbaycandan kənar basdırıldıqdan sonra da - 1920-ci ildə erməni liderləri Qarabağ, Naxçıvan və Zəngəzurda partizan-cəza hücumları vasitəsi ilə Azərbaycandan torpaq qamarlamaq cəhdlərini davam etdirirdilər. Məhz həmin il rus bolşevikləri Azərbaycanı işğal etdi, bir qədər sonra isə bircə atəş də açmadan Ermənistanı götürdü.  

   Hətta rus kommunistləri razılaşırdı ki, Qarabağ Azərbaycanın hissəsidir. Ruslar çox ağlabatan qərar qəbul etmişdilər. Qarabağa gedən yeganə yol Azərbaycanın paytaxtı Bakıdan keçirdi. Qarabağdan Ermənistana heç bir yol yox idi.

   1980-ci illərin axırlarında - Sovet İttifaqı çatlar verəndə ermənilər müsəlman Azərbaycanının Qarabağdakı xristianlara ayrı-seçkilik etməsi iddiasını qaldırmağa başladılar. Bu, sadəcə olaraq doğru deyil. Əsl səbəb o idi ki, ermənilər öz cırtdan ölkələrini böyütmək istəyirdilər.  

   Qarabağda yaşayan ermənilər Ermənistandan olan dostlarının vasitəsilə müsəlmanları ev-eşiklərindən bir daha qovdular və heç kim tərəfindən tanınmamış de-fakto Dağlıq Qarabağ Respublikası yaratdılar. Erməni liderlər bu regionun daxilində baş vermiş qiyamın onlara qətiyyən dəxli olmadığını bəyan etdilər. Öz etnik təmizləmə hərəkətlərinə münasibətdə dünya ictimaiyyətini aldatmaq istəyən ermənilərin daha bir uydurma nağılı!  

   Bu zavallı ermənilərin inandığı kədərli fakt belədir ki, guya müdafiəsiz müsəlman azərbaycanlılarını ev-eşiklərindən qovmaqla onlar türklərin əleyhinə apardıqları müharibəni udduqlarına inanırlar. Bu çaşmış erməni düşüncəsinə görə müsəlman azərbaycanlılarla müsəlman türklər eynidir. Ermənilər deyir ki, "biz allaha inanan millətik və həmişə türklərlə döyüşmüşük". Bu da həqiqət deyil, çünki ermənilər həmişə türklərlə döyüşməmişdir. 1890-cı illərdə diktatorların balaca quldur dəstəsi müsəlman torpaqlarını qamarlamaq həvəsinə düşənədək ermənilər müsəlman türkləri ilə beş yüz il əmin-amanlıq şəraitində yaşamışdır. Hətta ondan sonra da ermənilər heç vaxt türklərlə təkbətək döyüşməmişdir - ruslar həmişə ermənilərə kömək etmişdilər.  

   Ermənilər iddia edirlər ki, onlar Qafqazda sonuncu əsl xristian ölkəsidir və düşmənlərlə əhatə olunmuşdur. Onlar Gürcüstanın da xristian ölkəsi olduğunu və Ermənistanın bu qonşu xristian ölkəsi ilə də müharibəyə başladığını yada salmırlar.  

   Keçən illər ərzində Qarabağa olan vəhşi iddialarını heç kəsin müdafiə etməməsinə başlıca səbəbi bu ərazilər arasında yolun olmaması erməniləri yeni yola istiqamətləndirmişdir. Bu gün Ermənistanın ən yaxşı yolu erməni paytaxtı İrəvandan de-fakto Dağlıq Qarabağ Respublikasına olan yoldur. Əgər Ermənistan Qarabağın yeni ölkə olmasına kömək etməmişdirsə, onda nə üçün onlara gözəl yol çəkmişdir?  

   Həmin təzə yol ilə Qarabağa gedərkən çoxlu atılmış və xaraba qalmış müsəlman kəndi göstərmək olar. Bu torpaq bir-birinin ardınca müsəlman kəndlərindən "təmizlənir". Müşahidəsçilərdən biri kədər içində demişdir: "Təmizlənmiş kəndlərin parçalanmış divarlarına baxarkən məni ürək bulanması tutmuşdu".  

   Erməni liderlər iddia edirlər ki, Qarabağın "təsdiq edilmiş" qonaqları hər yerə gedə və hər şeyin şəklini çəkə bilərlər. Həqiqət isə bəllidir ki, "təsdiq edilmiş" qonaqlar daim müşayiət olunur və onlara nə hərəkət azadlığı, nə də şəkil çəkmək azadlığı verilir.  

   Ermənilərin total dağıdıcılığına çoxlu nümunələrdən biri Azərbaycanın Ağdam şəhəridir. On il qabaq orada çoxsaylı Azərbaycan müsəlmanı yaşayırdı. İndi isə ora tamamilə dağıdılmışdır və kimsəzdir. Yalnız talançılığın xarabalıqları qalmışdır. Bu, Qarabağdakı hər bir müsəlman azərbaycanlı şəhəri və kəndi üçün tipik mənzərədir.  

   I Dünya Müharibəsi başa çatandan sonra Ermənistanın müttəfiqləri Sülh konfransından tələb edirdi ki, Osmanlı İmperiyası onlara dəyən ziyanın əvəzində təzminat ödəməlidir. Müttəfiqlər erməniləri dinləmiş və onlara heç nə verməmişdir. Ermənilərin bugünkü nəsilləri də indi tələb edir ki, I Dünya Müharibəsindəki ziyana görə Türkiyə onlara təzminat versin. Ermənilər belə bir təklif irəli sürmüşlər ki, üzvləri türklərdən və ermənilərdən ibarət olan barışıq komissiyası yaradılmalıdır.  

   Ermənilər on doqquzuncu əsrdə rusların sınaqdan çıxmış aradıqları taktikanı həyata keçirməyə cəhd göstərirlər - müsəlmanları evlərindən və torpaqlarından zorla köçürmək, onlara heç nə ödəməmək, sonra isə həmin torpaqlarda erməniləri yerləşdirmək.  

   Türk-erməni komissiyasının yaradılması Ermənistanın "heç nə vermədən nəsə qazanmaq" üçün danışıqlar vasitəsilə yol axtarmasına daha bir nümunədir. Cırtdan Ermənistanın Azərbaycanın başına açdığı oyunları Türkiyənin də başına açmaq üçün heç bir şansı yoxdur.  

   1970-1980-ci illərdə erməni qatilləri bütün dünyanı dolaşaraq çoxlu türk diplomatını qətlə yetirmişdir, qətllərin bir neçəsi burada, Birləşmiş Ştatlarda baş vermişdir. 

   70 il ərzində Sovet İttifaqının bir parçası olmuş Ermənistan yenidən müstəqillik qazanaraq 1992-ci ildə ruslardan bir milyard dollarlıqdan artıq silah-sursat və avadanlıq peşkəş alaraq qonşu Azərbaycan üzərinə daha bir əsassız hücuma keçdi. Bu erməni quldurları silah gücünə bir milyondan çox zavallı azərbaycanlını ev-eşiyindən qovaraq qonşu torpaqlarının 20 faizini işğal etdi. Keçən bu 20 il ərzində həmin ermənilər Amerika hökumətinə fırıldaq gələrək 1.4 milyard dollarlıq "xarici yardım" almışlar, bu, güman ki, bütün dünyanın hər hansı ölkəsində adambaşına düşən illik gəlirdən daha çoxdur! Hələ din pərdəsi altında bu terrorçu ölkəyə axıdılan Amerika xristian qruplarının topladığı milyonlarla dollar pul bura daxil deyil.  

   Bu gün ermənilər öz xainliklərinin Osmanlılarla müzakirəsi üçün Türkiyə ilə "barışıq" adlandırdıqları komissiyada işləmək istəyirlər. Əsl erməni ənənəsindən xəbərdar olan türklər isə nə danışıqlara gedəcək, nə də ermənilərin bəd əməllərinə imkan verəcəkdir. Türklər belə bir faktı qəbul etməli və inanmalıdır ki, dünyada dolaşan bütün saxta nağıllar yalnız və yalnız erməni faktlarını xatırladır (heç vaxt həqiqətə əsaslanmayan) və onları müzakirə etməyə dəyməz.  

   "Barışıq komissiyası" haqqında əsas xəbər "Turkish Times" qəzetinin 8 avqust 2001-ci il tarixli sayında dərc edilmişdir. Komissiya üzvləri adından birgə bəyanatda onlar elan etmişdi ki, "Biz hamımız belə bir fikirlə razılaşırıq ki, genosidin olub-olmamasına münasibət haqqında bu komissiya iş aparmır. Beynəlxalq birlik və biz artıq o məsələyə müzakirə obyekti olmayan fakt kimi baxırıq və bu fakt bizim müzakirələrin əsasıdır". Bu, qeyri-adi mövqedir.

   Barışıq komissiyasının nəzərə alması üçün ermənilərin təklif etdiyi gündəlik belədir: bu üzdəniraq komissiya heç kim tərəfindən rəsmi təsdiq edilməmiş özünütəyin qrupudur.  

   1.Ermənistanın Türkiyəni 100 faiz günahkar hesab etdiyi 1916-ci il soyqırımının Birləşmiş Ştatlar hökuməti tərəfindən tanınmasına nail olmaqla istinad nöqtəsi birbaşa ziddiyyətdir. Komissiya türk qəzetində bu yaxınlarda müsahibə vermişdir ki, soyqırım müzakirə obyekti olmayan faktdır, yaxşı, əgər belədirsə, onda Ermənistan nə üçün Amerikanı bu məsələyə qoşmaqda davam edir? Üstəlik, ermənilər türk qəzetindəki müsahibədə yenicə demişlər ki, genosid dünyanın bütün beynəlmiləl birliyi tərəfindən qəbul edilmiş faktdır. Əgər bu, həqiqi bəyanatdırsa, onda ermənilər Birləşmiş Ştatların təsdiqini nə üçün istəyir? Belə çıxır ki, son on ildə Amerikadan 1,4 milyard dollar pul yardımı dilənib alan Ermənistan Birləşmiş Ştatları beynəlxalq birliyin xalqı hesab etmir.  

   2. Türkiyədən ermənilərin köçürülməsinə görə Ermənistanın iddialarını müdafiə istiqamətində Birləşmiş Ştatların Dövlət Departamenti ilə iş aparmaq. Ümumiyyətlə, nə üçün Birləşmiş Ştatlar bu məsələyə müdaxilə etməli idi?  

   3. Türkiyənin mülki cəmiyyətinin liderlərini ermənilərin iddia etdiyi soyqırımın baş verməsinə inanmağa vadar etmək.  

   4. Soyqırımın qəbul edilməsinin türklərin marağına cavab verdiyinə Türkiyə elitasını inandırmaq.  

   5. Türkiyədə geniş xalq kütlələrini ermənilərin iddia etdiyi soyqırımın baş veməsi fikrini alışdırmaq.  

   6. Türk məktəblilərini ümumi əsaslarla yoxlamadan keçirərək babalarının 1915-ci ildə iyirminci əsrin ilk soyqırım törətməsinə uşaqları inandırmaq.  

   7. Əgər türklər komissiyanın yuxarıda diktə etdiyi direktivlərin hər hansı birini yerinə yetirməzsə, türk hökumətinin və xalqının "müasir sivil millətlərin normalarına əsasən davranmaq üçün hazır olmadığı" təsəvvürünü yaratmaq.

      Komissiyanın türk üzvü Özdəm Sanberk bəyan etmişdir ki, "bu istək həqiqətin tapılması üçün deyil, gələcəyin yeni üfüqlərini açmaq və qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçündür". Komissiyanın digər türk üzvü İltər Türkmən deyir ki, "tarixi ədalətin açılması komissiyanın vəzifəsi deyil".

  

   (ardı var)

 

 

   Sövdəyar Muradov

 

   Ədalət.- 2012.- 11 oktyabr.- S.6.