Lənkəranın gülü rəng-rəng

 

   Onu Səməd Vurğun da vəsf edib

 

   (Əvvəli ötən sayımızda)

  

   Dünyanın istənilən nöqtəsində, o cümlədən də Azərbaycanda insanların həyat şəraiti, sosial durumu xüsusi əhəmiyyət kəsb edir. Ölkənin durumu gözdən keçiriləndə məhz bu məqam xüsusi ilə qabardılır. Yəni iqtisadi cəhətdən təmin olunmaq, problemlərdən qismən də olsa, can qurtarmaq hər bir insanın özəl arzusudurbütün həyatının da çox böyük hissəsini məhz buna həsr edir. Elə ona görə də ölkəmizdə Azərbaycan prezidenti İlham Əliyev cənablarının bilavasitə tapşırığı və nəzarəti altında paytaxtla yanaşı, regionların da inkişaf etdirilməsinə davamlı və həm də tələb edilən bir şəkildə diqqət göstərilir. Burada məqsəd şəhərlə kənd, bölgəylə paytaxt arasında fərqləri minimumua endirmək, insanların sosial durumunu yüksəltməkdir.   

   Bax elə Lənkəranda, yəni bu Cənub bölgəmizdə də ölkə prezidentinin tələblərinə diqqətlə yanaşılır və onun yerinə yetirilməsinə çalışırlar. Biz bu bölgədə olarkən ilk öncə şəhərdəki, küçədəki yollara, ümumiyyətlə Lənkəranda aparılan tikinti-abadlıq işlərinə diqqət yetirdik. Bir az da dəqiq desək, görülən işlər, abadlıq özü bizim diqqətimizi çəkdi. Bir qəribə deyim var. Belə deyirlər ki, "abad kənd yolundan tanınar". Məhz Lənkəranda küçə və yolların abadlaşdırılması və bu məqsədlə də xüsusi bir plan hazırlanması son dərəcə diqqətçəkəndir. Təsadüfi deyil ki, bölgənin yollarını abadlaşdırmaq, çaylar üzərində körpülər tikmək, eləcə də zəruri olan yerlərlə keçidlərin inşa edilməsi bu gün Lənkəranda heç kimi təəccübləndirmir və adamlar bilirlər ki, ölkə rəhbərliyinin və yerli icra strukturlarının məqsədi onların qayğısına qalmaqdır.   

   Təkcə təmir- tikinti, abadlıq işlərinin icra strukturlarında olan layihələrinə, smeta sənədlərinə göz yetirəndə aydın olur ki, bu gün Lənkəranda doğrudan da çox böyük işlər görülür. Həmin işlərin sırasında Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Regional müalicə diaqnostika mərkəzi, çay fabriki, konserv zavodu, tikiş fabriki, Pal süd və eləcə "Paldat" dondurma zavodları dediklərimizə bariz bir nümunədir. Təsəvvür edin ki, bu gün əyalətdə çay fabriki, tikiş fabriki, konserv zavodu və digər müəssisələr fəaliyyət göstərirsə, bu, artıq xeyli sayda insanın işlə təmin edilməsi, özünün sosial durumunun yaxşılaşdırılması baxımından çox gözəl nümunədir. Üstəlik bu gün Lənkəranda Mərkəzi xəstəxanının nəzdində Perinital mərkəz, uşaq poliknikası, əlillərin regional bərpa mərkəzi də fəaliyyət göstərir ki, bunların da hər birində kadrların çalışması üçün normal şəraiti yardılıbdı. Lənkəranda olan səhiyyə işçiləri məhz bu dövlət qayğısı nəticəsində region əhalisinin sağlamlığının keşiyində dayana bilir.  

   Onu da xatırladım ki, Lənkəranda Xalq Sənətkarlığı Şəhərciyi, dənizkənarı bulvar, Qarabağ müharibəsi əliləri və şəhid ailələri üçün çoxlu sayda evlər, binalar tikilmiş, həmin kateqoriyadan olan insanların qəzalı vəziyyətdə olan evlərinin təmir və bərpası üçün də müəyyən işlər görülmüşdü. Ümumiyyətlə, Lənkəranda tikinti-abadlıq işləri demək olar ki, günün tələbləri səviyyəsində qurulmuşdu. Ona görə də şəhərdə tikilmiş Heydər Əliyev Muzeyi, müasir standartlara cavab verən Regional Boks Təlim Mərkəzi, Uşaq evi, Dram Teatrı, Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq tikilmiş "Dairəvi qala" tarixi kompleksi sözün əsl mənasında bu şəhərin yaraşığı, bəzəyidir.   

   Bəli, bu gün turistlərin davamlı olaraq üz tutduğu Lənkəranda hər kəsin istirahət edə biləcəyi və tələbatını ödəyəcək keyfiyyətdə olan 5 hotel, həmin sayda istirahət mərkəzi, çoxlu poçtelektron tipli ATS-lər fəaliyyət göstərir. Bax, bu tikinti-abadlıq da Lənkəranın simasını hər gün dəyişir, hər gün gözəlləşdirir. Gözəlləşən Lənkəranda tikilən körpülər, eləcə də genişləndirilən, davamlığı artırılan yollar da öz növbəsində əlavə bir rahatlıq, dinclik gətirir.   

   Təbii ki, paytaxda, eləcə də böyük şəhərlərdə bölgələrə nisbətən yerləri çox böyükdür. Lakin Azərbaycan prezidentinin imzaladığı Regionların İnkişafına dair Dövlət Proraqımının layihəsi çərçivəsində bu gün Lənkəranda xeyli yeri açılmışdır. Həmin yerləri həm regionda sosial durumu yaxşılaşdırıb, həm də regionun iqtisadi gücünü, qüdrətini artırır. Təkcə onu xatırlatmaq lazımdır ki, Lənkərandakı tikiş fabriki, çay fabriki, konserv zavodu öz məhsulları ilə artıq istehsal olunduğu bölgənin sərhədlərini çoxdan keçib. Təbii Lənkəran çayının sorağı çox-çox uzaqlara gedib çatıbdır. Deməli, bu müəssisələrdə çalışan insanların qabiliyyəti, gücü öz bəhrəsini veribdi.   

   Onu da xatırladım ki, Lənkəranda aparılan tikinti, təmir işlərində çalışan insanların da sosial durumu yaxşılaşmaq istiqamətində irəliləyir. Yəni, yolların, körpülərin, binaların, eləcə də digər obyektlərin tikintisində çalışan əmək adamları öncədən zəhmətlərinin haqqını ala biləcəklərinə tam əmindirlər. Elə şəhərin xüsusi yaraşığından biri olan Heydər Əliyev prospektindəki mənzərələri seyr etmək bu bölgədə işlərin necə getməsini hər kəsə özü-özlüyündə deyir.  

   Cənub mirvarisi olan Lənkəranda tikilən "Gilan" konserv zavodu, "Pal-FOOD" MMC-nin dondurma zavodu, "Gilan -TEA" MMC-yə məxsus çay fabrikibu bölgədə aparılan uğurlu iqtisadi siyasətin bəhrəsidir. Yerli sahibkarların və dövlət sifarişlərinin bəhrəsi olan tikinti işləri Lənkəranda bu gündavam etdirilir. Təkcə onu demək yerinə düşər ki, Lənkərada məktəb binalarının tikintisinə, təmirinə, bərpasına, səhiyyə ocaqlarının yenidən qurulmasına çox böyük qayğı və diqqətlə yanaşılır. Burada mövcud olan tikinti təşkilatlarının yaxından iştirakı ilə görülən bütün işlərdə yeri materiallardan da istifadə edilir və həm də bölgəyə məxsus arxitektura dəyərlərindən də tikintidə yararlanırlar.  

   Göründüyü kimi, Lənkəranda bu gün böyük coşqu ilə görülən işlərin bünövrəsində xüsusi olaraq, qeyd olunan regionların inkişafına dair dövlət proqrammı dayanır. Məhz bu proqrama əsaslanaraq, region üçün inkişaf proqramı hazırlayan yerli icra strukturalrı demək olar ki, Lənkəranda həyatın bütün sahələrini öz nəzarətlərinə götürə biliblər. Ona görə də istər təhsil, səhiyyə sahəsi üçün önəmli olan binaların tikintisi, istərsə də digər sosial obyektlərin inşa edilməsi, park və bulvarların yenidən qurulması yerli sakinlərin ürəyindən xəbər verir.   

   Bu gün Lənkərandakı Heydər Əliyevin adını daşıyan, Ulu Öndərimizin xidmətlərini hər gün nəzərə çarparaq xatırladan xatirə parkında yerli sakinlərin və qonaqların istirahəti üçün kifayət qədər işlər görülmüşdür. Həmin işlərin sırasında yaşıllaşdırma, müxtəlif qurğuların qurulması, fəvvarə, müasir elektrik dirəkləri və digər zəruri işlər çox yüksək bir səviyyədə görülmüşdür. Diqqətçəkən məqamlardan biriodur ki, Lənkəranda görülən bütün işlərə yerli icra strukturlarının rəhbərləri, ziyalılar, ağsaqqalar diqqətlə yanaşır, çatışmazlıqların dərhal və yerində aradan qaldırılmasına öz töhfələrini verirlər.  

   Bəli, bu gün KİV-ə dəstək fondunun ayırdığı vəsait hesabına özünün layihəsini davam etdirən "Ədalət" qəzeti Azərbaycanın bu cənub bölgəsində çox maraqlı məqamların şahidi oldu. Biz gördük ki, paytaxtımız kimi, Azərbaycanın bir parçası olan Lənkəran da necə qurulur, tikilir, necə inkişaf edir. Təbii ki, bundan qürur duyuruq. Bu qürurun mayasında bizim azərbaycanlı olmağımız və bir də Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndərimizin layiqli davamçısı prezidentimiz İlham Əliyev cənablarının Azərbaycanımıza, xalqımıza sevgisi və qayğısı dayanırdı. Tam əminliklə demək olar ki, bu diqqət və qayğı bizi yeni-yeni uğurlara və qələbələrə aparacaq. Lənkəranın və bütövlükdə Azərbaycanın ən gözəl günləri hələ öndədir.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

  Ədalət.- 2012.- 13 oktyabr.- S.4.