SƏNİ UNUTMAQ MÜMKÜN DEYİL, SƏXAVƏT!

 

   (Unudulmaz müğənnimiz Səxavət Məmmədovun əziz xatirəsinə)

  

   Həyatda tale adlı ömür yolu, alın yazısı deyilən bir qismət var. Hər kəs öz taleyini, öz qismətini yaşayır həyatda. Səxavətin də alın yazısı beləymiş. Vaxtsız qırıldı ömrü Səxavətin.

   Bəli, Səxavət tərk etdi bizləri... səssiz-səmirsiz ayrıldı aramızdan... 38 yaş nə yaşdı ki, hələ təzəcə başlamışdı atalıq borcundan çıxmağa. Çox təəssüf, həyatın acı burulğanına çox tez düşdü Səxavət.

 

   "Bu arıq oğlan Ağdamın Gülablı kəndindəndir"

 

   Səsinin vurğunu olan mindən-milyonlardan biri idim mən . Həqiqətən alın yazısı varmış dünyada. Tale mənə o xoşbəxtliyi qismət etdi ki, səsinin vurğunu olduğum "arıq oğlanla" - Səxavətlə tanış olub, bir kollektivdə çalışdım...g

   1970-ci il idi. Universitetin filologiya fakültəsində oxuyurdum. Boş vaxtlarımda universitetdə təşkil olunmuş özfəaliyyət dərnəyinə gedirdim (onu da qeyd edim ki, musiqi təhsilim var, tar şöbəsini bitirmişəm). Bir gün yaxın dostlarımdan biri mənə dedi ki, indiki "Nəsimi kənd" bazarının yanında mədəniyyət sarayı var, orada - ansamblda işləmək üçün (ştat üzrə) tar çalan lazımdır. Istəyirsən səni ora işə qəbul etdirim.

   Şübhəsiz ki, mən o dəqiqə razılığımı bildirdim. Birinci ona görə ki, tələbəçilikdir - deyə fikirləşdim. Dolanışığıma kömək olar ikinci tanınmış mədəniyyət sarayında işləməyi özümə fəxr bildim.

   Beləcə bir neçə gündən sonra mədəniyyət sarayında fəaliyyət göstərən ansamblın üzvü kimi işə başladım. Həmin gündən el-oba içərisində artıq tanınan bir neçə müğənni musiqiçilər ilə tanış oldum: Mais Məmmədov, Mətləb İbrahimov, Səxavət Məmmədov, tar çalan Orucəli Rəhimov başqaları.

   Həmin gün mənim üçün ən xoşbəxt günlərimdən biridir. Çünki elə ilk gündən Səxavət sənətinin vurğunu oldum. Həmin illər həftədə üç dəfə ansamblın məşqi olurdu. Artıq mən Səxavətə elə isinmişdim ki, məşq olmayan günlər biz tez-tez görüşər tez-tez operaya, filarmoniyaya konsertə tamaşalara gedərdik.

   Bədii rəhbər Səxavəti göstərərək deyirdi: - bu arıq ağdamlı balasının səsində Seyid Şuşinski nəfəsi var. Bu da təbiidir. Çünki Gülablı tanınmış musiqiçilər, xanəndələr diyarıdır.

   Sənin yoxluğun hamını göynədir, Səxavət!

   Gör neçə-neçə sənətkarlar dəyişib dünyasını. Bəs nədən sənin yoxluğun yandırıb-yaxır hamını.

   Sən gözəl insan idin, Səxavət!

   Bircə məlahətli səs bu boyda məhəbbəti qazanmağa kifayət etməzdi. Sənin nəcibliyindən, xeyirxahlığından, insani duyğularından, kövrək ürəyindən aylarla, illərlə danışmaqla qurtarmaz. Çox arzuların vardı sənin, Səxavət! Heyf, bitib-tükənməyən arzuların yarımçıq qaldı sənin.

   Səxavət gözünü Gülablıda açsa da əbədiyyətə Lökbatanda qovuşdu. İndi Gülablıya gedib qəbrini ziyarıt edə bilməsək , həlak olduğu dəmir hasara alınmış o yer indi ziyarətgaha çevrilib. Səxavət, səni şəxsən tanıyan da, tanımayan da o yeri keçərkən qeyri-ixtiyarı dayanır, sükuta dalır, nakam ömrünün beləcə qısa olmasına ürək yanğısı ilə təəssüflənir...g

   Neynim qardaş, gərək məni bağışlayasan, bu vaxta kimi sənin haqqında yazmamışam. Sənin ruhuna and içirəm, qardaş, neçə dəfə kağız-qələm götürüb istəmişəm yazmağa, lakin kövrəlmişəm, qəhər məni boğub ki, cümləni dalbadal yaza bilməmişəm...

   Əziz qardaşım, səninlə keçirdiyim ən unudulmaz, yadda qalan xatirələrdən ikisini oxucularımıza, Səxavət vurğunlarına təqdim edirəm.

   Yada düşər xatirələr

   1972-ci ilin payızı idi. İşlədiyimiz mədəniyyət sarayının ansamblı ilə birlikdə Şirvan zonasına qastrol səfərinə getmişdik. Ağsu, İsmayıllı Şamaxıda verdiyimiz üç günlük konsertdən sonra qərara aldıq ki, Şamaxının Meysəri kəndinə gedib istirahət edək, axşam kənddə konsert verib geri qayıdaq. Beləcə bədii rəhbərlərimizin göstərişi ilə Meysəri kəndində axşam saat 7-də başlanacaq konsertin afişası vuruldu.

   Kənd camaatına biletlər artıq satılıb qurtarmışdı. Biz o günü elə gözəl, mənalı keçirdik ki, hətta axşam verəcəyimiz konsert heç kimin yadına düşmürdü. Ansamblın üzvləri yeyib-içib keflənmişdilər. Musiqiçilərin səhnəyə çıxmaq imkanı yox idi. Bədii rəhbərin göstərişi ilə avtobus mədəniyyət evinin arxasına sürdürüldü. Musiqi alətləri, səsgücləndirici digər əşyalar maşına yığıldı, beləcə biz kənddən çıxdıq... Sən o günü qədər həyəcan keçirdin, Səxavət! Sən yoldaşlarının hamısını məzəmmət edib dedin:

   - Uşaqlar, biz el sənətkarıyıq, kənd camaatı bizi dinləmək üçün bilet alıb, konsertə gəlib, amma siz bir görün etdiniz.

   Rəhmətlik uzun müddət o hadisəni xatırlayırdı. Sonra da təəssüflənirdi. Alicənab, hər şeyə etiyatla yanaşan, özünə hörmət qoyan bir insan idi Səxavət.

   O, həmişə yoldaşlara deyirdi:

   - Sənətkar hər an özünü gözləməlidir. Xüsusilə içkidən uzaq olmalıdır. Görürsünüz, mən içmirəm, özümü hər an istədiyim kimi idarə edirəm...g

   Daha bir xatirə

   1976-cı il avqust ayının 25-i idi.

   Sentyabr ayının 1-də övladlarımın kiçik toy məclisi olmalı idi. Qohum-əqrəba ilə yığışıb məsləhətləşdik ki, qoy toy məclisini Səxavət aparsın. Beləcə Səxavətlə görüşüb (Möhlət Müslümov Fəxrəddin Dadaşov onunla birgə idilər) fikrimi ona bildirdim.

   Rəhmətlik əvvəlcə duruxdu, ani fikrə gedib birdən dedi:

   - Möhlət, qadan alım, aldığın biletləri apar geri qaytar, biz mütləq qardaşımın toy məclisində iştirak etməliyik.

   Sonradan məlum oldu ki, Səxavət yoldaşları ilə birlikdə həmin gün Moskvaya uçmalı imişlər.

   Bəli, Səxavət belə geniş qəlbə, dostluğa sədaqətli, adı kimi özü səxavətli insan idi...g

   Çox təəssüf ki, bu gözəl sənətkar, geniş qəlbli insan bizləri çox tez tərk etdi. Cəmi 38 il yaşadı Səxavət. Düz 14 ildir ki, onun gözəl simasını görmürük, ağıllı gözlərini, tükürpədici, yanıqlı, həzn səsini eşitmirik. Bir-birindən gözəl "Yar bizə qonaq gələcək", "Üç gündən bir, beş gündən bir", "Apardı sellər Saranı", "Azad bir quşdum", "Sarı bülbül" s. xalq mahnılarını Səxavətin ifasında bizə yalnız videolentlər, videokasetlər vasitəsilə dinləmək qismət olub.

   Düz 14 ildir ki, Səxavətsevərlər Səxavətsiz yaşayırlar. Dünyanın neçə-neçə ölkələrindən - Fransadan, Türkiyədən, Almaniyadan, Avstraliyadan, Hindistandan sorağını alan xalqın burdan-bura Gülablıdan xəbər tuta bilmir. Sənin tənha məzarıdan, Səxavət!

   Qəribə taleyin varmış sənin. Ömrünün ən gözəl çağlarında - konsertlərdə, toy məclislərində ən çox sevdiyin mahnını oxuyardın: "Azad bir quşdum...". Mahnıda dediyin sözlər öz başına gəldi: torpağa düşdün bu gənc yaşında.

   Qardaş, çoxlarının ağzından bu sözləri eşitmişəm: Səxavətin qədrini sağlığında bilmədilər, ona fəxri ad vermədilər və s. Yoxg bu beləd deyil, sən xalqın sevimli sənətkarı, unudulmaz nəğməkarısan. Sənin əziz adın hər bir azərbaycanlının evində hörmətlə çəkilir. Şəkillərin evlərin bəzəyi, səsin yazılmış kasetlər isə məclislərimizin yaraşığıdır

   Qardaş, sənin haqqında çox yazmaq olar, çox danışmaq olar. Amma nə fayda, nə etsək yerin bilinir, gözlərim hər an səni arayıb, axtarır. Buna baxmayaraq yenə ruhdan düşmürəm. Çünki sən öz adına layiq övladlar həyatda qoyub getmisən. Oğlun Bəxtiyarı gördükdə düşünürəm: Ölməzləri yaşadan varsa, qəmlənməyə dəyməz.

   Ölümündən düz 14 il keçir, Səxavət! Bu illər nə qədər ağrılı-acılı ötsə də sənin əziz xatirən heç bir vaxt mənim və səni istəyənlərin qəlbindən çıxmayacaqdır.

   Qoy sənin əlindən alınmış ömrünü, Ulu Tanrı balalarına bağışlasın.

  

 

   Çingiz Ələkbərzadə

 

   Ədalət.-2012.-23 oktyabr.-S.7.