Qəhrəmanlıq və satqınlıq

 

Bu günlərdə bir şad xəbər məni çox sevindirdi. Nəzərə alsaq ki, mən indi xaricdəyəm və yuxularımda Bakını qarış-qarış gəzirəm, vətənimlə bağlı hər bir xəbər məni on qat təsirləndirir. Xüsusilə də 8 il bundan qabaq Ramil Səfərovla bağlı məlumat yayılanda bir şeyi arzulamışdım ki, belə bir qəhrəmanımızı nə zamansa azadlığa buraxacaqlarmı? Sözün düzü mən buna inanmırdım. Axı biz super güc deyilikkim bizim sözümüzə qulaq asar? Xüsusilə də ermənilərin "DAYDAYLARI" güclü olduğu bir dönəmdə. Amma bu günlərdə səhər evdən mənə mesaj gəldi. Bu mesaj salam necəsənlə başlamırdı. Bu mesajda 3 söz vardı "Ramil Səfərovu buraxdılar"! Bu mesajı oxuyanda yerimdən dik atıldım. Əvvəl elə bildim ki, gözümə görsənir, sonra internetə girib xəbər portallarına baxdım...Sizə o an necə sevinc, o cümlədən də fəxarət hissini keçirdiyimi çatdıra bilməyəcəyəm. Fəxarət hissim təkcə qəhrəmanımızın azadlığa buraxılması ilə bağı deyildi, o an bir vətəndaş olaraq arxamda güclü bir dövlətin durduğunuindiki zamanda super güclərin belə görə bilmədiyi bir işi görən bir dövlətin mənsubu olmaq idi. Əlbəttə ki, prezidentimiz İlham Əliyev bunu dəfələrlə öz qabaqcıl siyasəti ilə sərgiləyib. Mənim üçün ən qabarıq nümunə ermənilərin istəmədiyi halda Milli Qəhrəmanımız Mübariz İbrahimovun cəsədinin vətəninə qaytarılması idi. Bununla da Ali Baş Komandanımız bütün dünyaya Azərbaycan dövlətinin necə öz qəhrəmanlarına sahib çıxdığını göstərdi. Bu hallar isə əlbəttə ki, gənclərimizdə vətənpərvərlik hisslərinin daha da möhkəmlənməsinə səbəb olur. Erməni mətbuatını oxuyarkən bir şeyə şahid oluram, erməni ziyalıları elə bu amildən daha çox qorxurlar ki, onların narahatçılığı da başa düşüləndir. Prezidentimiz İlham Əliyevin dediyi kimi:

  

   "Bizim səbrimiz tükənməz deyildir! Lazım gəldiyi an Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir".

  

   Gələk Ramil Səfərova, onun qəhrəmanlığı mənə əsrin əvvələrində azərbaycanlıların hüquqlarını qoruyan, onlara əziyyət verən daşnakların və onların havadarlarınnın qorxulu kabusuna çevrilən "Difaİ" ni xatırlatdı. Onlarda Ramil Səfərov kimi Azərbaycana həqarət etmək istəyənlərin cəzasını elə belə verirdilər. İnanıram ki, bizim gənclik üçün bu nümunə onların tərbiyəsinə və dövlətinin atributuna sahib çıxmasına daha çox siraət edəcəkdir. Unutmaq lazım deyil ki, xarici imperialist qüvvələr dövlətçiliyin əsas qüvvəsi olan gəncliyin beyinini zəhərləmək üçün dəridən-qabıqdan çıxırlar. Hər il milyonlarla dollar bu kimi işlərə xərclənir. Məqsəd isə 1-ci Pyotrun vəsiyyətindən də təhlükəlidir. Bu təsirlər təkcə parçalanmadan ibarət deyil. Burda "demokratikləşmə və müasirləşmə" adı altında insanların beyininə yeridilən "pofiqizim" amili çox önəmli rol oynayır. Necə deyərlər, vətəni daha çox sat və sən o qədər "demokrat və müasirsən". Yəni satqınçılıq tarixin bütün dönəmlərində elə satqınçılıq kimi dəyərləndirilib. Sadəcə olaraq bunu unutmaq lazım deyil. Zamanında Osmanlını satan ərəblərin indi başı qan ağlayır. Bu misalı ona görə qabartmaq istəyirəm ki, aramızda azlıqda olsa satqın xislətli insanlar sapı özümüzdən olan balta olmasınlar. Bir gün xocalılar kimi qırılanda soruşmayacaqlar ki " a bala sən hara işləyirdin?!". Çünki onlar məqsədlərinə nail oladuqları zaman sadəcə olaraq siz onlara lazım olmayacaqsız.  

    Deyəcəksiniz ki, ay müəllif məqalənin mövzusu Ramil Səfərov idi niyə bu üzdəniraqlardan danışırsan?! Bir az da səbirli olun sözümün mustafasını deyəcəm. Bu günlərdə facebook sosial şəbəkəsində bir status qarşıma çıxdı və bu status Xədicə İsmayılın idi.O, bu statusda Ramil Səfərovun azad olunmasını əsassız adlandıraraq onun günahsız insanı öldürən "cani" olaraq qələmə vermişdi. Sözün düzü bu statusu görəndə atalar demişkən " tüstü lap təpəmdən çıxdı". Çünki həmən dəqiqə Ermənistanda Azərbaycan üzrə araşdırmaçı olan Sargis Asaturyanın inboxuma yazdığı təhqiredici cümlələrinin içində elə bu fikiryer almışdı. Düşündüm: (yazacağım cümləyə görə sizdən çox üzr istəyirəm, amma fikrimi belə çatdıra biləcəyəm) Fahişə dolanmaq üçün öz bədənini satır və bunu onunla əsaslandırır ki, əlindən heç bir gəlmir və bu yola düşüb. Bəs Xədicə İsmayıl kimilər öz vicdanını, mənliyini, xalqını sataraq nəyi əsas gətirəcəklər?! Gərək mənliyinizin üzərindən keçərək pul qazanasız?! Sözün düzü mən bundan sonra bədənini satanlara fahişə deməyəcəyəm. Çünki onlar öz bədələrini satırlar ancaq bundan dəhşətlisi öz eqonu, kökünü satmaqdır. Əsil fahişəlik də elə budur!   

   Sonda isə bir daha millətimizi və millətimizi sevən hər bir kəsi ürəkdən təbrik edirəm. Gözünüz aydın olsun! Satqınlara isə onu demək istərdim ki, insanı dünyada dəyərli edən, onun mənliyidir. Çalışın onu satmayın!

 

 

  Orxan Muxtarlı,

  yazar, Minsk İdarəçilik Universiteti

  "Dünya iqtisadiyyati" fakültəsi

  üzrə magistrant

 

  Ədalət.- 2012.- 8 sentyabr.- S.5.