SƏHİYYƏNİN "OYAQ" XİDMƏTİ - TƏCİLİ YARDIM

 

   Dövlət qayğısının təzahürləri     

 

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər ölkənin paytaxtında, istərsə də regionlarda səfərlərində, xüsusilə səhiyyə müəssisələrindəki görüş və çıxışlarında sosial-iqtisadi inkişafın effektiv nəticələri olaraq əhalinin sağlamlığına göstərilən qayğını xüsusi vurğulayır, bunun necə böyük əhəmiyyət daşıdığını diqqətə çatdırır. Prezident hər dəfə inam hissi ilə bildirir ki, Azərbaycanda səhiyyə sistemi dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıdır və qalxacaqdır...

  Doğurdan da Azərbaycan səhiyyəsi yüksək dövlət qayğısı sayəsində bu gün özünün ən gözəl dövrünü yaşayır. Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzindədir. Əsas odur ki, paytaxt və digər böyük şəhərlərlə yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır.   

   Uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür. Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması üçün respublikamızda son illərdə həyata keçirilən mühüm tədbirlər - yeni səhiyyə müəssisələrinin tikintisi ilə yanaşı, onların ən müasir tibbi avadanlıqlarla təchiz olunması, kadrların peşəkarlığının artırılması tədbirləri Azərbaycan Prezidentinin daxili siyasətinin əsas prioritetlərindən birini təşkil edir.  

   Maraqlı və diqqətçəkən məqamlardan biribudur ki, Azərbaycan səhiyyəsinin inkişafı çoxistiqamətli paralelliklə yüksəlişdədir. Burada heç bir sahə unudulmur, sonraya saxlanılmır. Əksinə, səhiyyənin bütün sahələri kəndli-şəhərli Müasir Azərbaycan Dövlətinin gündəlik qayğısını yaşayır.  

 

   Ən qədim tibbi xidmət 

  

   Səhiyyədə elə bir sahə də var ki, bunun nə dərəcədə əhəmiyyət daşıdığını bütün dünya bilir və qəbul edir. Bu gün hər birimizin "Təcili yardım" adlandıraraq rəğbət bəslədiyimiz quruma elə bir ev, ünvan olmaz ki, ömrü boyu bir neçə dəfə müraciət etməsin.   

   Bəlkə də bəşəriyyətin ilk tibbi xidməti də buradan başlayıb. Əslində də elədir.   

   Xəstəxanaların olmadığı qədim zamanlarda ağır xəstələrin üstünə çağırılan təbiblər, loğmanlar... Bəzən piyada, bəzən atla, araba ilə, karetaya faytonla... Ən qədim tibbi xidmət!  

   Müasir dövrümüzdə bu funksiyanı "03", yəni Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları yerinə yetirir. Gecə-gündüz fasiləsiz olaraq!  

   Beləliklə, TTTY stansiyaları həyat üçün təhlükəli vəziyyətlərdə, bədbəxt hadisələr və ağır xəstəliklər zamanı, hadisə olan yerdə əhaliyə sutka ərzində təcili tibbi yardım göstərən müalicə-profilaktika müəssisələridir. 

  

   Göyçay TTTY stansiyası  

  

   Son illər səhiyyənin bu özünəməxsus sahəsinə də qayğı və diqqət artmaqdadır. Yeni TTTY stansiyaları tikilir, mövcud binalar təmir olunaraq müasirləşdirilir, maşın və avadanlıqlarla təchiz edilir.   

   Bunlardan biriözünün nümunəvi xidməti ilə əhalinin hörmət və rəğbətini qazanmış Göyçay rayon TTTYS-dır. Stansiyaya gənc olmasına baxmayaraq, rayondarespublikada bacarıqlı həkim və təşkilatçı kimi tanınan Elçin Bilalov başçılıq edir. Baş həkim söhbətimiz zamanı xidmətin funksiyası və görülən işlər barədə ətraflı məlumat verir:  

   - Əvvəlcə bir məsələni xüsusi qeyd etmək istəyirəm. Cənab Prezident hələ 2007-ci ildə bu sahəyə xüsusi diqqətin bariz nümunəsi olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən müasir tibbi avadanlıqlarla təchiz olunmuş təcili tibbi yardım avtomobilləri və dərman vasitələri ilə təmin etmək üçün Səhiyyə Nazirliyinə 12 milyon manat ayrılmasına xüsusi sərəncam imzalamışdı.   

   Bundan sonra strukturun digər müəssisələrində də müasirləşmə prosesləri sürətləndi. Bilirsiniz ki, təcili tibbi yardım stansiyası əhalisi 50 min nəfərdən çox olan şəhər və rayon mərkəzlərində təşkil olunan sərbəst müalicə -profilaktika müəssisəsidir.   

   Stansiyamızda təcili tibbi yardım səyyar briqadalar tərəfindən göstərilir. Əhalisi çox olan şəhər və rayon mərkəzlərində uşaqlararuhi xəstələrə xidmət göstərmək üçün ayrıca briqadalar yaradılır. Bundan əlavə intensiv terapiya briqadaları da nəzərdə tutulmalıdır.   

   Tələbata uyğun olaraq hamilə və doğan qadınların daşınması üçün müvafiq tibbi personal olan maşınlar ayrılır. TTTYS-nın əsas vəzifələri çağırış qəbul olunan kimi maksimal qısa müddətdə xəstələrə, zərərçəkmişlərə, bilavasitə hadisə yerində və onların daşınması zamanı təcili tibbi yardım göstərməkdir.  

  

   Yeni bina, müasirləşən xidmət

     

   Stansiyamızda 20 həkim, 33 orta tibb işçisi, 14 sürücü və 9 nəfər digər kiçik tibb işçiləri fəaliyyət göstərir. Stansiyada terapevtlər, kardioloqlar, infeksionistlər, pediatrlar, cərrah və reanimatoloqlar çalışırlar. Onu da qeyd edim ki, təkcə 2011-ci ildə 6665 evə çağırış edilib, o cümlədən ambulator qəbulla birlikdə 7403 nəfərə təcili tibbi yardım göstərilmişdir. 2011-ci il həm kollektivimiz, həm də rayon əhalisi üçün sevindirici il olmuşdur. Stansiya Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən əsaslı təmirdən sonra müasir formada təhvil verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçay rayonuna səfəri zamanı stansiyamıza əlavə olaraq 2 yeni müasir "Mercedes" markalı ambulans hədiyyə etmişdi. Bütün bunlar və digər göstərilən qayğılar bizi sevindirir, əhaliyə nümunəvi xidmət göstərməyə ruhlandırır...

 

 

  Məzahir ƏHMƏDOĞLU

 

  Ədalət.- 2012.- 19 yanvar.- S.7.