Torpaqşünaslıq və ekologiya elminin fədaisi

Anadan olmasının 65, elmi-pedoqoji fəaliyyətinin 45 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, BDU Torpaqşünaslıq kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, Azərbaycanın torpaqşünaslıq və ekologiya elminin görkəmli nümayəndələrindən biri və bu sahədə əbədiyaşar alimimiz akademik Həsən Əliyevin layiqli davamçısı olan Qərib Məmmədovun tədqiqatları təkcə torpaqşünaslıq elminin inkişafı ilə deyil, bu elmə yaxın olan elmlərin, o cümlədən ekologiya, torpaq coğrafiyası, torpaq kadastrı və monitorinqi, geodeziya və yerquruluşu, meşəçilik, aqroekologiya və digər elm sahələrinin inkişafı ilə bağlıdır.

Qərib Məmmədovun hələ gənclik illərindən məqsədi, niyyəti, elə-obaya, torpağa bağlılığı bir daha onda özünü göstərdi ki, o, 1970-ci ildə indiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirəndən sonra başqa sahələrdə deyil, məhz ömür yolunda ən çətin sahələrdən biri olan elm sahəsində, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində əmək fəaliyyətinə başladı və bir illik ordu sıralarında xidmətdən sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəaliyyətini davam etdirməklə həmin institutun aspiranturasına daxil oldu.

Heç şübhəsiz ki, Qərib Məmmədovun bu elm ocağında aspirant kimi çalışması və görkəmli torpaqşünas alimlərdən SSRİ Elmlər Akademiyasının müxbir üzvü Vladimir Vladimiroviç Volobuyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Həsən Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Məmməd Emin Salayev, Kazım Ələkbərov və bu kimi görkəmli elm adamlarının əhatəsində bir daha püxtələşdi və qəvvas dərinliklərə baş vurduğu, alpinist zirvələrə can atdığı kimi Qərib Məmmədov da kitabxanalarda və laboratoriyalarda gecəli-gündüzlü ciddi axtarışlarda oldu. 1978-ci ildə namizədlik dissertasiyasını bitirməklə özündə rahatlıq tapmadı. Kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışdı. Ancaq bir gün belə alim qələmini yerə qoymadı. 1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək ekologiya ixtisası üzrə Azərbaycanda ilk elmlər doktoru və yeganə professor adına layiq görüldü.

1994-cü ildə işlədiyi Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışan Qərib Məmmədov həmin institutun direktoru vəzifəsinə irəli çəkildi.

Torpaq kadastrı, torpaqların ekoloji münbitlik modeli, torpaqların ekoloji qiymətləndirilməsi, torpaqların bonitirovkası, torpaqların ekoloji keyfiyyətinin monitorinqi ilə bağlı çoxsaylı, sanballı elmi araşdırmaların müəllifi, o cümlədən Azərbaycan Respublikası ekoloji problemlərinin sistem halında öyrənilməsi konsepsiyasının yaradıcısı kimi torpaqşünaslıq elmi sahəsində xüsusi imzası ilə seçildi.

Bu da təsadüfi deyildir ki, hələ tələbəlik, aspirantlıq illərindən Ulu öndərimiz Heydər Əliyevin torpaq siyasətinə qəlbən vurulduğunu və bu siyasətin uğurlu nəticələrini həmişə özünün ömür yolunun əbədi proqramı kimi qəbul etdiyinə görə, ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlərimizin birgə səyi nəticəsində dağılmaq ərəfəsində olduğu dövrdə xalqımızın təkidli xahiş və tələbi ilə hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyevin adı ilə tarixə düşən Azərbaycanda torpaq islahatının aparılması zərurəti yarananda bu məsul vəzifəni icra etmək üçün məhz Qərib Məmmədova etibar edildi. 1997-ci ildə iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Qərib Məmmədov Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixdən isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsinə təyin edildi.

Ulu öndərimiz Heydər Əliyevin torpaq siyasətinin icraçısı kimi Qərib Məmmədov öhdəsinə düşən bu məsul və şərəfli işi yorulmadan təkcə həyata keçirmədi, həm də torpaqşünaslıq elminin inkişafı üçün bir alim olaraq daim axtarışlar apardı.

Ulu öndərimizin iqtisadi-siyasi kursunun alovlu təbliğatçısı, torpaq siyasətinin etibarlı icraçısı olduğu bir daha onda özünü sübut etdi ki, 23 oktyabr 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iqtisadi-siyasi kursunun davamçısı cənab İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sədr təyin edildi.

Qərib Məmmədov təkcə torpaq islahatını uğurla davam etdirmədi, həm də o, bir alim olaraq Ulu öndərimiz tərəfindən Azərbaycanda əsası qoyulmuş geodeziya və kartoqrafiya sahəsinin inkişafını dövlətin və hökumətin tələb etdiyi səviyyədə yerinə yetirmək üçün var qüvvəsi ilə çalışır. Məhz onun rəhbərliyi altında dövlət və hökumət tərəfindən tapşırılan vəzifələrin səmərəli təşkili, çevik və keyfiyyətli bir şəkildə yerinə yetirilməsinə başlandı.

Bir daha xüsusi olaraq qeyd etmək yerinə düşər ki, geodeziya və kartoqrafiya sahəsi, gənc müstəqil dövlətimizi dövlət dilimizdə xəritələrlə təmin etmək, qonşu dövlətlər ilə dövlət sərhədlərinin (su və quru) delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərinin həyata keçirilməsi, yeni yaradılmış ordumuzu müxtəlif miqyaslı topoqrafik xəritələrlə təmin etmək, eyni zamanda xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafında əvəzsiz rolu olan geodeziya və kartoqrafiya sahəsinin inkişaf etdirilməsi müasir və müstəqil dövlətimizin qurucusu və memarı olan Ulu öndərimiz Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.

Bu tarixi bir həqiqətdir ki, 2003-cü ildə Heydər Əliyev siyasi kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə iqtisadi inkişaf yolunda olan ölkəmiz daha da sürətlə inkişaf etməyə başladı.

Qərib Məmmədov bir torpaqşünas alim olaraq bu qənaətdədir ki, Prezident İlham Əliyevin bəyan etdiyi regionların sosial-iqtisadi inkişafı siyasətində ölkəmizdə yoxsulluğun sürətlə azalması, millətin genefondunun qorunması, ailələrin, uşaqların xoşbəxtliyi, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən əsas amillərdən biridir.

Aqrar sektor onilliklər boyu ölkəmizin iqtisadiyyatında mühüm yer tutmuşdur, bu meyil indi də davam edir. Müasir dövrün fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatının idarəedilməsi sahəsində köklü dəyişikliklər edilmiş, kəndlilər əsrlər boyu həsrətlə gözlədikləri arzuya qovuşmuş və nəticədə onlar torpağa sahiblik əldə etməklə, xüsusi mülkiyyətçiyə çevrilmişlər. Aparılan müqayisəli təhlillərdən görünür ki, aqrar islahatların birinci mərhələsinin nəticələri uğurlu olmuşdur, istehsalın həcmi xeyli artmış, yerli mənbələr hesabına əhalinin ərzaqla təchizat səviyyəsi yaxşılaşmış, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün real şərait yaranmışdır.

Qərib müəllimin çoxsahəli tədqiqatları Azərbaycan torpaqlarının aqroekoloji qiymətləndirilməsi və bonitirovkası, torpaq kadastrının, hüquqi elmi və praktiki məsələləri, torpaq ehtiyatlarının öyrənilməsinə, eləcə də Azərbaycanda torpaq islahatlarının və bütövlükdə aqrar islahatların təhlilinə və elmi təminatına yönəldilmişdir.

Akademik Q.Məmmədovun dövlət qulluğu sahəsində nailiyyətləri nə qədər yüksək olsa da, o, özünü heç vaxt elmdən kənar hiss etməmiş və daim elmi tədqiqat işlərini davam etdirmişdir.

Q.Məmmədovun monoqrafiyaları və bir çox elmi əsərləri xüsusilə diqqətəlayiqdir. Onun "Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi" monoqrafik əsəri Azərbaycan torpaqşünaslığında analoqu olmayan bir monoqrafiyadır. Əsər torpaqların ekoloji problemləri və onların qiymətləndirilməsi ilə yanaşı, Azərbaycan torpaqlarının ekoloji münbitlik modelindən əsaslı şəkildə bəhs edir. Biologiya elminin kompleks problemlərinin ayrı-ayrı istiqamətlərini əhatə edən akademik Q.Məmmədovun "Azərbaycanın ekoetik problemləri, elmi hüquqi, mənəvi aspektləri" adlı əsəri bu məzmunda yazılmış ilk əsərdir.

Akademik Qərib Məmmədovun tədqiqat istiqamətində bilavasitə ekoloji problemlərin həllinə yönəldilmiş elmi əsərlər prioritet istiqamət təşkil etmişdir. Onun coğrafiya elmləri doktoru M.Xəlilovla birgə işlədiyi bir çox əsərlər, o cümlədən "Ekologiya ətraf mühit və insan", "Ekologiya və ətraf mühit", "Ekologiya və ətraf mühitin mühafizəsi", "Azərbaycan meşələri" və s. irihəcmli monoqrafik əsərləri respublikamızda mövcud ekoloji problemlərin həllində dəyərli töhfə kimi qiymətləndirilmişdir.

Əsərdə Azərbaycanın təbiəti, qoruqlar, respublika ərazisində baş verən səhralaşmanın elmi əsasları verilmişdir. Eyni zamanda əsərdə ekologiya, ətraf mühit və insan haqqında ayrı-ayrılıqda məlumat verilməklə yanaşı, onların qarşılıqlı əlaqəsi və bir-birlərinə təsirinin ətraflı izahı verilmişdir. Azərbaycanın milli sərvəti kimi meşələrimizin qorunması, səmərəli istifadəsi məsələləri də müəlliflər tərəfindən geniş tədqiq edilmişdir.

"Ekologiya və ətraf mühitin mühafizəsi" kitabında həyat mühiti və ekoloji faktorların xarakteristikası, populyasiyalar, biosenozlar və biosferin ətraflı təhlili, landsaft əsasında biosferin təbii ekosistemlərinin təsnifatı, atmosfer, litosfer, biosferin dünyada və respublikamızda müasir vəziyyəti, antropogen amillərin təsiri ilə dəyişilməsi istiqamətləri və onlardan düzgün istifadə məsələləri, pestisid və gübrələrin tətbiqi, suvarma, meşəsizləşdirmə və səhralaşmanın ekoloji nəticələri, mühafizə olunan ərazilər, beynəlxalq və daxili turizm, bəşəriyyətin sosial-ekoloji problemləri və s. haqqında geniş məlumat verilir.

"Neftlə çirklənmiş torpaqların ekoloji münbitlik modeli" (Q.Ş.Məmmədov, N.F.Həkimova) kitabında Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarında aparılmış tədqiqat işlərinin nəticələrinə əsaslanaraq bəzi bloklar əsasında (aqroekoloji, torpaq tərkibi, sanitar-gigiyenik göstəricilər, rekultivasiya tədbirləri, qiymətləndirmə) ekoloji münbitlik modeli verilmiş, neftlə çirklənmiş torpaqların əsas parametrləri, çirklənmə prosesində torpaq xassələrinin dəyişmə dinamikası müəyyən olunmuşdur.

"Əsrimizin qlobal ekoloji problemləri" (M.S.Abbasov; elmi red. Q.Ş.Məmmədov) kitabında ekologiyanın əsas konsepsiyaları ilə birlikdə ekosistemin quruluşu və funksiyaları, eləcə də insan fəaliyyəti nəticəsində yaranmış ekoloji problemlər haqqında geniş məlumat verilir.

Ensiklopedik ekoloji lüğətə (Q.Ş.Məmmədov, M.Y.Xəlilov; elmi red. B.Ə.Budaqov; red. Z.M.Əhmədov) ekologiya və təbiəti mühafizəyə aid 6500-ə qədər termin və anlayış daxil edilmişdir. Müxtəlif ixtisasçıların lüğətdən asan istifadə etmələri üçün o, ilk dəfə olaraq ayrı-ayrı elm sahələri - ekologiya, torpaqşünaslıq və geologiya, botanika və zoologiya sahələri üzrə tərtib edilmişdir.

Q.Ş.Məmmədov və M.Y.Xəlilovun müəllifi olduğu Ekoloqların məlumat kitabında ekologiya və təbiəti mühafizəyə aid 40000-dən artıq termin və anlayışın mənası izah edilir. Kitab ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, meşəçilər, torpaqşünaslar və s. mütəxəssislər üçün nəzərdə tutulub.

Torpaqşünaslıq və aqrokimya terminlərinin izahlı lüğətində təqdim edilmiş terminlər (məqalələr) öz məzmunu etibarı ilə torpaqların genezisi, coğrafiyası və xəritələşdirilməsinə, aqroekologiyası və bonitirovkasına, kimya və mineralogiyasına, biologiyasına, fizikasına, meliorasiyası və rekultivasiyasına, aqrokimya və torpaq münbitliyinə aid olan məsələləri əhatə edir.

Günəş energetikası terminləri lüğəti Azərbaycan, rus, ingilis, alman, fransız, ispan və italyan dillərində çap olunmuşdur. Lüğət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 21 oktyabr 2004-cü il tarixli Sərəncamına uyğun olaraq nəşr edilmişdir.

Akademik Qərib Məmmədovun məhsuldar alim əməyinin əyani nəticələrindən biri də onun "Azərbaycan Respublikasının dövlət torpaq kadastrı hüquqi elmi və praktiki məsələləri" əsəridir. Bu fundamental əsərdə dövlət torpaq kadastrının tərkib hissələrindən respublika ərazilərinin torpaq-kadastr rayonlaşdırılmasından inzibati rayonların torpaq kadastrı işləri ətraflı təhlil və tədqiq edilmişdir.

Qərib Məmmədovun "Azərbaycan Respublikasının dövlət torpaq kadastrı: hüquqi, elmi və praktiki məsələləri" kitabında Azərbaycan Respublikasının dövlət torpaq kadastrının hüquqi, elmi və praktik məsələləri araşdırılmış, torpaq kadastrının növləri, əsas prinsipləri, onun aparılması qaydaları və tərkib hissələri işıqlandırılmışdır.

Qərib Məmmədovun "Azərbaycanın torpaq ehtiyatları" əsərində Azərbaycanın ekoloji şəraiti, Azərbaycanın torpaq örtüyünün strukturu, tərkibi, bioekoloji xüsusiyyətləri geniş tədqiq edilmiş və Azərbaycanın müasir bazar iqtisadiyyatı dövründə mülkiyyət növləri üzrə onun strukturu verilmişdir.

"Azərbaycanın torpaq ehtiyatları" kitabında Azərbaycanın zəngin torpaq ehtiyatları, ayrı-ayrı torpaq tipləri, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələri barədə, eləcə da torpaqların kateqoriyalar və keyfiyyət qrupuna görə bölgüsü haqqında, həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətdəki kənd təsərrüfatına yararlı torpaq sahələri haqqında məlumatlar təhlil edilir.

Q.Ş.Məmmədov, M.P.Babayev, A.İ.İsmayılovun müəllifi olduğu "Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası" kitabında torpaq ehtiyatlarının dünya mülumat bazasının-torpaq nomenklaturası və təsnifatının Beynəlxalq korrelyasiyası vasitəsi kimi geniş izahı verilir. Beynəlxalq və milli torpaq təsnifatları (ABŞ, Rusiya, Fransa, Almaniya, Dünya torpaq xəritəsi) müqayisə edilir.

Alimin elmi fəaliyyəti daha çox torpaqla bağlı elm sahələrini əhatə etmişdir. Onun A.Həşimov və X.Cəfərovla birlikdə nəşr etdirdiyi "Şorlaşmış və şorakətləşmiş torpaqların ekomeliorativ qiymətləndirilməsi" əsəri fundamental tədqiqat əsəri kimi çox yüksək qiymətləndirilmişdir. Respublikamızın suvarılan torpaq fondunun əsas ərazisi Kür-Araz ovalığında yerləşən torpaqlardır. Bu ərazinin torpaqları təbii şəraitdən asılı olaraq şorlaşmışdır. Burada arid iqlim hökm sürdüyündən torpaqlarda şorlaşma prosesləri təbii yolla baş vermişdir. Bu baxımdan müəlliflərin araşdırmalarında daha çox diqqət ayırması tələb edilən məsələlərə şorlaşmış torpaqların yararlı hala salınmasının və kənd təsərrüfatı bitkiləri əkinlərində istifadəsi xüsusiyyətidir.

Alimin elmi fəaliyyəti daha çox torpaqla bağlı elm sahələrini əhatə etmişdir. Onun A.Həşimov və X.Cəfərovla birlikdə nəşr etdirdiyi "Şorlaşmış və şorakətləşmiş torpaqların ekomeliorativ qiymətləndirilməsi" əsəri fundamental tədqiqat əsəri kimi çox yüksək qiymətləndirilmişdir. Respublikamızın suvarılan torpaq fondunun əsas ərazisi Kür-Araz ovalığında yerləşən torpaqlardır. Bu ərazinin torpaqları təbii şəraitdən asılı olaraq şorlaşmışdır. Burada arid iqlim hökm sürdüyündən torpaqlarda şorlaşma prosesləri təbii yolla baş vermişdir. Bu baxımdan müəlliflərin araşdırmalarında daha çox diqqət ayırması tələb edilən məsələlərə şorlaşmış torpaqların yararlı hala salınmasının və kənd təsərrüfatı bitkiləri əkinlərində istifadəsi xüsusiyyətidir.

Alim tədqiqat işlərində torpaq ehtiyatlarının səmərəli istifadəsi, mühafizəsi məsələlərinə də geniş yer ayırmışdır. Onun irihəcmli "Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları" monoqrafik əsəri torpaq ehtiyatlarının davamlı və dayanıqlı, səmərəli istifadəsini təmin etmək məqsədilə ölkədə həyata keçirilən aqrar islahatlarla bağlı torpaq istifadəçiliyində yeni təsərrüfatçılıq formalarının yaradılması, torpaq üzərində mülkiyyət növlərinin təsbit edilməsi, habelə torpaq ehtiyatlarından istifadəyə nəzarətin artırılması, ictimai təsərrüfatçılıq dövründə münbitliyi itirilmiş, tənəzzülə uğramış torpaqların təbii münbitliyinin bərpasının artırılmasının, onun mühafizəsi və s. bu kimi bir çox məsələlərə həsr olunmuşdur. "Azərbaycan Respublikası Prezidentinin torpaq ehtiyatlarından istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti" (28 noyabr 2000-ci il) və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008) haqqında fərmanları və 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı" müəllifin yeni kitabının siyasi və elmi konsepsiyasını təşkil etmişdir.

Akademik Q.Məmmədovun "Heydər Əliyev torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır" və "Azərbaycanda aqrar islahatlar: tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru" əsərləri müəllifin dövlət quruculuğunda və aqrar sahənin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzedilməz xidmətlərinə həsr edilmişdir. Kitab xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyevin hələ SSRİ dövründə - 1969-1982-ci illərdə aqrar sahədə gördüyü böyük işlərin fundamental təməli üzərində 1993-2003-cü illərdə respublikamızda torpaq islahatının uğurla aparılması, eyni zamanda Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər uğurla davam etdirdiyi aqrar sektorun inkişafı, mahiyyət etibarı ilə heç də torpaq islahatından az əhəmiyyəti olmayan "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi Dövlət Proqramı", "Azərbaycan Respublikası (2008-2015-ci illər) əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın hazırlanması və bu kimi digər dövlət əhəmiyyətli proqram və layihələrin uğurla davam etdirilməsindən bəhs edir.

Akademik Qərib Məmmədov dərsliklərin hazırlanmasında da yaxından iştirak edir. Onun müəllifliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə respublikamızın ali məktəblərində dərslik kimi təsdiq edilmiş bir neçə kitabı, o cümlədən "Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları", "Torpağın eroziyası və mühafizəsi" (həmmüəlif), 2 hissədən ibarət olmaqla "Aqroekologiya", "Ensiklopedik ekoloji lüğət", "Geodeziya", "Hərbi topoqrafiya və geodeziyanın əsasları" və bir çox dərslik və dərs vəsaitləri respublikamızın müxtəlif ali məktəblərində uğurla istifadə olunaraq müəllim və tələbələrin stolüstü kitabına çevrilmişdir.

"Meşə ekologiyası" dərslik (Q.Ş.Məmmədov, K.S.Əsədov; elmi red. M.Y.Xəlilov) kitabında meşələrin insan həyatında, ekoloji mühitin yaxşılaşdırılmasında və təbiətdə müstəsna rolundan danışılır və təbiətin insanlara bəxş etdiyi meşədən səmərəli istifadənin dayanıqlı olunmasından, yeni daha məhsuldar meşələrin yetişdirilməsindən bəhs edilir.

"Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları" dərslik (Q.Ş.Məmmədov; elmi red. Ş.G.Həsənov) kitabı yeddi hissədən, 43 fəsildən, 120 paraqrafdan ibarətdir. Kitabda torpaqşünaslıq elminin predmeti, elmi-nəzəri əsasları, tədqiqat metodları, dünyada və həmçinin Azərbaycanda inkişaf tarixi və ayrı-ayrı görkəmli torpaqşünasların müxtəlif dövrlərdə apardıqları tədqiqatlar haqqında ətraflı məlumat verilir. Azərbaycanda torpaqşünaslıq elminin inkişaf tarixi, torpaqəmələgəlmə prosesinin mahiyyəti, torpaqəmələgəlmənin ümumi sxemi, torpaqəmələgətirən amillər və digər məsələlər ətraflı şəkildə oxucuya çatdırılır.

"Hərbi topoqrafiyanın və geodeziyanın əsasları" dərs vəsaitində (Q.Ş.Məmmədov, İ.H.Əhmədov) ərazi haqqında ümumi məlumat, döyüşdə ərazinin mahiyyəti, ərazidə oriyentirləmənin üsulları, istifadə olunan alətlər, planaalma üsulları, topoqrafik xəritələr, xəritələrdə yerli predmetlərin işarələnməsi, ərazinin aeroşəkilləri, kosmosda uçan aparatlar, GPS haqqında məlumat, topoqrafik xəritələrdən istifadə qaydası və s. haqqında geniş məlumat verilib.

"Ekologiya, ətraf mühit və insan" dərslik (Q.Ş.Məmmədov, M.Y.Xəlilov; elmi red. B.Ə.Budaqov) kitabında Azərbaycanda ekologiya elminin inkişaf tarixi, müxtəlif səviyyələrdə (populyasiya, biosenoz, ekosistem, biosfer) təbii sistemlərin funksiyalarının əsas qanunauyğunluqları, insan ekoloqiyası; energetika və ekologiya; kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, təbii fəlakətlərin nəticələri, ətraf mühitin zərərli sosial faktorlarının insanın sağlamlığına təsiri geniş işıqlandırılır.

Q.Ş.Məmmədov və İ.H.Əhmədovun müəllifi olduğu "Geodeziya" dərslik vəsaiti topoqrafiya, torpaq islahatı, geodeziya işləri ilə məşğul olan mütəxəssislər və geodeziya fənnindən dərs keçən tələbələr üçün nəzərdə tutulmuşdur.

"Aqroekologiya" dərsliyində aqroekologiyanın əsas məsələləri - biosfer, populyasiya, biosenoz, aqroekosistem haqqında məlumatlar və texnogenez şəraitində torpaq-biotik kompleksində onlarln funksional qanunauyğunluqları şərh olunur, intensiv aqrar istehsalı şəraitində suyun biogen çirklənməsi, kənd təsərrüfatında kimyalaşdırmanın, suvarmanın, mexanikləşdirmənin ekoloji problemləri, kənd təsərrüfatı radioekologiyası, aqroekoloji monitorinq, kənd təsərrüfatı landşaftlarının optimallaşdırılması məsələləri müzakirə olunur. Dərslikdə həmçinin, əkinçiliyin alternativ sistemi və onun ekoloji əhəmiyyəti, vermikultura, biohumusun hazırlanması və tətbiqinin ekoloji aspektləri, seliteb ərazilərin ekologiyası, ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı məsələləri təhlil olunur.

Q.Məmmədovun elmi nailiyyətləri sırasında onun rəhbərliyi və müəllifliyi ilə hazırlanmış atlas və xəritələr ən uğurlu nailiyyətlərdən biridir. Atlas elmi problemlərin və ya yaxın elmlərin qarşılıqlı əlaqəsində yaranan yığcam, əyani və faktiki materiallarla zəngin əsərdir. Bu baxımdan "Azərbaycan Respublikasının torpaq atlası", "Azərbaycan Respublikasının ekoloji atlası" və "Azərbaycan torpaqlarının ekoloji qiymətləndirmə xəritəsi" müəllifin gərgin əməyinin bəhrəsi kimi yüksək qiymətləndirilir.

Azərbaycan Respublikasının Torpaq atlası (B.Ə.Budaqov; red. heyəti Q.Ş.Məmmədov, məsul red. Ə.M.Qasımov, red. İ.V.Konovalova, H.Ə.Qafarova, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu) ilk dəfə olaraq vahid xəritəçilik əsəri kimi nəşr olunur. Atlas tərtib olunarkən, torpaqşünas və aqrokimyaçıların çoxillik tədqiqat materiallarından istifadə olunmuşdur. Atlasdakı xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəni asanlaşdırmaq üçün izahedici mətnlərdən, cədvəllərdən, qrafik və diaqramlardan istifadə olunmuşdur. Atlasdakı xəritələr 1:1500000 miqyasda götürülmüşdür.

Azərbaycan Respublikasının ekoloji atlası 11 bölmədən (Atmosfer, Hidrosfer, Litosfer, Torpaqlar, Biosfer, Landşaftlar, Bitki örtüyü, Heyvanlar aləmi, Təbii fəlakət, Cəmiyyətin ekologiyası, Azərbaycan ekologiyasının hüquqi əsasları) ibarət olan Atlasda 150-dən artıq xəritə verilib. Xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəsini asanlaşdırmaq üçün izahedici mətnlərdən, cədvəllərdən və diaqramlardan istifadə olunub. Azərbaycan üzrə xəritələr 1:1 500 000 və 1:3 000 000 miqyaslarda tərtib olunub.

Atlasda həmçinin Azərbaycanın "Qırmızı kitab"ına düşən heyvanlar, ağac və kollar haqqında illüstrasiyalı məlumatlar yer alıb. Atlasın sonunda tibbi-ekoloji vəziyyətin atlası, Azərbaycan ekologiyasının hüquqi əsasları verilib.

"Çay kimi çağlayan ömür" və "Azərbaycan təbiət elminin patriarxı" (The patriarch of natural science in Azerbaijan, Ratriarx estestvennıx nauk Azerbaydjana) kitablarında XX əsr Azərbaycan elminin və ictimai-siyasi fikrinin inkişafında böyük xidmətləri olan akademik Həsən Əliyevin həyat yolu, çoxşaxəli elmi yaradıcılığı şərh edilir, elmi-ictimai fəaliyyətindən bəhs olunur. Azərbaycanın nadir təbiətinin qorunması sahəsində H.Əliyevin böyük vətənpərvərlik hissi aşılanmış elmi-təşkilati fəaliyyəti konkret faktlar, müəllifin şahidi və iştirakçısı olduğu hadisələr, tədbirlər kontekstində işıqlandırılır.

"Əkinçilik və bitkiçiliyin əsasları" kitabında isə əkinçilik və bitkiçiliyin əsasları, müasir əkinçiliyin strukturu, tarlaçılıq, tərəvəzçilik, çəmənçilik haqda qısa məlumat verilir, ayrı-ayrı tarla, tərəvəz və yem bitki qruplarının bioloji və aqroekoloji xüsusiyyətləri təhlil edilir və aqrotexnikası səciyyələndirilir.

"Azərbaycan Respublikası Prezidentinin torpaq ehtiyatlarından istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti" (28 noyabr 2000-ci il) və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008) haqqında fərmanları və 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı" müəllifin yeni kitabının siyasi və elmi konsepsiyasını təşkil etmişdir.

Qərib Məmmədovun təhsilin inkişafında da böyük xidmətləri vardır. Belə ki, onun təşəbbüsü nəticəsində Bakı Dövlət Universitetində əvvəlcə torpaqşünaslıq kafedrası və sonradan isə ekologiya və torpaqşünaslıq fakültəsi yaradılmışdır. Hazırda həmin fakültədə tələbələr bir neçə ixtisaslar üzrə, o cümlədən torpaqşünaslıq, ekologiya, aqrokimya, yerquruluşu və torpaq kadastrı ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alırlar.

Q.Məmmədovun kadr hazırlığı sahəsində də böyük uğurları vardır. Bu sahədə ən məhsuldar çalışan alimlərdən biridir. O, respublikada və xarici ölkələrdə çap olunmuş 600-dən çox elmi əsərin, 30-a yaxın metodik tövsiyə və kitabçaların, 40-dan çox patent və müəlliflik şəhadətnaməsinin, 5 səmərələşdirici təklifin, respublika torpaq xəritəsinin və torpaqların ekoloji qiymətləndirilməsi xəritəsinin müəllifidir.

Akademik Q.Məmmədovun 30-a yaxın monoqrafiya və 50-yə qədər kitabında torpaqşünaslıq, ekologiya torpaq istifadəçiliyi və torpaqların səmərəli istifadəsi, Azərbaycanda torpaq islahatı, habelə geodeziya və topoqrafiyanın mühüm məsələləri elmi cəhətdən əsaslandırılmışdır.

Onun rəhbərliyi altında 50-dən artıq elmlər və fəlsəfə doktorları yetişmişdir. Hazırda da akademik Q.Məmmədovun rəhbərliyi altında kadr hazırlığı uğurla davam etdirilir.

ABŞ, Fransa, Türkiyə, İsveç, İtaliya, İspaniya, MDB və Baltikyanı ölkələrdə keçirilən beynəlxalq konfrans və forumlarda ölkəmizi layiqincə təmsil edən Q.Məmmədov Azərbaycanda torpaqşünaslıq və ekologiya elminin yüksək inkişaf səviyyəsini göstərmiş və məruzələrlə çıxış etmişdir.

Təsadüfi deyil ki, alim bir neçə akademiyanın və belnəlxalq elmi cəmiyyətlərin, o cümlədən Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1992), Dünya Torpaqşünaslar Cəmiyyətinin ömürlük üzvü (1998), V.V.Dokucayev adına Ümumrusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü (1994), Beynəlxalq "Noosfer" Akademiyasının akademiki (2001), Rusiya Təbiət Elmləri Akademiyasının akademiki (2001), Beynəlxalq Akademiyanın həqiqi üzvü (Avstriya, 2001) seçilmişdir.

Qərib müəllim 1995-ci ildə birinci cağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur. O, millət vəkili kimi bir çox qanunvericilik aktlarının, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Dövlət Torpaq Kadastrı, Torpaqlarının Monitorinqi və Yerquruluşu, Torpaq İcarəsi, Torpaq Bazarı və torpaqla bağlı bir çox qanunvericilik aktlarının qəbul edilməsində fəal iştirak etmişdir.

Akademik Q.Məmmədov əmək fəaliyyətindəki uğurlara görə bir sıra mükafatlara layiq görülmüşdür.

SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Birinci medalı", V.V.Dokucayev adına medal, akadembir daha uğurlar arzulayır və 65-dən 100-ə doğru şərəflə addımlamasını arzu edirik!

 

 

Budaq Budaqov,

akademik Eldar Sadıq,

şair-publisist

 

Ədalət.- 2012.- 24 yanvar.- S.4.