AKİF SƏMƏD. SEÇİLMİŞ ƏSƏRLƏRİ. I CİLD.

 

Çağdaş Azərbaycan poeziyasının istedadlı və tanınmış nümayəndəsi Akif Səmədin "Seçilmiş əsərləri"nin birinci cildi (şeirlər) "Oka-Ofset" nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan çıxıb. Oxucular bu cilddə Akif Səmədin indiyədək işıq üzü görmüş "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən...", "Ömrü özünə yaşasan" və "Özümə yol" kitabları, eləcə də indiyədək heç yerdə nəşr olunmamış şeirləri ilə tanış ola biləcəklər. Kitaba ön sözü Türkiyənin 9 eylül Universitetinin professoru, şair Məmməd İsmayıl, sön sözü isə tənqidçi Bəsdi Əlibəyli yazıb. Həmçinin kitabda Akif Səmədin İncəli rəssamlar Məmməd Dəmirçioğlu, Nəvai Məmmədoğlu və Qafar Sarıvəlli tərəfindən çəkilmiş portretləri verilmişdir. 478 səhifəlik kitabın tərtib edib-toplayanı Ramiz Hümmətov və Həmid Ormanlı, rəssamı Nəvai Məmmədoğlu, redaktorları Aydın Qurbanoğlu və Bəsdi Əlibəyli, nəşrə hazırlayanları isə İbrahim İlyaslı və Ehtiram İlhamdır. Kitab "Oka-Ofset" nəşriyyatının direktoru Naima xanım Qaramanlının qayğısı nəticəsində işıq üzü görüb. Kitab İncə dərəsinin türk dünyasına ən böyük töfhələrindən biri olan, irfan şairimiz Akif Səmədin ölməz ruhuna sönməz ehtiramın gözəl ifadəsidir. Kitabın təqdimatı fevralın dördündə sahat 14:00-da Atatürk Mərkəzində keçiriləcək.Maraqlananlar dəvətlidir.

 

 

Ədalət.-2012.-31 yanvar.- S.7.