Bu hava

 

Sən qəmin əlçatmaz yuvasını tap,

Dərdin məlhəmini, davasını tap.

Axtar öz dünyamın havasını tap -

Mənim sümüyümə düşməz bu hava.

 

Viranə könlümdə gül əkənə bax,

Qarşımda dikələn pilləkənə bax.

Yolumu bağlayan çiləkənə bax -

Mənim sümüyümə düşməz bu hava.

 

Özüm də bilmirəm nəçiyəm, kiməm

Dirilik suyunda gərək ta çiməm.

Alın yazısında köklənmiş siməm -

Mənim sümüyümə düşməz bu hava.

 

Nə bir az dilə tut, nə yandır məni,

Bəxtimdir sızladan bu andır məni.

Yolumdan saxlama amandır məni -

Mənim sümüyümə düşməz bu hava.

 

Daşımaq çətindir bu ağır yükü,

Bir də necə qalxım yoxuşu, diki?

Üstümə qaçsa da o yol, o səki -

Mənim sümüyümə düşməz bu hava.

 

Dəhnədən bulandı suyum, dəhnədən

Mənə pay düşmədi dolu təhnədən.

Oynağan deyiləm elə köhnədən -

Mənim sümüyümə düşməz bu hava.

 

Göyərdi dilimdə bayatı, ağı

Heç yaz da göyərtməz quru budağı.

Harama yaraşır oynamaq axı -

Mənim sümüyümə düşməz bu havag

 

 

Dünya

 

Hər addımı kəm - kəsir,

İçimdən yellər əsir.

Görən hara tələsir -

Ətəyi daşlı dünya?

 

Yaxşı - yaman tanımaz,

Yüz yol de "can" - tanımaz.

Möhlət - aman tanımaz -

Cəngli - savaşlı dünya.

 

Heç fərqi varmı yaddan,

Qartıyıb düşdü daddang

Atlını salır atdan -

Qarlı - yağışlı dünya.

 

Arası yoxdu xamla,

Yola getmir adamla.

Sevinci bircə damla -

Ölüm "naxışlı" dünya.

 

Hərdən sirli - soraqlı,

Gah günahgar, gah haqlı.

Əzəldən qaş-qabaqlı -

Dərdli-qarğışlı dünya.

 

Hər yetəni yarıtmaz,

Qəmi bol, sevinci az.

Yalmanına əl çatmaz -

Eniş-yoxuşlu dünya.

 

Dar məhbəsdir, kahadır

Zəhəri bahadır.

Şeytandır, əjdahadır -

Bu yeddi başlı dünya.

 

***

 

saçlar illərin sazağı, qarı

Hər kövrək xatirə oddu, ocaqdı.

Anlar ötüb keçən sürət qatarı,

Ölüm axırıncı dayanacaqdı.g

 

 

Tanıdım səni

 

Bilmirəm yolumuz harda kəsişdi,

Bilmirəm heç niyə gəldik üz-üzə?

sənin qismətin ovcuna düşdü,

mənim istəyim çevrildi közə.

 

Şirin yalanlarla ovundum bir az,

Gördüm tez alışıb sönən ocaqsan.

Elə bilirdim ki, yersiz əda, naz

Səni bezdirəndə qayıdacaqsan.g

 

Getdin... gözlərimdə gilələndi yaş,

Sinəmdə gizlicə sızladı ürək.

O sevgi bağrımdan qopan qara daş,

Təzədən gəlişin nəyimə gərək?

 

Ötəri istəklə göyərərmi dən,

səsim isitdi, adım səni.

Yaxşı ki, ölmədim mən həsrətindən,

Yaxşı ki, vaxtında tanıdım səni.g

 

        

Yaşadım

 

Od idim, alışqan idim

Yamanca dalaşqan idim.

Bir atlı qarışqa idim,

Yükümü dartıb yaşadım.

 

Haqdan gəldi havam, suyum

Sıralandı ilim, ayım.

Elə ki, uzandı boyum,

Azalıb-artıb yaşadım.

 

Bağlananda qapı-baca,

Əyilmədim ehtiyaca.

Tanrıya əl aça-aça,

Yüyürüb-yortub yaşadım.

 

Coşub daşanda sel kimi,

Gəzdim sevginin ilkini.

Göylərin bulud kürkünü

Üstümə örtüb yaşadım.

 

Səddi aşdım göynədilər,

Məni didib çeynədilər.

Üzümə xoş söz dedilər,

Utanıb-pörtüb yaşadım.

 

Söz mülkünə təzə gəldim,

Hərdən yaman gözə gəldim.

Ölümlə üz-üzə gəldim,

Kəfəni yırtıb yaşadım.g

 

     

Güllə

 

Tüfəngdən ayrılan güllə

Qəzəbi şahə qalxan

Kütlə kimi

Qana həris olur.

Kim deyir, desin

Güllə "azadlığının"

Sonu pis olur.g

     Çəkdim

 

Saçına sığal çəkib -

Hördün - şəklini çəkdim.

Hərdən gəlib yuxuma

Girdin - şəklini çəkdim.

 

Soraqladım ilkimi,

Aşıb daşdım sel kimig

Ümman boyda sevgimi

Gördün - şəklini çəkdim.

 

Bağrına basdın yadı,

Qaçdı ağzımın dadı.

Gözümdə yaş qaynadı -

Dərdin şəklini çəkdim.g

 

     

Hikkəyə bax

 

Göy gurlayır, qaralır qaş

Diyirlənir yamacda daş.

Dərələrdən yavaş-yavaş

Selin səsi-küyü gəlir.

 

Sular daşır axın-axın,

Silkələnir uzaq-yaxın.

Hikkəyə bax, yenə dağın

"Ağzından" qan iyi gəlir.g

 

   

Bu gecə

 

Zülmətdə azdırdım qəmi,

Qəlbdə ümid şamı yanır.

Gecə nazlı bir qız kimi

Yatağımda xumarlanır.

 

Siyah saçlı bu gözəlin

Düşüb üstümə kölgəsi.

Sükut buraxmır yaxına

Uzaqlardan gələn səsi.

 

İçimdə dəli ehtiras,

Dilimdə öpüşün dadı.

Kipriklərimlə gəzirəm

Sinəmdə közərən odu.

 

Zülmət boyalı anların

Sükutu sığmır qəfəsə.

Barmaqlarım sığal çəkir

İçimdə hıçqıran səsə.

Oyaqdır yol, küçə

Ulduzlar hara köç edir?

Boynuma sarılıb gecə,

Görəsən saat neçədir?..

 

 

İsmayıl İmanzadə

 

Ədalət.-2013.-11 aprel.-S.7.