Şirvan şəhərinin 50 yaşı tamam oldu

 

21 avqust 2013-cü ildə Şirvan şəhərində keçirilən budəfəki, bayram şənliyinin hüsnü başqa idi. 50 il bundan əvvəl indiki Şirvan, əvvəlki Əlibayramlı rayonuna 1963-cü ildə respublika tabeliyində şəhər statusu verilmişdir.

Şirvan şəhər İcra Hakimiyyəti, hüquq-mühavizə orqanlarının rəhbərləri, şəhər ziyalıları və fəalları tədbirə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başlamışdır. Sonra tədbir Şirvan şəhərin girişində, xeyli hündürlükdə yerləşən Bayraq Meydanında davam etdirilmişdir.

Tədbir iştirakçıları və qonaqlar 50 ildə Şirvan şəhərinin əldə etdiyi iqtisadi naliyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.

Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Talıb oğlu Camalov Şirvan şəhərinin 50 illik tarixinə qısaca ekskursiya etmişdir. Natiq bildirmişdir ki, tarixi xeyli qədim olan Şirvan şəhəri 1930-cu ilə kimi Ərəbşahverdi, Papanin, 1930-cu ildə 1963-cü ilə qədər Əlibayramlı rayonu adlandırılmışdır. 28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əlibayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. Beləcə, neftqaz yataqları ilə zəngin olan şəhər böyümüş, qeyd edilən kimi, 1963-cü ildən respublika tabeliyində müstəqil şəhər statusu qazanmışdır.

Şirvan şəhərinin təşkil edilməsinin 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 nəfər şəhər ziyalısına verdiyi fəxri adların təqdim olunması mərasimi də xeyli maraqlı keçmişdir.

Qeyd edək ki, Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov da "Dövlət Qulluğunda Fərqlənməyə görə" medalına layiq görülmüşdür.

Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun 15 nəfər şəhər sakininə 50 illik yubiley münasibəti ilə verdiyi fəxri fərmanlar da bu tədbirdə sahiblərinə çatdırılmışdır. Təltif olunanlardan bir neçəsi çıxış edərək Respublika rəhbərliyinə, Şirvan şəhər İcra Hakimiyyətinə onlara göstərilən qayğı üçün minnətdarlıqlarını bildirmişlər.

Veteranlar və ziyalılar adından danışan Vəli Ələkbərov Şirvan şəhərinin iqtisadi-sosial həyatından, elmi-mədəni yüksəlişindən ətraflı və ürəklə danışdı. Bildirdi ki, dəfələrlə bu şəhər də olan Heydər Əliyev burdan xoş təəssüratlarla ayrılmışdır. Vəli müəllim çıxışının sonunda qarşıdan gələn prezident seçkilərində Azərbaycan Respublikasının inkişafında müstəsna xidməti olan İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəyəcəklərini bildirdi.

Sonra söz musiqiyə verildi. Şirvan şəhər musiqi kollektivi ilə bərabər paytaxdan gəlmiş digər müğənililər də dinləyicilərə marqlı konsert proqramı təqdim etdilər.

Bayrağ meydanında keçirilən yubiley tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova, Şirvan şəhərindən Milli Məclisə deputat seçilmiş Azay Quliyev və digər qonaqlar iştirak etmişlər. Tədbir gecə yarıya qədər davam etmiş və atəşfəşanlıqla başa çatmışdır.

 

Səxavət Məmmədli

ədalət.-2013.-24 avqust.-S.4.