BİR ƏSR SOYQIRIMLA ÜZ-ÜZƏ

 

(əvvəli ötən sayımızda)

 

Tarixi hadisələrin, siyasi proseslərin gedişi göstərir ki, XX əsr boyu Azərbaycanlılar üçün erməni məsələsi, sonra isə Qarabağ problemi əsl tarixi fəlakətə çevrilib. Eyni zamanda Qafqazda öz nüfuzunu itirmək istəməyən Rusiya da  bu işə yardımçı olub. İmperiyanın parçalanması təhlükəsi yarandıqda bir qayda olaraq həmin problem ortaya çıxır və ya vəziyyət sabitləşdikdə o da arxa plana keçir.

Bunun əyani sübutu kimi 1905-1907 və 1917-1918-ci illərdə Rusiyanın dərin iqtisadi, siyasi böhran keçirdiyi bir vaxt, vəziyyətdən çıxış yolu kimi milli qırğınlar törətməsini göstərə bilərik. 1905-1907-ci illərdə Azərbaycanda on minlərlə insan dəhşətli şəkildə soyqırıma məruz qaldı. 1918-ci ilin mart ayında başlanan qırğınların miqyası daha böyük, daha ağır idi. Azərbaycanlıların soyqırımı  Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Gəncədə, Lənkəranda və Muğanda xüsusi qəddarlıqla həyata keçirilib.  1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirib, evləri qarət edib, on minlərlə sakini evlərindən qovublar. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər, o cümlədən 1653 qadın, 964 uşaq öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngilanda 115 kənd tamamilə dağıdılıb, dinc əhaliyə divan tutulub, qadınlar təhqir olunublar. İrəvan quberniyasında 211, Qarsda isə azərbaycanlılar yaşayan 82 kənd dağıdılıb. İrəvanın özündə və ətrafında Azərbaycanlılar yaşayan 1920 ev yandırılıb, 131970 nəfər xüsusi qəddarlıqla qətlə yetirilidir.

Bütün bu qırğınlar, Azərbaycan xalqının böyük oğlu, görkəmli ictimai-siyasi xadim və dövlət adamı M.Ə.Rəsulzadənin təbirincə desək, Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət əldə etmək arzusunu və inamını elə beşikdəcə boğmaq məqsədi  ilə edilib.

Azərbaycan SSRİ-nin tərkibinə qatıldıqdan sonra isə bu siyasət başqa şəkildə -  repressiyalardeportasiya adı altında həyata keçirildi. 23 dekabr 1947-ci ildə isə Stalinin imzaladığı "Ermənistan SSRİ-dən kolxozçuların və başqa Azərbaycanlı əhalinin Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarla  1948-50-ci illərdə Ermənistandan 150 min Azərbaycanlı Azərbaycana köçürüldü. Bu insanların əksəriyyəti yerli iqlimə uyğunlaşmayaraq həlak oldu.

SSRİ dağıldıqdan sonra isə Azərbaycanı MDB-yə qatmaq üçün qondarma Qarabağ problemindən mühüm siyasi və hərbi təzyiq vasitəsi kimi istifadə edildi. Sov.İKP MK-nın baş katibi M.S. Qorbaçov 1988-ci ilin axırlarında mərkəzi televiziyaya verdiyi müsahibədə "Qarabağ problemi"ni belə əsaslandırırdı: "Əlbəttə, Qarabağ problemi varonun kökləri dərindir. Ona görə kəskinləşib ki, Azərbaycan rəhbərliyi mühüm mərhələdə həmin əhaliyə Lenin ənənələri ruhuna uyğun gəlməyən səhv münasibətdə olub, sadəcə olaraq qeyri-insani münasibət bəsləyib".

Dünya ictimaiyyəti fikrində əfsanələrə çevrilmiş olan "əzabkeş erməni xalqı" məhfumu  yalnız xarici himayədarların mərhəmətini qazanmaq məqsədini güdmür. Bu, həmçinin erməni xalqının psixologiyasını öz məqsədlərinə tabe etmək, Ermənistanda ictimai fikir ilə istənilən şəkildə manipulyasiya  etmək, geniş kütlələri hər an bu məqsəd üçün ayağa qaldırmaq məqsədlərinə xidmət edir. Daşnaksütyun partiyasının Misirdəki orqanı olan "Uyasber" qəzetinin baş məqalələrinin birində göstərilirdi: "Millətlərin gələcəkdə böyük savaşlarında hamı bir nəfər kimi, ya da bilavasitə olaraq iştirak etməlidirlər. Biz birinci qrup millətlərə aidik". Daşnakların siyasi məqsədləri üçün bir nəfər kimi istifadə edilən ermənilərin müəyyən təbəqələri şovinizm ruhunda tərbiyə olunur. Onlarda regionda torpaqlarına göz dikdikləri, birinci növbədə türkdilli xalqlara qarşı dərin nifrət hissi aşılanır. İnformasiya vasitələrində verilən yazılar, elmi və bədii ədəbiyyat, incəsənət əsərləri, dini ibadətlər antiazərbaycan, antitürk notları üzərində qurulur. Öz xoşbəxtliyini türk xalqlarının bədbəxtliyi üzərində qurmağa yönəldilmiş erməni millətçilərinin uzun müddət həyata keçirilən siyasi xətti bu gündayanmadan davam edirbütün vasitələr bu məqsədə yönəldilir.

Tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində müəyyən edilib ki, tarixdə 14 mindən çox müharibə olmuşdur. Lakin onların heç biri erməni-Azərbaycan müharibəsi qədər dəhşətli olmayıb. Ermənilərin XX əsrdə növbəti dəfə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktı 1988-1994-cü illərdə baş verdi. Bu hadisələr nəticəsində 800-dən çox Azərbaycan kəndi işğal edildi, dağıdıldı, 1 milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, 10 minlərlə insan qətlə yetirildi, minlərlə günahsız azərbaycanlı əsir və itkin düşdü. Bu dövrü  2 mərhələyə - 1991-ci il müstəqillik əldə edilənədək olan dövr və müstəqillikdən sonrakı dövr kimi  ayırmaq olar. Fikrimizi ikinci dövrə yönəltsək daha məqsədəuyğun olar. Çünki bu dövrdə  Azərbaycanda siyasi və hərbi münasibətlər daha da kəskinləşmişdi. Torpaqlarımızın bir-birinin ardınca itirilməsi, soydaşlarımızın soyqırıma məruz qalması məhz müstəqillik əldə ediləndən sonrakı illərdə baş verdi. Torpaqların sürətlə erməni quldurları tərəfindən tutulması onların güclü olması yox, bizim bu məsələyə münasibətdə həmrəy olmamağımızdan irəli gəlirdi. Bu dövrdə hakimiyyətdə olan Ayaz Mütəllibov komandası olduqca zəif və yarıtmaz siyasət yeridir, hərbi və siyasi qüvvələri mərkəzi hakimiyyətə tabe edə bilmirdi. Ölkədəki siyasi qüvvələr öz qüvvələrini səfərbərliyə alıb düşmənə cavab vermək əvəzinə bu vəziyyətdən öz siyasi məqsədləri naminə faydalanır, ictimaiyyətdə fikir ayrılığı yaradırdılar. Eyni zamanda hərbçilər arasında da bu ayrı-seçkilik davam edir, dırnaq arası siyasətçilərin avantürasına xidmət edirdilər. Mütəllibov hər vəchlə Rusiyanın etimadını qazanmağa çalışır, ona müxalif olan qüvvələr isə Mütəllibovu devirmək üçün hər vasitədən istifadəyə hazır idilər.

Sözsüz ki, ermənilər Azərbaycanda cərəyan edən bu hadisələri diqqətlə izləyir və bundan öz məqsədlərinə çatmaq üçün məharətlə istifadə edirdilər. 90-cı illərin əvvəllərində baş verən  hadisələrin  ən dəhşətlisi Xocalı soyqırımı idi. Xocalı soyqırımına gedən yol 1992-ci il fevral ayının 17-dən 18-nə keçən gecə Xocavənd rayonunun Qaradağlı kəndində edilən qırğınlardan başlayırdı. Doğrudan da Qaradağlı kəndində baş verən hadisələr bir millət olaraq bizim mənəvi faciəmizdir. Azərbaycan torpaqlarında bir qrup quldur tərəfindən gözümüzün qarşısında soydaşlarımıza divan tutulur, ana və bacılarımız təhqir olunurdu. Qaradağlıdan sonra daha da sərbəstləşən erməni separatçıları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na  keçən gecə  keçmiş  SSRİ-yə məxsus 366-cı  alayın köməyi ilə Xocalı şəhəri mühasirəyə alınaraq, güclü artilleriya atəşinə tutuldu. Bundan sonra zirehli texnikanın köməyi ilə mühasirəni yararaq şəhərə daxil olan erməni quldurları silahsız sakinlərə, qocalara, əlillərə, qadınlara, uşaqlara misli görünməmiş divan tutdular. Minlərcə günahsız insanlara işgəncələr verildi, minlərlə həmvətənimiz qətlə yetirildi. Azərbaycan Respublikası Prezident Aparatının Mətbuat Şöbəsi isə  2 nəfərin öldüyüo qədər də insanın yaralandığı haqqında məlumat verdi. Bu məhsuliyyətsiz bəyanatlardan ermənilər bu günbizim əleyhimizə istifadə edirlər. Hökumət rəhbərliyi tərəfindən hadisəyə nə siyasi, nə də hüquqi qiymət verildi. Xarici jurnalistlərin və müxbirlərin yazılarında Xocalı soyqırımının qurbanlarının sayı aşağıdakı kimi verilirdi:

"Torpaq üzərində ölü və yaralı çox idi. 470-500 nəfər Xocalıda, 650-700 nəfər çayların yaxınlığında və yollarda, 85-100 nəfər isə Naxçıvanik kəndi ətrafında həlak olub".

 

-  The İndependent,

London, 12 iyun 1992.

 

"Erməni hücumu zamanı  yüzlərlə Azərbaycanlı öldürüldüya itkin düşdü, təxminən 1000 nəfər Xocalı sakini çərşənbə axşamı erməni ordusu tərəfindən qətlə yetirildi"

-The Vashinqton Times.  2 mart 1992.

 

"Biz Xocalıda təpənin döşünə səpələnmiş yüzlərlə  meyit gördük "

 

"Times" qəzeti 

- Anatol  Levon. 1992 mart.

 

 İstər Xocalı soyqırımına, istərsə XX əsrin əvvəllərində baş vermiş soyqırımlara yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra hüquqi  qiymət  verildi. Ümummilli lider  H. Əliyevin təşəbbüsü ilə 1994-cü ildə  Milli Məclisdə keçirilən müzakirələrdən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi   Milli Məclisin qəbul etdiyi qərara əsasən, hər il fevral ayının 26-sı  "Xocalı soyqırımı milli matəm günü" kimi qeyd olunur.  Bunun ardınca Ulu Öndərimiz Heydər Əliyev ermənilərin xalqımıza qarşı törətdiyi bütün soyqırım faciələrini tarixə əbədi həkk etmək məqsədilə  1998-ci ilin martında fərman imzaladı. Həmin fərmana uyğun olaraq  31 mart Azərbaycanlıların soyqırımı  günü elan edildi. Bu sənəd bizi tariximizin qanlı səhifələrini dönə-dönə xatırlamağa, ermənilərin törətdikləri vəhşilikləri unutmamağa çağırır.

Xocalı soyqırımının şəhidləri sırasında Rusiyalı jurnalistlərdən C.Smolov, Y.Zaraxoviç,  T. Vaal,  V. Belix  var. Tom  de  Vaal  öz  reportajında  deyirdi;

"Ağdamda nəinki Xocalı sakinlərini xilas etməyə, hətta Xankəndini belə tutmağa qadir olan ordu var idi. Lakin Azərbaycan hökuməti Azərbaycanda Azərbaycanlıları müdafiə etmədi. Mən hələ bu suala cavab tapa bilmirəm ki, niyə hökumət öz vətəndaşlarını müdafiə etmədi?!"

Rusiyalı jurnalistin bu sualının cavabını tapmaq üçün hamılıqla tariximizə nəzər salıb düşünməli Azərbaycan xalqınınn mənəviyyatının, ləyaqətinin, ruhunun təhqir olunduğu Xocalı soyqırımından dərs almalı, ümummilli maraqları şəxsi maraqlara dəyişməməyi anlamalı, milli varlığımızı qorumağın yollarını qorumağı öyrənməliyik...                                                                                                              

 

 

Kərim Novruzov,

Ağdam rayon

5 saylı köçkün orta məktəbin

Tarix və ictimaiyyət müəllimi 

 

Ədalət.- 2013.- 14 fevral.- S.5.