İNKİŞAFIN VƏ MÜASİRLƏŞMƏNİN QAX NÜMUNƏSİ

 

Ən gözəl havanın "unudulması"

 

Dəqiq vaxtı yadımdan çıxıb, hər halda 12-13 ilə yaxındır. Yəni mən o vaxtlar Qax rayonu haqqında yazı hazırlayarkən belə bir cümlə işlətmişdim: "...Vaxt gələcək, indi adı heç hava proqnozlarında da çəkilməyən bu qədim yurd yerinin şöhrəti respublikanın sərhədlərini də aşacaq, daxili və beynəlxalq turizmin diqqət mərkəzində olacaq..." Mən heç də "Amerikanın kəşfində" deyildim. Ölkənin şimal-qərb bölgəsində hər bir rayonun, şəhər və qəsəbənin qəribə özünəməxsusluğu var. Qəbələdə, Oğuzda, Şəkidə bir cür, Qaxda, Zaqatalada, Balakəndə ayrı cür. Hətta təbiətin də bəzi fərqli əlamətləri insanı düşüncələrə çəkir.

Bəs nədən Qaxın adının üstündən hava haqqında məlumatlarda belə səssizcə ötüb keçirdilər? Birbaşa demək lazımdır: bu gözəl rayonun rəhbərliyi bir müddət naşı əllərdə olubrespublikada aparılan quruculuq-müasirləşmə tədbirlərinə əhəmiyyət verilməyib. Hətta elə bir vəziyyət yaranıb ki...

 

Qızıl külçə

 

...Vətənin hər qarışı əziz və müqəddəsdir. Bu mənada Tanrının bəxş etdiklərini də düşünsək, Qaxın bənzərsizliyini daha dərindən duyarıq. Qiymətli metal mədənlərində axtarılan qızıl heç də həmişə gözə görünmür. Ancaq hərdən-hərdən iri külçələr də tapılır. Qax rayonu Böyük Qafqazın cənub silsiləsində sanki üstü örtülmüş qızıl külçəsi idi. İndi hansı yöndən baxsan öz dəyəri və gözəlliyi ilə göz oxşayır. Təbiətin füsunkarlığı, şəhər və kəndlərin abadmüasir görkəmi - bütün bunlar bir-biriylə elə bir məhrəmliklə qovuşur ki...

Uğurlara nail olmağın, arzuları gerçəkləşdirməyin yolu göstərilən etimadı layiqincə doğrultmaqdan, vətənpərvərlikdən keçərək bütünləşir. Prezident Mübariz Əhmədzadəyə belə bir yüksək etimad göstərmişdi. Həm də bu nəslin uzun illərdən bəri dövlətçiliyə, xalqa və ölkə rəhbərliyinə sədaqətliliyi əməlləri ilə sübut olunmuşdu.

... Prezidentin yüksək etimadına, qayğı və diqqətinə cavab olaraq Qax rayonu az qala aydan-aya, gündən-günə dəyişərək müasirləşməyə başladı. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları respublikanın hər yerində olduğu kimi Qax rayonunda da uğurla icra olundu. Müasirləşmə yeni bir sürət götürdü.

İşə salınan müəssisələrin, tikilən turizm mərkəzlərinin, yeni yerlərinin sayı artdıqca əhalinin dolanışığı da yüksəlməyə başladı. Eyni zamanda rayonun qaz, elektriksu təsərrüfatları da daim inkişafda oldu.

Göstərilən etimadı nümunəvi şəkildə doğrultmağı bacaran M.Əhmədzadəni cənab Prezident bu dəfə daha böyük rayona - Zaqatalaya rəhbər təyin etdi.

Qax rayonunun da başçı təyinatı ləngimədi. Ancaq buradakı sürətli quruculuq işlərində ciddi ləngimələr başladı. Ölkə rəhbərliyinin daim diqqət mərkəzində olan fəaliyyət prinsipiallığı kadr simasında qaneedici deyildi.

Başçı vəzifədən götürüldü. 2010-cu ilin ortalarından Qax rayonunda artıq bütün işlər əvvəlki sürətlə davam edirdi. Qax Rayon İcra Hakimiyyətinin yeni başçısı Musa Şəkiliyev elə bu torpağın yetirməsi idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifədə çalışırdı.

 

Ənənə davam edir

 

Bu gün elə ayrıca götürsək, şəhərin mərkəzdən ucqarlara doğru eyni planda, eyni səviyyədə və səliqədə inkişafı bünövrəsi əvvəldən qoyulan ənənənin davamıdır. Başçı və onun komandası bütün bu işlərin öhdəsindən layiqincə gəlməyə, uğurları daha da möhkəmləndirməyə çalışır. Çünki həmişə camaatla bir yerdə, bir sıradadırlar. Burada hamı əl-ələ verərək rayonun inkişafına, müasirləşməsinə və məşhurlaşmasına çalışır.

Musa müəllimi hər gün şəhərin müxtəlif yerlərində, kəndlərində görmək mümkündür. Bəzən elə olur ki, yaxın məsafələrə təkbaşına piyada gedərkən sakinlərdən kimsə ona yaxınlaşıb arxayınca söhbət də edə bilir. Kimsə təşəkkür edir, kimsə müəyyən bir problemini söyləyir və bütün bunlar başçını heçnarahat etmir. Əksinə, daim təmasda olmaq, ictimai yerlərdə əhali ilə söhbətləşmək, ağsaqqallarla bir stəkan çay içmək ona hörmət qazandırır, rahatlıq gətirir.

Bir-birinə paralel olan mərkəzi küçələr boyunca ardıcıllıqla tikilib istifadəyə verilən yeni inzibati və yaşayış binaları, sosial obyektlər şəhərə xüsusi yaraşıq verir. Heydər Əliyev parkı da yenidən qurularaq əhalinin ən çox sevdikləri istirahət mərkəzinə çevrilib.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2013.- 2 iyul.- S. 3.