Dünya artıq Qarabağla bağlı həqiqəti bilir

 

Akif Nağı: “Ermənistan ticari əlaqələrində 85 faizlik pay Gürcüstan və Türkiyəyə məxsusdur”

 

Akif Nağı: "Ermənistan ticari əlaqələrində 85 faizlik pay Gürcüstan və Türkiyəyə məxsusdur”

 

Müsahibimiz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır.

 

-Akif müəllim, bu yaxınlarda Təbrizdə Qarabağ mövzusunda keçirilən konfransın iştirakçısı olmusunuz. Konfrans barəsində fikirləriniz bilmək istərdik.

- İranda Təbriz Universitetinin təşəbbüsü ilə beynəlxalq Qarabağ Konfransı keçirməyə hazırlaşırlar. Bu konfransa hazırlıq məqsədi ilə elmi seminar keçirildi. Bakıdan da QAT-da daxil olduğu Azad Qarabağ Uğrunda Alyansın nümayəndələrini dəvət etmişdilər. Konfransın mövzusu "Qarabğ münaqişəsi və İslam dünyasının vəzifələri” idi. Səfər zamanı biz konfransda iştirakla yanaşı Təbrizdə və Ərdəbildə bir sıra görüşlər keçirdik. Bu bilavasitə Azərbaycan və İran, Azərbaycan və Güney Azərbaycan arasında münasibətlərin istiləşməsinə, əlaqələrin genişlənməsinə xidmət edirdi. Təbrizin İmam Çüməsi, Təbriz bələdiyyə başqanı və Təbrizdən İran Parlamentində olan deputatlarla bir sıra görüşlərimiz oldu. Muzeylərdə olduq.

- İranda muzeylərdə Dağlıq Qarabağla bağlı hər hansı eksponat öz əksini tapıbmı?

- Bələdiyyə muzeyində gəzinti zamanı Dağlıq Qarabağla bağlı hər hansı eksponanta rast gəlmədik. Onların bələdiyyəsinin 100 illik tarixi var. Muzeydə də bələdiyyənin tarixi əks olunub. Şəhidlik muzeyində isə eksponatlar İran- İraq müharibəsinin şəhidlərinə həsr olunub. Dağlıq Qarabağla bağlı biz orda müharibə iştirakşıları ilə söhbət apardıq. Həm Təbrizdə, həm də Ərdəbildə xeyli insan var ki, onlar 1994-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. Onlardan ikisi general rütbəsində idi.

-Son zamanlar İran Dağlıq Qarabağ münaqişəsində vasitəçi olmaq istədiyini bəyan edir. İranın prosesə cəlb olunması münaqişənin nizama salınmasında hansı müsbət dəyişiklərə gətirib çıxara bilər?

-İran region dövlətlərindən biridir. İranın mövqeyi nəzərə alınmalıdır. Azərbaycan üçün istənilən münasibətlərdə əsas məsələ Qarabağla bağlı olmalıdır. Yəni, hər hansı bir dövlətlə, beynəlxalq təşkilatla münasibətlər qurulanda onların Qarabağ münaqişəsinə münasibəti həll edici olmalıdır. Bizbu müstəvidən yanaşırıq. Düşünürük ki, beynəlxalq təşkilatların Qarabağla bağlı mövqeyi ehçbir mənalı deyil. Bu günə kimi münaqişənin nizama salınması prosesini qərb dövlətləri həyata keçirmək istəyir. Anacq bunu heç bir nəticəsi yoxdur. Artıq bunu Minsk Qrupunun həmsədrləri də etiraf edirlər. Onlar heç nəyə anil ola bilmədilər və ola da bilməzdilər. Çünki onlar ilk gündən yanlış prinsiplərlə danışıqlar aparırdılar. Onlar çalışırdılar ki, Dağlıq Qarabağda yaşayan bir ovuc erməninin statusunu müəyyənləşdirsinlər. Onlar üçün Azərbaycan torpaqlarının işğalı ikinci dərəcəli məsələ idi. Bu günə kimi heç nəyə nail olmamaqla yanaşı ATƏT həmsədrləri çalışırlar ki, Azərbaycan mövcud reallıqla barışsın. Bu günə qədər aparılan danışıqların nəticələri də bundan ibarətdir. Bu gün İran deyir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycana qaytarılmalıdır. Bu gün İran belə bir mövqe sərgiləyirsə biz nəyə görə bundan geri çəkilməliyik. Bu günə qədər nə ABŞ nə Rusiya nə də Fransadan belə aydın mövqe görməmişəm. Dəfələrlə səfirliklərə müraciət etmişik ki, Dağlıq Qarabağla bağlı ölkələrinin sərgilədiyi mövqeyi ortaya qoysunlar. Onlar isə hər dəfəsində qeyri müəyyən mövqe sərgiləyiblər. Hesab edirəm ki, əgər bu mövqeyi sərgiləyirsə bunun müsbət nəticələrinə inanmalıyıq. Dəstək verməliyik. Digər tərəfdən burda məntiqdə var. Bu gün iddia edirlər ki, Dağlıq Qarabağ münaqişəsi dini məsələ deyil. Ancaq məsələyə daha geniş aspektdən baxanda məlum olur ki, bu gün xiristian dünyası Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəkləyir. Əgər bir xiristian dövləti ilə bir müsəlman dövləti arasında müharibə gedirsə, müsəlman dövlətinin torpaqları işğal olunursa nəyə görə biz münaqişənin nizama salınmasını üç xiristian dövlətinə etiabr etməliyik? Bundan artıq tolerantlıq dünyada olmayıb. Münaqişənin həlli üçün müsəlman ölkəsi münaqişənin nizama salınmasında iştirak etməlidir. İran olmasa Türkiyə olsun, Pakistan olsun. Biz bunu ortaya qoymalıyıq. İran Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçiliyini ilk günlərdən 1992-ci ilin fevral ayından təklif edir.

-İran bu gün Ermənistanda turizmin inkişafı üçün sərmayyə qoyursa, işğalçı ölkədə bir sıra iri layihələr həyata keçirirsə sizcə sözügedən ölkənin münaqişənin nizama salınmasına nə kimi töhfələri ola bilər?

-Mən belə bir sualı Təbriz bələdiyyə sədrinə ünvanladım. Bu məsələ ilə bağlı iradlarımı bildirdim. Bizim fikirlərimizi səmimi qəbul etdilər. Onlar bizə bildirdilər ki, qonşu ölkə olduğu üçün bu əlaqələrin saxlanmasıa məcburdular. Mənə Təbrizin bələdiyyə başqanı belə bir fakt gətirdi ki. İranın Ermənsitanda ticari əlaqələri Ermənistanın ticari əlaqələrinin 15 faizini təşkil edir. Yerdə qalan 85 faizi isə Gürcüstan və Türkiyə vasitəsi ilə həyata keçirilir. İran və Ermənistan əlaqələri var. Eyni zamanda ABŞ-da Ermənistana yardımlar edir. Biz məsələyə bu aspekrtdən yanaşmamalıyıq.

-Akif müəllim, millət vəkili Azay Quliyev Dağlıq Qarabağ münaqişəsinin nizaman salınması üçün ATƏT-in Minsk Qrupunun tam tərkibdə çağırılmasını təklif edib. Təklifi necə dəyərləndirirsiniz?

- Bu təklifi müsbət dəyərləndirirəm. Həmsədrlər institutu faktiki olaraq qeyri qanuni olaraq Minsk Qrupunun səlahiyyətlərini mənimsəyiblər. Sözügedən quruma daxil olan ölkələrin böyük əksəriyyəti prosesdən kənarda qalıblar. O, dövr Minsk Qrupu yarananda məqsəd o idi ki, böyük Sülh Konfransı çağırılsın. Bu gün bütün bunlar yaddan çıxarılıb. Görünən odur ki, münaqişənin nizama salınmasına ABŞ, Rusiya, Fransa rəhbərlik etdiyi müddətdə Sülh Konfansında da heç bir irəliləyiş əldə olunmayacaq. Biz QAT olaraq münaqişənin nizama salınmasını müharibə variantında görürük. Əgər kimsə münaqişənin nizama salınmasını dinc yolla həllini irəli sürürsə burda yanaşma dəyişməlidir. Məsələyə obyektiv yanaşan ölkələr prosesə cəlb olunmalıdır. O cümlədən İran, Türkiyə.

Sentyabr ayında Türkiyəyə böyük səfərimizə hazırlıq işləri görülür. Biz bu məsələləri Türkiyədə də müzakirə edəcəyik.

-Münaqişənin həlli üçün hansı qətiyyət ortaya qoyulmalıdır. Müharibə çıxış yoludur deyirsiniz. Ancaq bu da real görünmür.

-Biz hesab edirik ki, hakimiyyəti müzxtəlif formada müharibəyə təhrik edək. Müharibə elə bir şeydir ki. qətiyyət tələb edir. Bizbuna çalışırıq ki, hakimiyyətdə müharibə üçün qətiyyət etsin. Biz gözləyə bilmərik ki, kimsə insafa gəlib Ermənistanı işğalçı adlandıracaq.

-Moldova Ombusmanının Ermənsitan Parlamentindəki çıxışı ilə bağlı nə deyərdiniz?

-Dünya artıq Qarabağla bağlı həqiqəti bilir. Dünya bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bəziləri sadəcə olaraq Moldovalı Ombusmanı kimi vicdanının səsinə qulas asır və bunu deyir. Həyatı bahasına olsa da bunu həyata keçirirlər. Bu çox gözəldir. Beynəlxalq təşkilatlar bundan nümunə götürməlidirlər.

 

Ədil Ədilzadə

 

Ədalət.- 2013.- 11 iyul.- S. 2.