GÖYÇAY: ŞİRVANIN ARAN TACI

 

Ulu Öndərin yadigarları bu yerləri şöhrətləndirdi

 

Göyçaydan hazırladığımız ötən yazılarımızda da bu rayonda gedən tikinti-quruculuq və müasirləşmə işlərinin xüsusi bir yüksəliş aldığını vurğulamışıq. Həqiqətən də belədir. Rayon rəhbərliyi Prezident İlham Əliyevin göstərdiyi qayğı və diqqətə cavab olaraq qüvvə və imkanları bütün istiqamətlərin uğurlarına səfərbər etmişdir. Bu tədbirlər ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində daha geniş vüsət almışdır. Göyçaylılar bütün Azərbaycan xalqı kimi ulu öndəri həmişə böyük hörmət və sevgilərlə xatırlayırlar. Bu gün Göyçaya şöhrət və yaraşıq bəxş edən bir çox sənaye müəssisələri, binalar, nəhəng qurğular məhz dahi rəhbərin yadigarlarıdır.

Həmişə sel təhlükəsi ilə yaşayanzaman-zaman da fəlakətlərə məruz qalan bu gözəl şəhər unudulmaz rəhbərin birbaşa təşəbbüsü ilə Kremldən əlavə vəsait alınmasını reallaşdırdı və yetmişinci illərin ortalarında Əlvan dərəsi üzərində o vaxtlar üçün fantastik qiymətə başa gələn nəhəng qoruyucu bənd inşa edildi. Göyçay çayının şəhər üçün təhlükəli olan sahilləri də hər iki tərəfdən keyfiyyətli beton qoruyucularla mühafizəyə alındı. O vaxtdan bəri istər Əlvan dərəsindən, istərsə də Göyçay çayından şəhərə heç bir ziyan dəyməyib. Eləcə Göyçayın simvolu olan naronun şirəsinin dünya miqyasında halal şöhrət qazanması da ulu öndərin adı ilə bağlıdır. Yetmişinci illərdə dahi rəhbərin təşəbbüsü ilə tikilən nar emalı zavodlarının məhsulu Erfrutda qızıl medal alaraq Göyçay narının dünyaya çıxışının başlanğıcını qoymuşdu. Göyçaylılar bu böyük şəxsiyyətin rayona səfərləri zamanı mütləq nar bağlarına da baş çəkib, xüsusilə Bığır kəndində görülən işlərlə maraqlanmasını həmişə fəxrlə xatırlayırlar.

 

Tikinti quruculuq tədbirləri də bayram əhval-ruhiyyəsidir...

 

Bu günlər Göyçay rayonunda bayram əhval-ruhiyyəsi ilə yanaşı, tikinti quruculuq, daha çox yeni su-kanalizasiya sistemlərinin tikintisiparalel olaraq müasirləşdirmə tədbirləri də diqqəti cəlb etməkdədir. Bu səbəbdən də bəzən küçələrin ənənəvi hərəkət qaydalarında müvəqqəti yerdəyişmələr də olur. Heç kəs, heç gələn qonaqlar da bundan narahatçılıq keçirmirlər. Əksinə bütün bu canlanma, maşın-mexanizmlərin səs-küyü sakinlərdə xoş ovqat yaradır. Axı bütün bunlar insanların daha rahat yaşaması üçündür. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov hər səhər mütləq əvvəlcə həmin yerlərə baş çəkməklə, görülən işlərə diqqət yetirməklə öz gününü müəyyənləşdirir. Belə məqamlarda sakinlərlə ayaqüstü görüş və söhbətlər, məsləhətləşmələr də səmimi bir məcra alır.

 

Diqqətəlayiq irəliləyiş

 

Beləcə diqqət yetirib 2013-cü ilin başlanğıcından bəri rayonda görülən işlərlə maraqlananda da ciddi irəliləyişlərin şahidi olursan. Yanvar-mart ayları ərzində ümumi məhsul istehsalı 2012-ci ilin müvafiq dövrünə nisbətən 21,4 faizya 7,1 milyon manat artaraq 40,0 milyon manatı keçmişdir. Rayon iqtisadiyyatının digər sahələri kimi tikinti sahəsində də müəyyən uğurlar əldə edilmiş, iqtisadisosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10,7 milyon manatya ötən ilin müvafiq dövrünə nisbətən 94,0 faiz çox investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi həmin müddət ərzində 2 dəfə artmışdır. İnvestisiyaların 91,5 faizi istehsal təyinatlı obyektlərin tikintisində istifadə edilmişdir.

Rayon iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyan Yuxarı Şirvan kanalının Bığır kəndinin ərazisindən keçən hissəsində inşa edilən 3 mva gücündə su elektrik stansiyasında tikinti işləri əsasən başa çatdırılmış, ərazinin abadlaşdırılmasına başlanılmışdır.

Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsinin icrası sürətlə davam etdirilir. Şəhərin Heydər Əliyev prospektindən cənub hissəsindəki küçələrində işlər əsasən başa çatdırılmış, hazırda prospektdən şimal hissədə tikinti işlərinə start verilmişdir.

Layihənin icrasına 200 nəfərdən artıq işçi cəlb edilmişdir ki, bunların da böyük əksəriyyəti rayon sakinləridir. Şəhər əhalisinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə Oğuz-Qəbələ-Bakı su kəmərindən yeni inşa edilən su şəbəkəsinə qədər daşıyıcı kəmərin çəkilməsinə müvafiq razılıq alınmış və xəttin çəkilişi üçün hazırlıq işləri aparılır.

 

(ardı gələn sayımızda)

 

Məzahir Əhmədoğlu

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

Ədalət.-2013.-8 may.-S.7.