RUHUMUZUN ÜNVANI

 

Əməkdar jurnalist Flora Xəlilzadənin yeni kitabı ilə bağlı düşüncələrim

 

Hər bir yazı insanın, daha doğrusu, o yazının müəllifi ilə təkcə oxucunun təması deyil. Həm də müəllifin özünün özü ilə, ruhu ilə baş-başa qalmasıdır. Yəni ürəkdən, sifarişsiz-filansız "ya Allah" deyib qələmi götürüb vərəqə sinəni boşaldanda təkcə özün, dünyan, əhatən gözəlləşmir, yüngülləşmir, həm də sənin bu dünyaya baxışın, bu dünyanın sənə təsiri başqa bir məzmun alır. Elə bilirsən ki, o yazını yazmağa başladığın ana qədər yaşadığın dünyanı tərk edib tamam ayrı bir dünyaya getmisən, özgə bir dünyanın adamı olmusan. O dünyanın adını hansı sözlə istəsən ifadə etmək mümkündür. Amma ən yaxşısı ruhların olduğu ünvan adlandırsaq daha doğru olar. Çünki söhbət sənin ruhundan, sənin içindən süzülüb gələn işıqdan gedirg

Mən bu girişdə elə-belə təsadüfdən işlətmədim "tapşırıqsız-filansız" sözünü. Adətən kiminsə xahişiyaxud da rəhbərliyin göstərişi ilə o qədər basmaqəlib standart yazılar yazılır ki, baxanda o yazının arxasında heç kimi görmürsən, o yazıda insan nəfəsini, qoxusunu duymursan, qısası o yazıda ruh olmur. Amma ürəyin hökmü ilə qəflətən özün-özünə çəkilib özün-özünlə pıçıladaşanda dünyaya yazı gəlir: təzə, təmiz və bir az da kövrək, utancaq, məsumg Bu, əslində dünyaya gələn bir körpədi, müəllifin ürəyinin parası olan bir körpəg

O tarixdən 21 il keçir. Elə belə götürəndə 21 il köhnə kişilərin sözü ilə bir igidin ömrüdü. Doğrudu, indi igidliyin parametrləri də dəyişir, elə köhnə kişilər özləri də atsız qalıblar, piyada gəzirlər. Çünki yaxşı atları yaxşı kişilər vaxtında yəhərləyib igidliklərinin dalınca çıxıb getdilər, biz qaldıqg Və biz də 21 ildir ki, Bakıda, Gəncədə, Şəkidə, Mingəçevirdə, Oğuzda. Qəbələdə, Qubada, dahabilim məmləkətin bir-birindən gözəl yerlərində oturub bütün məclislərin əvvəlində olmasa da, sonunda eyni sözü deyirik, eyni badəni qaldırırıq. Hamısının da sözləri standart, vurğusu əldən düşmüş!..

Sözümüz bu olur: "Gün o gün olsun ki, torpaqlarımız işğaldan azad olunsun! Şuşaya bayraq sancaq! Şuşada toy edək! Şuşada ad günü keçirək! Şuşada muğam axşamları yayımlansın!.. və s. və ilaxırg

Hamımız deyirik, hamımız da eşitdiyimiz o sözə, o arzuya yekdilliklə "Amin!" söyləyirkg Və hamımız da 21 ildi elə beləcə yaşayırıq danışa-danışa, eyni sözləri təkrar edə-edə. Şuşadan 21 il bundan öncə bələkdə ölkənin müxtəlif güşələrinə valideynləri ilə gəlmiş körpələr indi bilmirəm bizə gülür, yoxsa onlar da bizim kimi fikirləşir. Ammag

Bəli, biz bir həyat yaşayırıq Şuşasız həyatg Şuşa xatirələrimizə çevrilibg Şuşa söhbətlərimizin mövzusu olubg Şuşa yuxularımızın qonağıdıg "Şuşa" bəzilərimizin restoranıdı, şadlıq evidi, marketidig nə isə. Əsas odur ki, Şuşa hələ ki, söz! Ortalıqda gəzib dolaşan söz! Amma o sözü sənətə çevirən, o sözə ömür verən, o sözü tarixləşdirən qələm adamlarımız da var. Bu adamlar Şuşaya qiblə kimi baxırlar, Məkkə kimi baxırlarg Şuşanı ürəkləri hesab edirlərg Şuşayla nəfəs alırlar, Şuşayla yaşayırlar. Həyatlarını da, olub-qalan çörək pullarını da Şuşanı tarixləşdirməyə, yaşatmağa çalışırlarg

Xeyli vaxtdır bir kitabı mütaliə edirəm. O kitabı mənə son dərəcə səmimi və əziz olan bacım Flora Xəlilzadə bağışlayıb. Öncə onu deyim ki, Flora xanım sözün bütün mənalarında zəhmətkeş, qələmlə söz yaradan, qələmlə sözə nəfəs verən, elə ruzisini də, yaşamaq həvəsini də o qələmdən çıxaran peşəkar, əməkdar jurnalist, gözəl publisistşairdi. Bundan başqa Flora xanım sözün xridarıdı, sözü ələyə bilir, sözü qırx arşınlıq quyunun dibində də görür, sözü işığa çıxarır, sözə ömür verir. Mən hər dəfə onun yazılarını oxuyanda fərqli bir nüansla, fərqli bir məqamla rastlaşıram. Görürəm ki, Flora xanım elə unudulmuşları axtarıb ortaya çıxarıb təqdim edir ki, onların "sifarişçiləri" yoxdur. Onların bircə Allahı var. Flora xanım da müqəddəs məkanı ziyarət edib. Onun da bir Allahı var. Deməli o, Allahının iradəsini və bir də ürəyinin səsini qəbul edir, dinləyir. Onların iradəsi ilə, səsi ilə ruhunu oxucusuna göstərir və oxucu da o ruhdan tutub Flora xanımın işarə verdiyi istiqamətə gedirg

"Ruhumuzun ünvanı Şuşa" mənim son günlərdə oxuduğum maraqlı kitablardan biridir. Bu kitab mənim üçün bir neçə anlamda maraqlıdır. Birinci, kitab Qarabağ bölgəsindən olan, Şuşaya bağlılığı ilə seçilən və Şuşanı təqdim edən insanların həyatını, yaradıcılığını, taleyini açıb oxuculara söyləyir. İkincisi, bu kitabda böyük axtarışlar var, araşdırmalar var. Flora xanım saysız-hesabsız mənbələrin hesabına ortaya təkcə publisist yazısı yox, həm də Qarabağı sevən bir qələm adamının tarixi hekayətlərini qoyubdu. İstənilən tarixçi bu kitabdakı faktları yüz dəfə sağa-sola çevirsə də orda bir qüsur tapa bilməz. Əksinə, özü üçün yeni bilgi əldə etmiş olar. Üçüncüsü, bu kitabda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin bir parçası olan Qarabağ, Şuşa səhifəsi açılır. Özübu insanların təkcə əsərləri, fəaliyyətləri yox, həm də şəxsi həyatları, düşüncələri, duyğuları, insani keyfiyyətləri, sevgiləri bir zərgər incəliyi ilə araşdırılıb yazıya köçürülübdür. Bütün bunların hamısına isə Flora Xəlilzadə öz ürəyini, öz ruhunu da hopdurubdu. Ona görə də bu kitabda istər Qasım bəy Zakirdən, istər Xurşud Banu Natəvandan, istər Firuddin Şuşinskidən, istər Nəvvabdan, istər səhnəmizin ilk peşəkar aktrisası olan Əzizə xanımdan, onun qızı Sona Hacıyevadan, istər bir nəslin iki Zülfüqarından, istər qələm ilə, yaradıcılığı ilə və şəxsi təması ilə Flora xanım üçün əziz olan, qəlbi Şuşa Təranəsi ilə və yaxud da Vasif Quliyevi ilə bağlı hər bir yazı oxucunu düşündürür, oxucunu kövrəldir, oxucunu məcbur edir ki, üzünü Şuşaya çevirsin, ruhunun ünvanını orda axtarsın!!!

Mən Flora xanımın bu kitabındakı hər bir yazı barəsində ürəyimdə olan sözləri öncə fərqli-fərqli məqalələrimdə ifadə etmək istədim. Amma gördüm ki, bütün yazıları Flora xanım üzü Şuşaya oturub və yazıb. Və bütün yazılar Flora xanımın kövrək qəlbinin şehində çimmiş Qarabağ bənövşələrinə bənzəyir, Şuşanın Xarı bülbülünü xatırladır. Ona görə də fikrimdən daşındım. Elə isti-isti ruhumun hökmü ilə, ruhumun məni çəkib apardığı və Şuşadan bəhs edən yazıların at oynatdığı Cüdür düzünü xatırlayıb mən də bu balaca yazını ruhumun pıçıltısı kimi kağıza köçürdümg

Yazını yazıb bitirəndən sonra birdən yadıma düşdü ki, bu gün (8 may) Şuşanın işğalı günüdür. Ona görə də əlavə nə isə demək, nə isə yazmaq gücüm qalmadı. Çünki indi bütün ruhlar Şuşanın başı üzərindədi.

Elə bunun özü də göstərir ki, Flora xanımın kitabının adı olan ruhumuzun ünvanı təsadüfi seçilməyib. Bəli, Şuşa doğrudan da ruhumuzun ünvanıdır!

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-8 may.-S.4.