Mənimlə gedə bilməyən adamlar olub

 

Vurğun Əyyub: “Dost anlayışını hədsiz mücərrədləşdirməyə gərək yoxdur

Yeni rubrika:  Dostunu göstər

 «Dostunu göstər, sənin kim olduğunu deyim». Bu məşhur ifadə  özünü qədər  doğruldur?! XXI əsrdə, dünyanın  Barak Obamanın  saçına  dönüb qiyami-qiyamətə  getdiyi bir  zamanda, dünən əlindən öpüb, dostum, qardaşım  dedikləri Qəddafilərin sabah başına bomba  tökdürdükləri Berluskonilərin  at belində cövlan etdikləri  bir dövrdə, kreslo ilə bərabər  itirilən  dostlar çağında kimsə dostunu göstərə  bilərmi ki, onun kimliyini deyək?!

Amma dünya qədər fani olsa da, bu qırdı-qaçdı  zəmanəsində biz dostluğa  dostlara inanırıq. Ona görə   üz tuturuq Füzuli kimi  «dostları bipərva» olmayan məşhurlara.

«Dostunu göstər…» rubrikasının bugünki qonağı filologiya elmlər namizədi Vurğun Əyyubdur.

Qonağımız haqqında qısa məlumat:

Vurğun Əyyub 1957-ci ildəTovuz rayonunun  Aşağı Quşçu kəndində doğulub.

Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Sabirabad Tovuz rayonlarında müəllimlik fəaliyyətindən sonra, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib.

1988-ci ildən filologiya elmləri namizədidir. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

-Vurğun bəy, dostluğa inanırsınızmı? Ümumiyyətlə, dost sizin üçün deməkdir?

-Dostluğa inanmamaq üçün bir səbəb görmürəm. Qan süd qohumluğu olmayan insanlar üçün dostluq ünsiyyətin ən uca mərtəbəsidir. Amma bu o demək deyil ki, qohumlar  arasında dostluq olmur. Dostluq hətta insanlarla heyvanlar, heyvanlarla heyvanlar arasında da müşahidə olunur. Heyvanlarda bu instinktə, insanlarda daha çox ağıla əsaslanır. Yəni dostluq insana doğuluşundan bəxş olunmur, irsən keçmir. İnsan dostunu ağıl vasitəsilə dərk edir, seçir, onu qazanır. Dostluq, dost haqqında bir çox qiymətli, müdrik sözlər deyilib. Onları təkrarlamaq istəmirəm. Dost anlayışını hədsiz mücərrədləşdirməyə gərək yoxdur. Xarakter, düşüncə, dəyərlər yaxınlığı olan insanları dost saymaq olar. Burada hər hansı resept ya şablon insana dost seçməkdə kömək edə  bilməz.

Amma dostluq da çeşidlidir. Biri var fiziki olaraq tanıdığın, daima görüşdüyün, oturub durduğun, birbaşa ünsiyyətdə olduğun dostlar. Bir var  ruhən dost  olduqların. Fikrini, dəyərlərini qəbul etdiyin insanlar! Ruhən dost saydıqlarımız bu gün yaşamasalar da, yaxud bizdən çox uzaqlarda yaşasalar da, şəxsi tanışlığımız olmasa da, onları dost hesab edirik. Bunlara böyük fikir adamları, ədəbi real qəhrəmanlar, mübariz insanlar daxildir.

-Bir mahnıda deyildiyi kimi, «…dost ya bir olar, ya iki» bu fikri qəbul edirsinizmi?

-Molla Cüməyə aid olan "Dost mehriban ya bir olar, ya iki  sözü qədər gözəl səslənsə , onu ehkama çevirmək olmaz. Burada say əsas deyil.  İnsanın dostu Molla Cümənin dediyindən daha çox da ola bilər, heç olmaya da bilər.

-Dost dar gündə bilinər! Belə bir gününüz olubmu o dost bilinibmi?

-Dostoyevski  deyib ki, dost, yıxılanda yanında olan deyil, qalxmaq üçün əl uzadandır. Dost həm dar gündə, həm xoş gündə bəlli olur. Sadəcə olaraq, görünür insan dara düşəndə dostlarını daha çox axtarır ona görə bu atalar sözü yaranıb. Ancaq həyat onu da göstərir ki, dost pis gündə , yaxşı gündə dostunun yanında olmağı bacarır. Hər bir insanın həyatında pis , yaxşı günlər olur. Hər iki halda dostlarım yanımda olub.

-Sizi yarı yolda qoyan dostunuz olubmu?

-"Yarı yolda qoymaqifadəsi bir az çox kəskin səslənir. Yolu sona qədər mənimlə gedə bilməyən, yaxud mənim sona qədər gedə bilmədiyim adamlar olub.

-Bəs siz necə, dostunuzu yarı yolda  qoymusuzmu?

-Heç kəsi yarı yolda qoymamışam, amma dostluq yolunu sona qədər getmək istəmədiyim adamlar olub.

-Dostluqda ən  çox hansı keyfiyyətə üstünlük verirsiz?

-Doğruluq, dəyərlərə sadiqlik sabitqədəmliyə.

-Vaqif Bayatlı deyir:

Evimizin divarındakı çatlar

Çat verən dostları

Sıranıza düzə-düzə,

qədər günahları vardı,

Bağışladım sizə!

Çat verən dostlarınız olubmu Siz Vaqif Bayatlı kimi onların günahlarını bağışlamısınzmı?

-Nəsirəddin Tusi demişkən: Eyibsiz dost axtaran axırda dostsuz qalar. Bizim hər birimizin özümüzə görə eyiblərimiz var. Dostluq etmək istəyirsənsə, müəyyən qüsurları  bağışlamağı da bacarmalısan. Amma mənim üçün elə dəyərlər var ki, onları tapdalayan adamları bağışlamıram. Düzünü desəm, başqalarına asanlıqla bağışladığım səhvləri, günahları dost hesab etdiklərimə bağışlaya bilmirəm. Dostluqda tələbkar prinsipialam.

-Vahid Əziz deyir:

Dost kimi sonradan tapdıqlarımı,

Sonradan tanıyıb dost kimi atdım.

Sizin sonradan tanıyıb atdıqlarınız olubmu?

-Həyatda da bütün kainatda olduğu kimi yaxşı-pis, xeyir-şər, yalan-doğru, sədaqət-etibarsızlıq yanaşıdır, bəzi hallarda isə iç-içədir. Bunlardan yalnız birini əzəli və əbədi hesab etmək, yalnız birinin həyatımızda mövcud olduğunu düşünmək insanı daxilən sarsıdar, sonsuz əzablara sürükləyər. Bunun klassik nümunələrini Vaqifin "Görmədim”, S. Mənsurun "Rəngidir” müxəmməslərində görə bilərik. İnsan həyatı başdan sona qədər təcrübədir. İnsan övladı bütün həyatı boyu nələrisə qazanır, nələrisə itirir. Belə bir sözvar: dost dəniz qırağındakı daşlara bənzəyir, öncə bir-bir toplayırsan, sonra tək-tək dənizə atırsan. Amma bəziləri var atmağa qıymırsan.  Bu sözdən çıxış etsək, mənim də atdıqlarım olub, amma qıymadıqlarım daha çoxdur. İtirdiklərimin sayı o qədər də çox olmayıb. İtirdiklərimin bəzilərini ağrı ilə qarşılamışam, bəzilərindən isə vaxtında ayrıldığıma görə sevinmişəm. Ümumən desək, insanın qazandıqları itirdiklərindən çoxdur. Əgər əksinədirsə, deməli, o insan həyatını düz yaşamayıb.

-Biz deyirik: «Dostunu göstər, sənin kim olduğunu deyim». Almanlar isə bunun  tam əksini deyir: «Düşmənini göstər, sənin kim olduğunu deyim». Almanların deyimi ilə nə qədər razılaşırsız?

-Əslində hər iki fikirdə həqiqətdən pay var. Amma heç biri həqiqəti tam əks etdirmir. Ümumən, mən atalar sözlərinin ehkama çevrilməsini qəbul etmirəm. Bu sözlərin çoxu vəziyyətdən, mühitdən, fərdi təcrübədən doğan, deyilən sözlərdir. Həyatı bütün mürəkkəbliyi, əlvan çalarları ilə ifadə edə bilmir. Ona görə dostun yaxşı olmağı sənin yaxşı, dostun pis olması sənin pis olmağın anlamına gələ bilməz. Çünki burada insanın dost, ya düşmən  seçərkən səhv etmək ehtimalı unudulub.

-Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərdi çox,  həmdərdi yox, düşmən qəvi, tale zəbun!

Füzulinin bu məşhur beytini xatırladığınız vaxtlar olurmu?

-Bu misraları tez-tez xatırlamalı oluram. Füzuliyə tez-tez müraciət edirəm, Çünki onu tədris edirəm. Şəxsi ağrılarımı ifadə etmək üçün xatırlamağım yadıma gəlmir.

- nəhayət, dostunuzu göstərə bilərsinizmi?

-Dostlarımın sayı çoxdur. Hamısını bir-bir sadalamağa ehtiyac yoxdur.

 

 

ədalət.-2013.-25 may.-S.6.