GÜNÜMÜZÜN ƏDLİYYƏ SİSTEMİ

O, 95 il bundan öncə ilk addımını atıb

Azərbaycan Cümhuriyyətinin şanlı səhifələrində qırmızı hərflərlə yazılan və zamanında şərqdə ən böyük qanunlardan birinin siyasi müstəvidə qərar tutması kimi əbədi bir yaşam haqqı qazanmış gün də var. Əslində bu gün bütün insanlığın, bütün bəşəriyyətin həyatını, fəaliyyətini, necə deyərlər, yaşamını formalaşdıran, idarə edən, ona stimul verən ədliyyənin , məhkəmə sisteminin, bütövlükdə isə demokratik qanunların doğum tarixidir. Mənə elə gəlir ki, 95 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin tarix səhnəsinə qədəm qoyması özü ilə birlikdə həm də Azərbaycan ədliyyəsini Azərbaycan xalqına bəetdi. Bu birmənalı və böyük gerçəkliyin içərisində dövlətçiliyimiz, dövlətə sevgimiz, qanunlarımız, qanunlara hörmət və sevgimiz formalaşmağa, ayaq tutub üzü sabahlara doğru qətiyyətli addımlar atmağa başladı.Bəli, 95 il bundan öncə ilk demokratik cümhuriyyətimizin bətnində dünyaya gələn Azərbaycan ədliyyəsi Sovet dönəmindəəyyən sıxıntılara, təzyiqlərə məruz qalsa da, amma bütövlükdə öz ilkinliyini qoruyub saxlaya bildi. Baxmayaraq ki, sovet-kommunist-bolşevik ədliyyəsi daha hümanist, daha diqqəəkən bir görüntü yaratsa da, amma zaman göstərdi ki, əslində ən demokratik qanun, ən demokratik ədliyyə və məhkəmə sistemi məhz demokratik dövlətin bətnində dünyaya gəlir. Özü demokratik olmayan, heç vaxt demokratik qanunlar toplusu, ədliyyə-məhkəmə sistemi yaradıb ortaya qoya bilməz. Əgər belə bir hal baş verərsə də bu, xalqdan, cəmiyyətdən uzaq düşmüş bir formada yaradıla bilər. Bunun isə ömrü çox çəkməz, uzun olla bilməz. Necə ki sovet sistemi və onun daxilində də sovet ədliyyəsi bu uğursuz taleyi yaşadı.Tarixdən bəlli oluduğu kimi, 1918-ci ildə yaradılan Azərbaycanın ilk Ədliyyə Nazirliyi sovetlər dövründə məruz qaldığı errorziyalara baxmayaraq, müəyyən çalarları qoruyub saxladı. Bu işdə ən böyük xidmət təbii ki, Ulu Öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz onun respublikamıza rəhbərlik etdiyi 70-ci illərdə ilk dəfə olaraq ölkənin ədliyyə sistemində bir dirçəliş, bir oyanış baş verdi. Məhz onun rəhbərli, tələbi və iradəsi nəticəsində Azərbaycanda 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən bərpa olundu. Özü də bu təkcə formal bir bərpa deyildi. Bu bərpa eyni zamanda Nazirliyin strukturunun yaradılmasına, fəaliyyət mexanizminin ortaya qoyulmasına, eləcə də digər normativ sənədlərin bərpa edilib milli kadrların hazırlanmasına da bir növ qapı açdı, nəfəs verdi.Bax, elə həmin müdrik addımla da Azərbaycanın Ədliyyə sistemi 1918-ci ildən, yəni, ilk demokratik cümhuriyyətdən sonrakı illərdə dondurulmş olan varlığını sanki hərəkətə gətirdi. Bir oyanış, bir intibah baş verdi. Bununla da ölkə həyatında qanunlarda olan boşluqların aradan qaldırılması, məhkəmə-hüquq sahəsində yeniliklərin özünə yer alması prosesi start götürdü.Tarixdən bəllidir ki, Ulu Öndərimizin yenidən Azərbaycan hakimiyyətinə xalqın tələbi ilə qayıdışından sonra ölkə həyatının digər sahələrində olduğu kimi, ədliyyə-məhkəmə sistemində də yeni bir dövr başladı. Məhz Ulu Öndərimizin iradəsi ilə həyatımızın bütün sahələrində islahatlara start verildi. Təbii ki, həmin islahatların kökündə öncə yeni qanunların yaradılması, ədliyyə sistemində müstəqil dövlətin həyat tərzinin, inkişaf mexanizminin bütövlükdə formalaşmasını ifadə edən qanunların ortaya qoyulması və bir də məhkəmə-hüquq sahəsində zamanın tələblərinə uyğun, eyni zamanda dünya standartları ilə bir səviyyədə dayana biləcək fəaliyyət qanunları müzakirəyə çıxarılıb qəbul edilməyə başladı. Təkcə onu xatırlatmaq lazımdır ki, məhz Ulu Öndərimizin ölkə rəhbərliyində olduğu 1993-2003-cü illərdə, yəni, 10 il müddətinə ədliyyə-məhkəmə-hüquq sistemi sahəsində həyata keçirilən islahatlar öz tempinə, öz işləkliyinə görə, böyük bir zaman kəsiyini qabaqladı. Yəni bu qanunların qəbulu müstəqil dövlətimizi qısa bir zamanda xeyli irəli atdı. Biz bir növ zamanla ayaqlaşmaq, hətta onunla yanaşı addımlamaq imkanı əldə etdik. İndi müstəqil Azərbaycanın qanunlar toplusunu ədliyyə-məhkəmə-hüquq sistemini göz önünə gətirəndə bəzən qısa bir zamanda həyata keçirilmiş böyük islahatlara inanmaq çətin olur. Amma şükürlər olsun ki, biz bu böyük gerçəkliyə nail ola bilmişik. Ölkə rəhbəri, Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı qanunlar, verdiyi tapşırıqlar, göstərişlər bir fəaliyyət proqramına çevrilib. Əgər Azərbaycana kənardan dayanıb bir müşahidəçi diqqəti ilə göz yetirsək, onda görərik ki, bu gün ölkədə həyata keçirilən dəqiq, konkret və səmərəli hüquqi islahatlar həm də Azərbaycan prezidentinin islahatlar kursunda önəmli yerlərdən birini tutur. Ulu Öndərimizin siyasi iradəsini uğurla gerçəkləşdirən ölkə prezidenti özünün imzaladığı 6 fevral 2009-cu il tarixli "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün" Dövlət Proqramı, eləcə də hələ 2006-cı ili aprel ayının 18-də ölkə prezidentinin təsdiq etdiyi Ədliyyə Nazirliyinin yeni əsasnaməsi və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunu özünün varlığı ilə konkret bir mexanizmi təkcə hərəkətə gətirmək yox, həm də onun dinamik inkişafını təmin etmək üçün çox mötəbər bir baza idi. Sevindirici haldır ki, bu gün Azərbaycanın ədliyyə işçiləri, məhkəmə, notariat və digər hüquq sahələrində çalışan əməkdaşlar məhz həmin məlum əsasnaməyə, qanunlara söykənərək ölkə həyatında hüquqi islahatların gerçəkləşməsində, insan hüquq və azadlıqlarının təmin edilməsində birmənalı şəkildə yaxından iştirak edirlər.Təbii ki, bu gün məhkəmələrdə, eləcə də digər hüquq sahələrində reallaşan qanunların aliliyi, müasirlik, Avropa standartları, xüsusi olaraq yaradılmış şəraiti və bir də hər kəsdən birmənalı olaraq qanunlara hörmət tələbi ölkədə aparılan həmin o böyük quruculuğun, islahatın bir növ təntənəsidir. Bu gün 95 yaşını qeyd edən ədliyyə sistemində çalışan hər kəs bunun üçün Azərbaycan prezidentinə və ölkə rəhbərinin komandasında öz peşəkarlığı, təcrübəsi və rəhbərlki səriştəsi ilə böyük nüfuz qazanmış Ədliyyə naziri Fikrət Məmmədov cənablarına minnətdardır.

Bir gerçəklik var. Onu heç cür görməmək, qəbul etməmək mümkün deyil. Bu da Azərbaycan gerçəkliyi, bu gerçəkliyi özündə əks etdirən ədliyyə-məhkəmə-hüquq sistemində, eləcə də xalqımızın həyatında günbəgün yenilənən, inkişaf edən uğurlu sabahlara inam strategiyasıdır. Biz hər birimiz həmin sabahlara ümidlə, inamla gedirik.

 

Zəminə ABDULLAYEVA

Bakı şəhər 2 saylı Dövlət Notariat Kontorunun böyük notariusu, ədliyyə müşaviri

ədalət.-2013.-21 noyabr.-S.4.