Gənc alimin yeni kitabları

 

Nəsib Heybət oğlu Şükürov Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur.

Yeddioymaq kənd orta məktəbinin və Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini əla qiymətlərlə bitirmişdir.

Təhsil aldığı ali təhsil müəsisəsinin gənc, qabaqcıl müəllimi hesab olunur.

Bu yaxınlarda həmyerlimiz Nəsib müəllimin yeni elmi kitabları işıq üzü görmüşdür:

"Milli Məclisinin konstitusiya hüquqi statusu" (Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2011, s. 308) və "Dövlət hakimiyyəti mexanizminin bəzi nəzəri məsəllələri", Bakı, "Qanun" Nəşriyyatı, 2012, 256 s.) .

"Azərbycan Resbublikası Milli Məclisinin konstitusiya hüquqi statusu" adlı bu monoqrafiya Azərbaycan Respublikası Milli Məclisinin konstitusiya hüquqi statusunun təhlilinə həsr olunmuşdur. Müəllif hakimiyyət bölgüsü pirinsipinin nəzəri əsasları, hakimiyyət bölgüsü sistemində (mexanizimdə qanunvericilik hakimiyyətinin yerirolu, Azərbaycan Respublikası Milli Məclisinin formalaşdırılması və səlahiyyətlərinin konsturusiya xarakteristikası, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət qaydası və qanunvericilik prosesi, habelə Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərin dairəsi ilə bağlı məsələləri ətraflı şəkildə araşdırmışdır.

"Azərbycan Resbublikası Milli Məclisinin konstitusiya hüquqi statusu" adlı bu monoqrafiya əsas etibarı ilə elmi işçilər, ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllimləri, aspirantları, magistrantları və tələbələri, habelə maraqlananlar üçün Azərbaycan Respublikası Milli Məclisinin formalaşdırılması və fəaliyyətinin effektli yollarının axtarılması üçün nəzəri-metedoji baza rolunu oynaya bilər.

Yeni elmi kitabın elmi redaktoru Azərbaycanın əməkdar hüqüqşünası, Bakı Dövlət Universitetinin Konustitusiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor M.N.Ələsgərovdur. Rəyçiləri Milli Məclis sədrinin birinci müavini, hüquq üzrə fəlsəfə doktoru, professor Z.A.Ələsgərov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Rəhbəri, 1-ci dərəcəli dövlət müşaviri, hüquq üzrə Fəlsəfə doktoru, dosent, Əməkdar dövlət qulluqçusu S.A.Mirzəyevdir. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Nəsib Heybət oğlu Şükürovun ikinci kitabı isə "Dövlət hakimiyyəti mexanizminin bəzi nəzəri məsələləri" adlanır. Bu monoqrafiya dövlət hakimiyyəti mexanizminin bəzi nəzəri məsələlərinin təhlilinə həsr olunmuşdur. Müəllif monoqrafiyada dövlət hakimiyyətinin anlayışı və səciyyəvi xüsusiyyətləri, dövlət hakimiyyəti və dövlət idarəetməsinin qarşılıqlı nisbəti, dovlət hakimiyyətinin strukturu, sistemivahidliyi, dovlət mexanizminin anlayışı. əlamətləri və onun dövlət aparatı ilə qarşılıqlı nisbəti dövlət mexanizminin sturukturu, orqanlarının anlayışı və əlamətləri, dövlət orqanlarının təsnifatı, dövlət orqanlarının (aparatının) təşkili və fəaliyyəti prinsipləri ilə bağlı məsələləri ətraflı şəkildə araşdırmışdır.

Monoqrafiya əsas etibarıilə elmi işçilər, ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllimləri, aspirantları, magistrantları və tələbələri, habelə dövlət mexanizminin nəzəri problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Elmi redaktoru Bakı Dövlət Unveristetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri dokroru, professor Ə.İ.Əliyev, rəyçiləri isə Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, 1-ci dərəcə dövlət müşaviri, hüquq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar dövlət qulluqçusu S.A.Mirzəyev və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru, dosent S.Y.Qaracayevdir.

 

ƏLİHÜSEYN ŞÜKÜROV,

MURMANSK.

ədalət.-2013.-23 oktyabr.-S.6.