TOFİQ ABDİN ÜSTƏ GƏL 13 İL

(yenə 3 il gecikməklə)

 

Bütün saylarını oxuduğum "Ədələt"in vaxtiylə "Ədəbiyyat" əlavələri hazırlardı. O zaman o əlavələrin sonuncusunu oğlum almışdı. Səhər elə "danüzü"nün əlindən sivişən bomboz havada vərəqlədim. Riyadan, paxıllıqdan uzaq bir ədəbiyyat toplusu təsiri oyadan səhifələrdə Vaqif Yusifli ilə Tofiq Abdinin imzaları mənə daha yaxın gəlirdi. Vaqifi çox-çox illər qabaq istedadlı filoloq-tənqidçi kimi tanınmışam və şükürlər ki, bu yolu inadkarcasına, yüksək intelektiylə aparmaqdadı və ədəbi porsesdəki olaylar onun nəzərinən çəkinə bilmir.

Tofiqə gəldikdə - bir ilin, bir kəndin övladlarıyıq və şükürlər ki, doğmalığımıza və ünsiyyətimizə soyuqluq ələməmişik. Tofiq ədəbiyyata 60-cı illər şeirlə gəldi, ilk kitabı isə bədii publisistikaya aiddir. Bu bəlkə də yaradıcı keçiddir. Ancaq özünəməxsus şeirlərini qələmə aldı. Çiyinpoeziya dostları Ələkbər Salahzadə, İsa İsmayılzadə, Camal Yusifzadə nəhayət Abbas Abddulayla bahəm yazdı. Amma onun bir böyük təvazökarlığı vardı. İndi də yəqin ki, var. O, özünü poeziyada onlardan üstün tutmazdı. Bu haqda söhbətlərimiz çox olub: niyə bu qədər təvazökarlıq eləyir? Cavabında öz xarakterinə xəyanət etməyərək, "tipik"liyilə inadından dönmür. Mən bunu deməyə də bilərdim. Amma indi bir-iki əldəqayırma şeirlər çap elətdirən "şeir yazanlar" var ki, özlərini klassikləşdirirlər...g

Tofiq Abdin 90-cı illərdə bizdən ayrılıb Türkiyəyə yol aldı və hələ cavanlıqdan türk mühitinə və poeziyasına vurğun kəsilən bu qardaş məmləkətdə yaşadı, həm də boş keçirmədi illərini. Yazıb-yaratdı, kefi düşəndə bizə də ünvanladı, mətbuatda arayıb oxuduq. Xüsusilə "525-ci qəzet"də. İndio unudulmaz təəssüratları oxumaqdayıq.

Bunu bilirəm ki, o da mənim kimi "yubileyşünas" deyil. Ədəbiyyatla pedaqoqika aləminin bir fərqi, özüikinci tərəfin uduzması mənasında odur, sənin qələm dostların, sənsiz yubileyini unutmurlar, bir-iki məqaləylə ürək sözlərini boşaldırlar. Birinci tərəfdən fərqli pedaqoqlar istəmirlər ki, özündən bir barmaq yuxarını yada salsınlar, ürək sözlərini yüz minlərlə müəllimlərin yaddaşına ötürsünlər. Bir dəfə bir dostum dedi ki, Allahverdi, sən adi bir pedaqoqdan elə həvəslə yazırsan, di gəl oxuma o adamı, sən deyən deyil axı. Amma sənin yubileylərində (yəni yaşlı demək istəyirdi) bir cümlə yazmayıblar. Cavab verdim ki, bu xatırlama ruhuma yad şeydi, qaldı yazsaydılar qələmlərini tutmayacaqdım ki! Qanacaqları buracandı.

Başını buladı və çıxıb getdi.

Sözgəlişidi bu sözlər. Mən əlli yaşlı Tofiq haqqında "Ədəbiyyat və incəsənət" qəzetinə bir məqalə yazdım, adı da beləydi: "Ürəyi dolu şair". O vaxt qəzet rəhbərlərinin mürtət xasiyyətləri ondadı ki, yazının başına turp əkirdilər. Və bu turp da qırmızı olurdu, amma yeyilmirdi, nəsə başqa tam verirdi. O məqalə turpla bir əkildi qəzetdə və bircə adı qalmışdı yadigar. Nə yaxşı orijinalı durur, vaxt gələr yenidən "doğular" bu məqalə öz ilkin adıyla.

bu "əlli"dən sonra düz on il keçidi, neçə-neçə şeirləri yaranıbdır. Kitabı gərək ki, çıxmamışdı o vaxt. Buna baxmayaraq, sən elə istedadlı (bu söz də hörmətdən salındı) olaraq yaşayırsan, yaş və sənət dostlarınnan da geri qalmırsan.

Altmış illiyin də yazılarla qeyd olundu və yuxarıda dediyim kimi, sanballı məqalələr də qələmə aldılar. Mənim gecikdiyimi zənn eləmə və yazan da deyiləm, ona görə ki, gecikmişəm. Artıq hər ikimiz birgə 124 yaşındayıq. Rəhmətlik Mahmud Eyvazova birgə qatılmışıq. Təkbətək nə sənə, nə də özümə bu yaşı diləməzdim...g

Tofiq Abdini qəzetlərdə çıxmış onlarla publisist məqalələrini müntəzəm olaraq oxumaqdayam. Müxtəlif, eyni zamanda ağlagəlməz tematikalı, habelə cismi burda olmayan, ruhu sizin yanınızda, bir vaxt redaksiyaları gəzib-dolaşan qələm sahibləri, dostların barədə təbii ürək sözlərini oxuyuramdüzü kövrəlirəm. Hətta bir kərə ürəyimdən ölmək də keçdi, dedim ki, maddi durumu boş, ruhu məişət çərçivəli bu dünyadan bəlkə köçüm? Fikirləşdim ki, bəs hara qara torpağamı? Birdən hallandım ki, köçənlər elə torpaq üçün görüblərmi, yaxud o torpaq ki, "ana torpaq" deyirlər, heç olmazsa əsil analarıyla övladları qovuşdurubmu? Hətta bir-iki addımlıqda uyusalar da. Vallah ürək sözümdü, ölmək barədə mütləq qənaətə gəlmişdim. Birdən ayıldım ki, deyək o məsələ, görəsən başqasını demirəm, 50 ildən salamlaşdığım, çörək kəsdiyim, oturub-durduğum elə Abbas Abdulla, Tofiq Abdin, Əjdər Ağayev, nə bilim kimlər barədə nəsə şirin bir şey yazarlaramı? Sualın müsbət cavabına ümidim iynənin ucu boydadı. Çünki bizdə unutqanlıq hissi böyük hərflə ürəyimizə sancılıbdır, onu soyuq qəlpə kimi ağrısaq da gəzdiririk.

Tofiq Abdində insana, əlbəttə doğmasına, tanışına məhəbbəti pis olmurbunu onun yazılarında da görürəm. Xüsusilə, adi bir əhvalat onu tuturo da qələminə məxsus təhkiyəylə, obrazla və xarakterinnən gələn "tipliyilə", konkretliyilə oxuculara çatdırır. İllər öncəsi "Yeni Azərbaycan" qəzetində çıxan serial publisist məqalələriylə şairliyindən "doğduğu" hisslərinin nəsr diliylə səmimi, obrazlı çatdırır. Bəlkə də zahirən görünməyən məqamları, olayları hadisə səviyyəsinə qaldırır və yüksəkdə saxlayır. Yazarlıq məharəti buna deyirlər. Bir yaradıcılıq sahəsini peşəkarlaşdıran mühüm vasitədə mətbuatın yanaşmasıdır. Bu mənada "bir boy" aralıda olan, amma yazan qələm sahiblərinə yaxşı mənada sərbəstlik verən "Yeni Azərbaycan" qəzetinə ədəbiyyat və incəsənətə baxan Azər Əbilova, Kəbutər Qafarzadəsi və yəqin ki, başqaları da var, xüsusi insanlıq, həssaslıq göstərirlər müəlliflərə. "Ədalət" qəzeti də eləcə və onun baş redaktoru Aqil Abbas da böyük səxavətlə sözə meydan verir.

Tofiq Abdinin bir yazısı da vardı: "13 nəsh" rəqəmi barədəydi. Həqiqətdir ki, bizim aləmimizdə "13" yaxşı səslənmir, mifimizdə də bu belədir. Ona görə də qaçırıq ondan. Amma Tofiq 13-dən elə yazdı ki, vallah dedim ki, elə qarşıma bu rəqəm çıxaydı və nəticədə müsbət işimlə bağlı Tofiqə təşəkkürümü bildirərdim. Hələ ki, olmayıb, amma ümidliyəm. Məqalədə bəzi cümlələrin də altından xətt çəkmişəm, indi ürəyimdən keçdi ki, bəzisindən nümunə kimi istifadə eləyim. Bilirəm, Tofiq belə süni faktları xoşlamır, adətən yerin fiziki çoxluğu üçün bu "kəsiklər" lazım olur. O "13"-ü rəmziləşdirir, müsbət mənada bu yazı əsil publisist nümunəsidir.

Və yenə də Ədalətin sayılarının birində mərhum musiqişünas, hamımızın şəxsiyyətinə və səmimi yaradıcılığına hörmət bəslədiyimiz yazıçı Aqşinin kiçik qardaşı Elxan Babayevin ölümünə həsr etdiyi "Bu olmadı, Elxan Babayev" yazısı ağrılı bir poetikliyin nümunəsidir. Hələlik ruhu cisminin keşiyini çəkdiyi beş-altı günündə - ölümündə tanışını, ziyalını xatırlaması özüTofiq Abdinin xaraktercə kövrək, unutqanlı olmadığından dəlalət edir. Bu dəfə sitat gətirməli oldum, həm Tofiqin həssaslığı, həm də rəhmətliyə son söz işığını əsirgəmədiyi üçün: "Sənin ziyalılığın və insanlığın o televiziyon verilişində daha qabarıq görünürdü, çünki sən xaricə gedən musiqiçilərimiz haqqında verilən suala o qədər geniş ürəklə cavab verirdin ki, dinləyicilərin haqq qazandırmaqdan başqa çarəsi qalmırdı. Və: "Sənin cənazən keçirilən çadırda bir şəkilin asılmışdı: onda da qərib bir təbəssüm vardı".

Tofiq Abdinin 50 illiyində nəsə bir şey yazmışdım və üstündən çox-çox illər keçib və birdən ağılıma gəldi ki, Tofiqin yetmşində bir məqalə qələmə alım, baxdım ki, düz 3 il gecikmişəm. Hətta yazının adını da tapmışdım. Bilmirəm, necə alınacaq: "Tofiq Abdin + on üç il"

Axı 13 nəs rəqəm deyil!

 

Allahverdi Eminov

Ədalət.-2013.-24 oktyabbr.-S.6.