QƏDİM MÜASİR ŞAMAXI

 

Məlum olduğu kimi, 2013-cü ilin iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Həmin iclasda dövlətimizin başçısı İlham Əliyev cənabları proqram xarakterli, dərin məzmunlu girişyekun nitqləri söyləmiş, 2013-ci ilin birinci yarısı ərzində respublikamızda görülmüş işləri, əldə olunmuş uğurları və qarşıda duran əsas vəzifələri geniş təhlil etmişdir.

İclasda xüsusi olaraq vurğulanmışdır ki, ötən dövr ərzində Azərbaycanda ümumi daxili məhsul 5 faiz artmışdır. Sevindirici hal kimi qeyd edilmişdir ki, qeyri-neft sektoru həmin müddətdə təxminən 11 faiz artmışdır. Növbəti on il ərzində həmin sektoru 2 dəfə artırmaq bardə qarşıya qoyulmuş məqsəd reallığa əsalanır.

Ötən altı ayda respublikanın kənd təsərrüfatı sahəsində artım 5 faiz təşkil etmişdir. Digər iqtisadi göstəricilər də ürəkaçandır. Belə ki, ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuş, valyuta ehtiyatları 48 milyard dolları keçmişdir.

Dünənin-bu günün Şamaxısı

Son illər qədim Şamaxının da inkişafı diqqəti cəlb edir. Əsrlər boyu başına müsibətlər gələn, həm təbii fəlakələrdən, həm də müharibələrdən sarsılan orta çağların bu məşhur şəhəri heç zaman sınmadı, gücünü-qüvvəsini toparlayıb dikəldi və ucaldı. Ən başlıcası adını və şöhrətini yaşatdı.

İndi bu qədim el özünün ən gözəl və firavan çağlarına qovuşmaqdadır. Şamaxının şöhrəti təkcə onun dahi şəxsiyyətləri ilə məhdudlaşmır. Şamaxını şöhrətləndirən həm də onun zəhmətkeş, qonaqpərvər və səmimi insanları, həm də bərəkətli torpaqları, qoynunda qədim abidələr yaşadan dağları, düzləridir.

Bu günün Şamaxısı arzuların, istəklərin Şamaxısıdır ki, biz də "Ədalət" qəzeit olaraq onun istər keçmişindən, istərsə də ən yaxşı günlərindən çox yazıb, çox söhbətlər açmışıq.

Tarixi hadisənin iftixarı

2013-cü ilin birinci yarısının yekunlarını Şamaxı rayonu üçün də müsbət qiymətləndirmək olar.

Xüsusi olaraq qeyd etmək lazımdır. Bu dövrün ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 16 və 17-də rayona iki günlük tarixi səfəridir. Bu tarixi hadisə barədə söz açan Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Verdiyev demişdir:

- Həmin səfəri çərçivəsində dövlətimizin başçısı yüksək səviyyədə əsaslı bərpa olunaraq yenidən qurulan Şamaxı Cümə məscidinin, genişləndirilərək güclü idman bazasına çevrilən Şamaxı Olimpiya İdman Mərkəzinin, dünyanın unikal elm mərkəzinə çevrilən Şamaxı Asrofizika Rəsədxanasının, İncəsənət Mərkəzi üçün tikilən müasir binanın açılış mərasimlərində iştirak etmişdir. Dövlətimizin başçısının rayonumuza növbəti səfəri Şamaxıda böyük canlanmaya, yeni iqtisadi inkişafa səbəb olmaqla insanlarda dövlətə, dövlətçiliyə, xüsusilə möhtərəm Prezidentimizə olan inamı qat-qat artırmışdır...

Birinci yarımilliyin nailiyyətləri

Təhlillər göstərir ki, 2013-cü ilin ötən altı ayı ərzində rayonda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Cari ilin birinci yarısında rayonda 76 milyon 253 min manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon manatdanyaxud 20,6 faiz çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 2 milyon 672 min min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. Həmçinin altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 27 milyon 594 min manat, tikinti-quraşdırma işlərinin həcmi 25 milyon 131 min manat təşkil etmişdir. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 80 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 21 milyon manat olmuşdur. 2013-ci ilin altı ayında rayon üzrə 232 daimi yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 9810 yeri yaradılmışdır ki, bunun da 7139-u daimi yeridir.

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.-17 avqust.-S.4.