Salyan - hər gün daha əlvan

(əvvəli ötən sayımızda)

 

Bütün ölkədə olduğu kimi Salyan rayonunda da sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Rayonda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsalemal sənayelərinin yaradılması istiqamətində işlər səngimir. Belə ki, hazırda Çuxanlı kənd ərazisində "Şəfa" Quşçuluq ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubator sexinin tikintisi, Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən "Hacı Camalxan" kəndli fermer təsərrüfatı tərəfindən 10000 tonluq taxıl anbarının tikintisi başa çatdırılmışdır. 2400 başlıq beynəlxalq standartlara uyğun süd-əmtəə kompleksinin və Qırxçıraq qəsəbəsi ərazisində "Ələddin Fermer" MMC tərəfindən istehsal gücü 600 ton olan quru meyvə istehsalı müəssisəsinin, "Nurgün Aqro" MMC-də 24 başlıq süd sağım sexinin, Kürsəngi kənd ərazisində istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi davam etdirilir.

Rayonda kənd təsərrüfatı məhsulları istehsalına güzəştli şərtlərlə "Aqrolizinq" ASC-nin Salyan filialı və "Aqrokimya" MMC tərəfindən 1888 ton mineral gübrələr satılmışdır.

Təhsilə diqqət həmişə öndədir

Salyan rayonunda elmə, təhsilə maraq həmişə yüksək olmuşdur və bu tendensiya indi də davam etdirilir. Daim diqqətdə olan təhsilin daha keyfiyyətli, daha məzmunlu olması üçün daim tədbirlər görülür. 2013-cü ilin 6 ayında 220 şagird yerlik Boranıkənd kənd ümumi orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilmiş, məktəb təzə inventar və avadanlıqlarla, istilik sistemi ilə təchiz edilmişdir. Hazırda "Plasmas" yaşayış sahəsində 640 yerlik yeni məktəb, rayon Təhsil şöbəsi üçün inzibati binaların, şəhər 8 saylı tam orta məktəb üçün 160 yerlik yeni korpusun, 5 saylı şəhər ümumi orta məktəb üçün 2 əlavə sinif otağının və idman zalının tikintisi davam etdirilir. Hazırda Qaraçala qəsəbə və Dayıkənd kənd tam orta məktəblərində əsaslı təmir işləri davam etdirilir. 220 şagird yerlik Peyk kənd tam orta məktəbi üçün yeni binanın tikintisinin layihə-smeta sənədləri hazırlanmışdır.

2012-2013-cü tədris ilində rayon ümumtəhsil məktəblərini XI siniflər üzrə 1176, IX siniflər üzrə 1889 şagird bitirmiş, 1169 şagird attestat, 1862 şagird şəhadətnamə almışdır. Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialını 87 nəfər bakalavr bitirmişdir.

Şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Aytac Əzizova Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsində respublika turunun qalibi olmuşdur. Aytac Təhsil Nazirliyi tərəfindən qəbul olunaraq nazirliyin fəxri fərmanı ilə təltif edilmişdir.

Öz peşələrini sevən səhiyyə işçiləri

Salyan səhiyyəsinin çox şanlı tarixi vardır. Respublikada sayılıb-seçilən Salyan tibb işçiləri indiöz peşələrinə sadiq olmaqla, insanların sağlamlığı keşiyində dayanırlar. Prezident İlham Əliyevin tapşırığına əsasən böyrək xəstəliyindən əziyyət çəkən insanların müalicəsi üçün Mərkəzi Rayon Xəstəxanasına 10 ədəd dializ aparatı verilmişyeni Hemodializ şöbəsi açılmışdır. İndi yaxın rayonların əhalisi də bu şöbədə müalicə olunur. Aşağı Noxudlu kənd həkim məntəqəsi təmir edilmiş, yeni flüoqrafik rentgen aparatı alınmışdır. Hazırda Rayonlararası Şorsulu Psixotriya xəstəxanası üçün 100 çarpayılıq yeni korpusun tikintisində son tamamlama işləri aparılır və yaxın günlərdə proses başa çatdırılacaq. 50 çarpayılıq Rayonlararası Ağciyət Xəstəlikləri xəstəxanasında isə tikinti işlərinin qızğın çağıdır. Görkəmli oftolmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi münasibətilə Mərkəzi Xəstəxananın Göz xəstəlikləri şöbəsi tərəfindən şəhərin ümumtəhsil məktəblərində və Peşə Liseyində səyyari, Mərkəzi Xəstəxanada isə stasionar tibbi xidmət təşkil edilmişdir.

Salyanda qan xəstəliyindən əziyyət çəkən xəstələrə kömək etmək məqsədilə Mərkəzi Xəstəxanada qanvermə aksiyası keçirilmişdir. Bütün bunların həyata keçirilməsində Salyan rayon İcra Haklimiyyətinin başçısı Tahir Kərimovun əməyi danılmazdır.

Ümumiyyətlə, Salyanda insanların sosial həyatlarında, məişətlərində uğurlu inkişafın bütün parametrləri yüksələn xətt üzrə inkişaf edir.

Ölkə Prezidenti Salyanda

Bütün bu uğurların məntiqi nəticəsi gətirib ona çıxarmışdır ki, ölkə Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyan rayonuna səfər etmişdir. Səfər çərçivəsində Prezident ümumi sahəsi 22 min kvadrat metr olan Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarətə gəlmişdir. Sonra o, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Salyan rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etməyə vaxt tapan İlham Əliyev daha sonra Salyan şəhərindəki Bayraq Meydanındakı şəraitlə tanış olmuşdur. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılmışdır.

Hər gün çiçəklənən Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətlənməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rayon sakinlərinin ürəyincə olmuşdur. Ölkə Prezidenti son 10 ildə Salyan rayonunda bir sıra mühüm layihələrin həyata keçirilməsini dəstəkləmiş və rayonun abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə Prezidentin ehtiyat fondundan Salyan rayon İcra Hakimiyyətinə 2 milyon manat pul ayırmışdır. Azərbaycan Prezidentinin Salyan rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair imzaladığı sərəncam da insanların rahatlığına xidmət edəcəkdir. Bu məqsədlə o, Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayırmışdır. Bu işlərin nəticəsində Kür çayının üzərindəki körpünün tikintisinə 1 milyon manatSalyan-Şirvan avtomobil yolunun yenidən qurulmasına da 1 milyon manat vəsaitin buraxılmasına sərəncam vermişdir. Yəqin ki, çox yaxın vaxtlarda ölkə Prezidentinin qayğısı və yerli sakinlərin zəhməti hesabına Salyan rayonu daha da inkişaf edəcəkdir.

 

Səxavət Məmmədli

ədalət.-2013.-19 sentyabr.-S.3.