HAL-ƏHVAL TUTANLARA

 

(İlk növbədə Rasim Borçalıya)

 

Calanmada qışa küzü,

alnı qart ağac kötüyü,

(Yada, yabana dönüb də

balta çalmayın, çalmayın).

Sinə dağı düzüm-düzüm, -

Kədər neyi, qəm tütəyig

(Ya da çobana dönüb də

yalda çalmayın, çalmayın).

İllərinin yeli-quzu

Otlayıb sarı kəklini

(Yaşıl ömür çatıb başa,

Son zərbə daz başa qalıb).

Adamların buzdan buzu

İşə almayır şəklini,

(Yaraşmayır bir iş yaşa,

Şəkli bir tək daşa qalıb).

Dünyanın bir varlıq-duzu,

Nəm çəkib də ağırlaşır.

(Üstən əyilir yəhəri,

Altda qatlanır kəhəri).

Səssiz mələyir bir quzu,

Canavarı fağırlaşır.

(Dişə çəkməyir bəhəri,

Görüb görünməz qəhəri).

Kökdən düşüb sözü, sazı,

Yaraları pambıqlayıb.

(Bilmir dərman-dəvasını

qatar-qatar hara düzsün).

Seyrələndən Qarayazı

Əjdər əmi pampaxlayıb

(Çalın əlac havasını

Vaqif Nəsib ilə süzsün).

 

 

DÜNYANIN AXIRINA DOĞRU

 

İzinə düşüb pusa-pusa

Vura bilmişdi çaşı Musa

Ağıla dadanmış,

Canı yanmış son canavarı.

Şenliyin qoyunu, quzusu, -

cana varı

kənd itləri də

yaylaqda, ağılda,

gerçəkdə, nağılda

qurdlarla qapışa bilmirdi

Dünyanın iki əks qütbündə

qalmışdı iki sevgili boyun qısa-qısa,

həsrətdən gözlər duz bağlamışdı

bir yazın,

bir düzün

düz ortasında

məhəbbət yerləri buz bağlamışdı.

Ya şimalda tayqada,

ya cənubda bir bostanda,

Ya gerçəkdə, ya dastanda

Son sevgili ürəkləri

tapışa bilmirdi

Yer üzünü şər qüvvələr basmışdı

özü boyda qara məkan olmuşdu.

Meyxanalar qara bayraq asmışdı.

Adamlar da qaratikan olmuşdu.

Nifrətlər qoşalülə gözlərdən atılmış,

içki şüşələri boş gilizə dönmüşdü

Qurular qonşu sulara qatılmış,

dünya yumru bir dənizə dönmüşdü.

Çaşbaş bəndələr göz dikmişdi

Yeni bir Nuhun,

qətran ətirli gəmisinə

Qəm dodaqlara mala çəkmişdi, -

Deyən tapılmırdı, oyna,

- Əjdər əmisinə.

Son yüzü vurub Şaiq Vəliylə

Vaqif Nəsib öpüşə bilmirdi,

Bir saman çöpündən

yapışa bilmirdi.

 

 

BİR ÜNVAN NEKROLOQU

 

Dünya yolunun alt tərəfində,

Ağdam məscidinin üst yanında,

Dostlar üçün işığı sönməyən

Bir ünvan vardı,

İçində bir ömürlük üzü dönməz

Həsən Qəhrəman, -

Evin dirəyi,

Həkim zövcəsi, -

ərinin, balasının, haça ürəyi,

ana şeirini atasına baxıb

oxuyan bir qız, -

qarabağın tər çiçəyi, - yaşardı.

Üzü kösövə dönsün

Ağdam damlarını qaraldanların.

Yurdu Qarabağ boyda

daraldanların.

Ağdamın yanmış

Damından,

daşından pozulmaz, itməz,

Həsən dostluğunun xətri,

Bir ananın dam-daş boyda

qayğı çətri,

qız balanın söylədiyi

ana şeirinin sətri,

damaqdan getməz

Qərvənd qarpızının ətrig

Heyf, yüz heyf,

hələ qara çərçivədədir,

dünya yolunun üst,

Ağdam məscidinin alt yanı,

Həsən Qəhrəmanın

Qarabağ ünvanı

 

***

 

Dünyamız başına dəsmal bağlayır,

Havası qızdıqca bəndə buzlanır

Arktika buzları yaman laxlayır,

ətraf aysberqlə hey buynuzlanır, -

dünyada axmada

yüz,buz pələngig

Bəbələr dünyanın ahıl yaşından

bəlkədə pay alıb qoca doğulur

bir təhər dözənlər məzar başından,

şəhidi yumaqdan ötrü dağılır, -

badələr əllərin

yüz-yüz çələngig

Tale bərətdikcə öz qurd gözünü,

olur adamlıqdan insan qıraqlı

dumanlı yollara düşüb, özünü,

sonra axtarırlar əli çıraqlı, -

qulaqda ya əzan,

ya kilsə zəng

Bu yaşla, bu adam hara taytaya,

onsuz da qədəri keçə bilməyirg

dənk gəlmir dünyada neçə tay, taya, -

gedib ağsaq itlə içə bilməyir, -

basmaqda yolları

qürübün rəngig

Məğlubmu, qalibmi, axır nəfəsdə,

dünya qarasını bağlamağında,

İldırım Bəyazid əsir, - qəfəsdə,

Şəhidləri üstə ağlamağında, -

Guya qalib gəlmiş,

Hür Teymurləngi

 

 

AZAD TALIŞOĞLUNA

 

Beş guşəli ulduza,

Sözə, çörəyə, duza

Sadiq Azad Talışoğlu

Çəkilib özünün onsuzluq

dünyanın sonsuzluq guşəsinəg

Boladi məzarlığında

Bütün işıqları sönüb

Sələfləri kimi o da

Özü boyda torpağa,

Sonsuzluq qədər səmaya dönüb.

Şair Azad eşidir yəqin

Kəsilən ağacın, kor qalan bulağın

hıçqırtısını

Yeni bahar alan

Çiçəyin, tumurcuğun pıçıltısını,

Qanadı qırıq quş sızıltısını,

Bal müjdəli arı vızıltısını.

Boladidə

hər guşədən azad, Azadımız

məzar ömrü yaşayır.

Uyuyur

Sonsuzluq boyda tuşlarla

Kim bilir danışır,

ya danışmayır

adamlarla,

çaylarla, quşlarla

 

 

DÜNYANIN

DƏDƏ QORQUD AĞISI

 

Dəmrov torpaq

Gülər üzlə

yazda çiçək

doğmaz olur.

vay-şivən et

qarım hey, qarım heyg

Neçə oylaq

bulaq gözlə

hürkək-hürkək

baxmaz olur.

vay-şivən et

yarım hey, yarım hey

neçə irmaq

şaqraq səslə

köpük-köpük

axmaz olur,

vay-şivən et

dərəm hey, dərəm hey

neçə yaylaq

ballı süslə

ləçək-ləçək

yağmaz olur

vay-şivən et

arım hey, arım hey

dərəm quru gey, gey

yarım qara gey geyg

arım ağılan, ağılang

qarım ağı dey, deyg

hey, hey

hey, hey

 

 

İNSANLARA VAQİF NƏSİB AĞISI

 

Dünya yoxdu,

biz yoxduq,

göydən düşdük,

yerdən çıxdıq

köç salıb da

ocaq yaxdıq, -

var yaşadıq, yox yaşadıq

Ovumuzu qapana dək,

əl atdıq da sapana dək,

ilk sünbülü tapana dək, -

ac yaşadıq, tox yaşadıqg

Şər qüvvələr baş qatandan,

göz ağardıb, qaş çatandan

qonşulara daş atandan, -

yay yaşadıq, ox yaşadıqg

Qazancımız ömür oldu, -

qazanc üçün sömür oldu,

hamı bir gün kömür oldu, -

az yaşadıq, çox yaşadıqg

 

 

ÇAYLARIN YAS GÜNÜ

 

Quraqlıqlar qarğa-qarğa

Qarıldaşdı, - boğuldunuz

Bölünübdə neçə arxa

Sağıldınız, sağıldınız,

Dağlarmı çevirdi arxa, -

Soğuldunuz, soğuldunuz,

Suyu dağım-dağım çaylar,

Dərə boyda dağım çaylarg

Sahildə ən çopur qaya,

Mərət qalmış yaş daşınız

Adlar dönüb quru paya

Yol üstündə baş daşınız.

Bir çatan da yoxdur haya,

Daşınmada daş-qaşınız

Macəra bitirən çaylar,

Həm məcra itirən çaylar

Bir ağsaqqal öyüdü yox

Sizə sarı çağlamağa

Allahın bir söyüdü yox,

Ağı deyib ağlamağa:

Quraq çaldıqca mar kimi

Solub gedir çələng çaylar, -

Çaylarım vay, çaylarım vayg

Quruduqca damar kimi

Pişikləşir pələng çaylar, -

Çaylarım vay, çaylarım vayg

Batmağında hüzün-hüzün

Gur suların fateh səsi

Sahillərə molla düzün

Oxunsun çay fatehəsi

Axır qəmim, axır qəmin

Amin amin, amin, amin.

 

 

ÇİÇƏK KAFESİNƏ

 

Bizlərə təsəlli yeri olmuş,

Bu alaqaranlıq məkan

Yüz yeri, əlli yeri olmuş,

Üç çappa stəkan

Burda Hüseyn Arif, mən, Rəfiq Zəka

Küsüşəndə qələmlə, varaqla,

Özümüzü çox çəkmişik paka

Zəhrimara qalmış araqlag

Günlərin bir günü Hüseyn Arif,

Gedib Ağstafada

Son köçü saldı

Ata, - oğul məzarıyla

torpağın o guşəsi,

bir imza payı aldı

sonra Rəfiq Zəka,

yolunu ayıq görsə

öz qara səddini yara bilmədi

gələn günlərini qurban versə

ötənləri qaytara bilmədig

Miras qaldı

Vaqif Nəsibə

taniş bir məkan

iki boş dost yeri,

iki çappa stəkan

indi çox vaxt xatirələrlə

meylənir, məzələnir

hərdən, birdən

Abbas Abdullanın sözləriylə

Ötən günlər təzələnir:

Kafe Çiçək,

Gedək içəkg

 

***

 

Bu,

həm təzə,

həm boyatın,

həm ulu,

həm köpəyoğlu həyatın

Əlimizi

ha uzatsaq, uzatsaq da

dərə bilmədiyimiz

bəhərləri varmış

bu,

həm məzə, həm zəhər

həm itki,

həm bəhər həyatın

dilimizi

ha islatsaq, islatsaq da

əridə bilmədiyimiz

qəhərləri varmış

bir də,

bir də

könlümüzü

ha atlatsaq, atlatsaq da

gedib çata bilmədiyimiz

şəhərləri varmış...

 

 

Vaqif Nəsib

Sarıhüseynoğlu

 

Ədalət.-2013.- 25 yanvar.- S.7.