QOBUSTAN: İNDİ GÖRƏNLƏR SEVİNİR

Tarixi yenidən yazılan məkan

 

...Yayın qızmarında, qışın şaxtasında Qobustan ərazisindən keçdiyiniz günləri indi xatırlayırsınızmı? Necə yeknəsək, necə miskin görüntülər... Yol kənarlarından tutmuş içərilərə doğru yosma-yoluq evlər, qol-budağı, başı kəsilmiş adda-budda ağaclar... Yayda lap çətin olurdu. İns-cins görünməyən bu yerlərin uzaqlığı olsa-olsa ilğım təsiri bağışlayırdı. Sanki Allahın da yadından çıxmışdı bu yerlər, unutmuşdu Qobustan adlı yaratdığını...

Yetərmi?

Bəs indi necədir, o vaxtlar üzümüzü yan çevirib keçdiyimiz həmin o miskin Qobustandan nəsə bir əlamət, görüntü qalıbmı? Qaranlıq toz-dumanlı xatirələrdən başqa heç qalmayıb axı!

Ölkəmizdə aparılan geniş quruculuq işləri, müasirləşdirmə tədbirləri Qobustan kimi ucqar hesab edilən rayonlarımızın bəxtini, tarixini sanki yenidən yazdı. Çünki ölkə rəhbərliyi respublikanın bütün bölgələrinə eyni qayğı diqqətlə yanaşır, Dövlət Proqramları elə gerçək proqram olaraq məqsədyönlü şəkildə icra olunur. Bəzən biz hadisələrə, görülən tədbirlərə statistik istiqamətdən yanaşır, nəticələrin sanbalına ciddi fikir vermirik. Buradaca yada salmaq istəyirəm: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hər yerində olduğu kimi Qobustan rayonunda da baş verən sürətli inkişafa göstərdiyi qayğı diqqət hər bir azərbaycanlını fərəhləndirmirmi? Cənab Prezidentin son illər bu rayona səfərlərini bəzən dəqiqləşdirməli olursan. Yəni "bu neçənci səfər idi" deyə.

Bəli, indi Qobustan tanınmaz dərəcədə inkişaf etmiş rayona, yaraşıqlı bir şəhərə çevrilmiş bu yüksəliş eləcə öz axarı ilə davam etməkdədir.

yaxşı ki, Qobustan rayonuna neçə illərdir xalqına dövlətinə sadiq olan təcrübəli dövlət məmuru Adil Məmmədov başçılıq edir. Bunu o səbəbdən xatırladırıq ki, A.Məmmədov indiyədək başçılıq etdiyi 4 ayrı-ayrı rayonların hər birində məhz ölkə rəhbərliyinin yüksək etimadını doğruldaraq həmişə uğurlar qazanılmasına çalışmış, camaatla bir yerdə olmuşdur. Bunun nəticəsidir ki, Qobustan rayonunda sürətli inkişaf müasirləşmə ilə yanaşı, ictimai-siyasi mühit istənilən səviyyədə istiqamətdədir.

 

Bütün istiqamətlər inkişafdan xəbər verir

 

2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrlə bağlı rayonda keçirilən yığıncağın da əsasını elə bu məsələlər müəyyənləşdirmişdir. Yığıncaqda məruzə ilə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov demişdir:

- 2014-cü ilin birinci yarısı bütövlükdə respublikamızda olduğu kimi rayonumuzda da bir sıra nailiyyətlərlə yadda qalmışdır. Birinci yarımillikdə investisiya qoyuluşu 84,3 faiz artmışdır. Kənd təsərrüfatında 0,8 faiz, nəqliyyatda 2,3 faiz, rabitədə 58,8 faiz, ticarətdə 7,8 faiz artım əldə edilmişdir. Müqayisəli dövrdə pərakəndə əmtəə dövriyyəsi 8,8 faiz artmışdır.

Rayon sahibkarlarına Sahibkarlığa Kömək Milli Fondundan 50 layihə üzrə 3 milyon 990 min manat kredit verilmişdir ki, bunun nəticəsində 56 yerinin yaradılması nəzərdə tutulur.

Bu sahədə işlərin daha da gücləndirilməsi məqsədilə 3 iyul 2014-cü il tarixdə rayonun Xilmilli kəndində Sahibkarlığa Kömək Milli Fondunun təşəbbüsü ilə "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair işgüzar forum keçirilmişdir. Forumda mövcud vəziyyət müzakirə edilmiş, sahibkarlara səmərəli investisiya layihələri təqdim edilmişdir. Rayonumuzda əhalini narahat edən ən mühüm məsələlərdən biri içməli su ilə təminat məsələsidir. Hamınıza yaxşı məlumdur ki, biz son illərdə bu sahədə çox qətiyyətlə çalışmışıq. 2012-ci ildə Təsi-Qobustan su xəttinin istifadəyə verilməsi bu gün rayonumuzu çox böyük bir çətinlikdən xilas etdi. Belə ki, 8000 nəfərdən artıq əhalinin içməli su ilə təminatı 2012-ci ilədək yalnız Xaltava-Qobustan su xətti ilə təmin olunub. Eyni zamanda Çalov su mənbəyindən şəhərə suyun daşınması təmin edilib. Hazırda Çalov su mənbəyi yalnız kəndin öz tələbatını ödəyə bilir. Xaltava suyu isə keçən ciddi quraqlıq nəticəsində 3 dəfəyədək azalıb. Hazırda şəhəri su ilə təmin edən əsas mənbə Təsi su xəttidir. Eyni zamanda Göydərə, Ərəbqədim, Cəmcəmli kəndlərinə suyun verilməsi həmin kəndlərdə əhalini bu gün çətinliklərdən qoruyur, onların təsərrüfatlarını saxlamağa imkan yaradır.

Bir neçə gün öncə biz şəhərin Nərimankənd adlanan hissəsində 1 km məsafədən su xətti çəkərək su qülləsi quraşdırdıq. Bu həmin ərazidə yaşayan əhalinin su təminatının yaxşılaşdırılmasında ciddi dönüş yaratmışdır. Sual doğura bilər ki, üçün bu qüllə əvvəllər quraşdırılmayıb. Bildiyiniz kimi hələ ikinci Dövlət Proqramında Qobustan şəhərində su kanalizasiya sisteminin qurulması nəzərdə tutulmuşdur. Bizim aidiyyəti təşkilatlara müraciətlərimizə cavab olaraq bildirilirdi ki, yaxın günlərdə işlərə başlanılacaqdır.

Əsassız xərclərə yol verilməməsi, su kanalizasiya sisteminin qurulması işinin ləngidilməməsi məqsədilə biz belə əlavə, müvəqqəti xarakterli xətlərin çəkilməsini məqsədə müvafiq saymadıq. Çünki yeni yaranmış bu şəhərin su şəbəkəsi kanalizasiya sistemi tam şəkildə qurulmalıdır. Lakin ilin bəlkə tarixdə görünməmiş bir şəkildə quraqlıq keçməsi, əhalinin içməli su ilə təmin olunmasında yaranan ciddi çətinlik bizə bu xətti çəkməyə vadar etdi. Hazırda bu hissə ilə yanaşı Dərəkənd kəndinə 750 metr uzunluqda su xətti çəkilir ki, yaxın vaxtlarda bu kəndə suyun verilməsinin şahidi olacağıq. Neçə illərdir ki, Təsi, Bədəlli, Sədəf kəndləri, artıq bir ilə yaxındır ki, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndləri bu su ilə təmin olunurlar əhali bunu çox böyük razılıq hissi ilə qarşılayır.

 

Qaz elektrik enerjisi təchizatının tələblərə cavab verməsi əhalini razı salır

 

Rayonda əhalinin təbii qazla təmin edilməsinin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Hazırda 19 yaşayış məntəqəsi təbii qazla təmin olunur.Yaşayış məntəqələrinin 63,3 faizi, əhalinin isə 86,1 faizi təbii qazdan istifadə edir. Poladlı, Yekəxana, Təsi Sədəfli kəndləri üçün daşıyıcı xətlər çəkilmişdir. Eyni zamanda Şıxzahırlı İlanlı kəndlərinə təbii qazın çəkilişinə başlanılmışdır. Bu kəndlərdə qazlaşdırma başa çatdıqdan sonra kəndlər üzrə 83 faiz, əhali üzrə isə 98,6 faiz təbii qazla təminat olacaqdır. Hazırda təbii qazdan çox səmərəli istifadə olunur, itkilər demək olar ki, aradan qaldırılmışdır. Ümumi itki 1,15 faiz təşkil edir ki, bu da respublika üzrə ən aşağı göstəricidir. Bu ötən ilin müvafiq dövrünə nisbətən 10 dəfə aşağıdır. 6 ayda əhaliyə satılmış təbii qazın dəyəri 99,5 faiz ödənilmişdir. Bu isə Qaz İstismar Sahəsi işçilərinin öz işlərinə məsuliyyətlə yanaşması, yuxarı təşkilatla əlaqələrin düzgün qurularaq vaxtında mal-materialla təmin olunmasının ən başlıcası yaxşı rəhbərliyin nəticəsidir.

Əhalinin fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə rayonun elektrik xətlərində transformator yarımstansiyalarında cari təmir işləri davam etdirilmişdir. Əhaliyə rabitə xidmətinin göstərilməsi sahəsində mühüm işlər görülür. Bu ilin may ayında həm Telekommunikasiya Qovşağının, həm "Azərpoçt" DM-nin Qobustan rayon filialı üçün yeni binaların açılışı keçirilib. Bu eyni zamanda əhaliyə keyfiyyətli xidmət üçün real şərait yaradır. 6 ayda internetlə təminat yüksəlmişdir, genişzolaqlı internetin montaj tutumu 46,6 faiz artırılmışdır. Rayonun Cəmcəmli kəndində yeni elektron Avtomat Telefon Stansiyası, Yekəxana kəndində isə poçt binası tikilib istifadəyə verilmişdir. Yaxın günlərdə Ərəbşalbaş kəndində yeni elektron Avtomat Telefon Stansiyasının tikintisinə başlanılacaqdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-7 avqust.-S.3.