QOBUSTAN: İNDİ GÖRƏNLƏR SEVİNİR

(əvvəli ötən sayımızda)

 

Əhalinin sosial müdafiəsi və məşğulluq məsələləri rayon rəhbərliyinin gündəlik nəzarətindədir.

Rayonda əhalinin sosial müdafiəsi məşğulluğu daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli fərmanına əsasən 01 yanvar 2014-cü il tarixdən beşdən çox uşağı olan qadınlara hər uşağa 30 manat məbləğində sosial müavinətin verilməsinə başlanılmışdır. Hazırda rayonda 31 ailənin 174 uşağına sosial müavinət verilir.

Ötən ilin sonunda bir ailəyə düşən sosial müavinət məbləğinin 123 manat olduğu halda, 01 iyul 2014-cü il tarixə 127,98 qəpik təşkil etmişdir. Birinci yarımildə 225 ailənin 1056 üzvünə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.Hazırda 495 ailənin 2325 üzvü ünvanlı dövlət sosial yardımı alır ki, bu da rayon üzrə ailələrin 5,72 faizini təşkil edir. Bu isə respublika üzrə orta göstəricidən 0,42 faiz yüksəkdir.Sosial müavinətlərin verilməsi ilə əlaqədar vətəndaşlardan rayon İcra hakimiyyətinə son alti ayda müraciət daxil olmamışdır.

Bu ilin may ayında Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə rayonda əmək yarmarkası keçirilmiş, yarmarkaya 15 müəssisədən 126 boş yeri çıxarılmışdır.Müraciət etmiş 65 nəfərə işə göndəriş verilmiş, onlardan 55 nəfəri münasib işlə təmin olunmuşlar.

Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişlənməsi ilə əlaqədar rayonun Ceyrankeçməz kəndi ərazisində "Polad Yol Yapı" şirkəti tərəfindən açılmış yerlərində 420 nəfər işlə təmin olunmuşdur ki, bunlardan 220 nəfəri Qobustan rayon sakinləridir.Ümumilikdə birinci yarımildə 1234 yeni yeri yaradılmışdır ki, 114-ü daimi yeridir.Bu da ötən ilin müvafiq dövründən 12 yeri çoxdur.

Qobustanda davam edən tikinti-quruculuq işləri hər yerdən görünür

 

Rayonda tikinti, quruculuq abadlıq işləri müvəffəqiyyətlə davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2 may 2013-cü il tarixli sərəncamına əsasən Qobustan Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının, 4 dekabr 2013-cü il tarixli sərəncamına əsasən isə 15 min nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən Təklə-Sündü-Xilmilli yolunun, Qobustan şəhərində yaradılacaq Kənd Təsərrüfatı Nazirliyinin yerli təşkilatının inzibati binasının tikintisi davam edir.

Qobustan şəhərində pentensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin, 100 yerlik uşaq bağçasının, Çuxanlı kəndində 180 şagird yerlik məktəbin tikintisi aparılır.Qobustan şəhərinin girişində şəhər göstəricisi tamamlanmışdır.

Heydər Əliyev prospektində, Bakı-Şamaxı yolunun şəhər ərazisindən keçən hissəsində abadlıq işləri davam etdirilir. Sahibkarlar tərəfindən Qobustan şəhərində 2 kafe 2 ticarət mərkəzi istifadəyə verilmişdir. Birinci yarımildə Qobustan İcra Hakimiyyətinin həyətindəki parkda müxtəlif yerlərdə 2000-ə yaxın ağac qızıl gül kolları əkilmişdir.

 

Aqrar rayonun özünəməxsusluğu

 

Məlum olduğu kimi Qobustan aqrar rayondur. Bu ilin məhsulu üçün çox böyük hazırlıq işləri görmüşdür. 29 min hektardan artıq sahədə taxıl əkilmişdir. Həmin əkinlərə güzəştli şərtlərlə 2000 ton gübrə verilmişdir. Rayonun ərazisində taxıl toxumçuluğu ilə məşğul olan 1 dövlət müəssisəsi, 1 Bölgə Təcrübə Stansiyası 12 özəl toxumçuluq təsərrüfatları fəaliyyət göstərir ki, bu da rayonda taxılçılıqla məşğul olan fiziki şəxslərin, özəl təsərrüfatların kondisiyalı taxıl toxumu ilə təmin edir. Bu məqsədlə 2013-2014-cü ilin payızlıq taxıl əkinində 2657 ha sahədə əkin aparılmışdır ki, bundan da 228 ha sahədə toxumluq dənli bitkilər, 15 ha sahədə təcrübə əkinləri, 24 ha sahədə çoxillik yem bitkisi olan xaşa, 20 ha sahədə yem, 24 ha sahədə ərzaq noxudu 5 ha sahədə vələmir əkilmiş sahələr təkcə Bölgə Təcrübə Stansiyasının payına düşür.Bütün sahələrdə aqrotexniki qulluq işləri görülmüş, alaq otlarına ziyanvericilərə qarşı mübarizə aparılmışdır.80 ha sahədə toxumluq növ alağı, 205 ha sahədə isə sort alağı edilmişdir.148 ha sahədə herik şumu çıxarılmışdır.247 ha əkin sahəsinə ammonium-nitrat yemləmə gübrəsi 50 ha sahəyə superfosfat gübrəsi səpilmişdir.

 

Yeni üzüm plantasiyaları

 

Rayonun ərazisində üzümlüklərin salınması ilə bağlı da müəyyən işlər görülmüşdür. Belə ki, Qobustan şəhəri üzrə 7 ha, Dərəkənd kəndində 2,5 ha, Cəmcəmli kəndində 12 ha, Təklə kəndində 9,5 ha, Bədəlli kəndində 7 ha, Cəyirli kəndində 4,8 ha Yekəxana kəndində 3 ha olmaqla rayon üzrə 45,8 ha üzüm bağları salınmışdır ki, bunun da müəyyən hissəsi artıq məhsuldardır.

Dəmyə torpaqlarında üzümlüklərin salınması ilə əlaqədar Respublika Prezidentinin müvafiq tapşırığına uyğun olaraq rayon ərazisində 2000 hektara yaxın üzümlüklərin salınması planlaşdırılmışdır.

 

Heyvandarlıq sahəsində artım davam edir

 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu heyvanların baş sayı 30146 başdan 30293 başa, inək camışların baş sayı 11287 başdan 11327 başa, qoyun keçilərin baş sayı 189255 başdan 189674 başa çatdırılmışdır ki, bu da ardıcıl olaraq 100.5%, 100.4% 100.2% təşkil etmişdir.

Rayonda Dövlət Proqramına uyğun olaraq mal-qaranın baş sayının məhsuldarlığının artırılmasında damazlıq işinin aparılmasının mühüm əhəmiyyət daşımasına diqqət artırılmışdır.

Bu məqsədlə rayonda mal-qaranın süni mayalandırılması üçün 5 süni mayalanma texniki fəaliyyət göstərir. Onlar 2014-cü ilin I yarımilində 228 baş inək düyələrin süni mayalanması işini aparmış, süni yolla mayalandırılmış inək düyələrdən 189 baş bala alınmışdır.

 

Qarşıda duran vəzifələr

 

Sonda RİH başçısı Adil Məmmədov demişdir:

- Bu ili möhtərəm Prezidentimiz "Sənaye ili" kimi müəyyənləşdirilməsi üçün Sərəncam vermiş, müvafiq tədbirlər planı təsdiq edilmişdir. Eyni zamanda cənab Prezident öz çıxışında xüsusi ilə qeyd etmişdir ki, hər bir rayonda sənaye zonaları yaradılmalıdır. Biz rayonumuzda müvafiq zonanın yaradılması üçün müvafiq tədbir görməliyik. Bir neçə gün öncə möhtərəm Prezidentimiz Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edərkən cənab Prezidentə Alternativ Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov tərəfindən "Qobustan 2020" pilot layihəsi təqdim edildi. Bildirildi ki, layihə "Ağıllı şəbəkə" adlanan sistem vasitəsi ilə reallaşacaq. "Ağıllı şəbəkə" enerji itkisini azaltmaqla yanaşı, həm istehlakçıya daha keyfiyyətli elektrik enerjisini ötürməyə imkan verəcək.Bu sistem Qobustanda hansısa bir ərazidə qəza baş verərsə, bütün rayonun deyil, məhz həmin ərazinin elektrik enerjisi ilə təchizatını dayandıracaq.Layihənin həyata keçməsi ilə Qobustan rayonu üzrə 212 km elektrik ötürücü xətlərinin qənaətinə imkan yaradılacaq 94 komplekt transformator məntəqəsi ixtisara düşəcək.Layihə həm müxtəlif ölçülü 11 su anbarının yaradılmasını nəzərdə tutur.Qobustanda günəş elektrik stansiyaları hesabına boru su kəmərləri vasitəsi ilə suvarılan torpaqların sahəsinin 5 min hektardan 50 min hektara çatdırılması nəzərdə tutulur.Layihə çərçivəsində burada bir sıra iqtisadi, kənd təsərrüfatı sənaye obyektlərinin inşası planlaşdırılır...

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-8 avqust.-S.3.