Masallı - cənubun gözəl rayonu

REGİON

 (əvvəli ötən sayımızda)

 

2014-cü il Masallı təhsili üçün çox əlamətdar bir hadisə ilə yadda qalmışdır. Belə ki, Masallıda dövlət Regional Kollecinin açılması ilə bağlı ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmış və bununla bağlı Sərəncam imzalanmışdır. İlkin mərhələdə 5 ixtisas üzrə fəaliyyət göstərəcək kollec yeni dərs ilində fəaliyyətə başlamışdır. Bu kollecdə müxtəlif ixtisaslı kadrların, o cümlədən turizm və kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması planlaşdırılır. Müəyyən səbəblərdən 75 tələbənin təhsil alması nəzərdə tutulan kollecin tam komplektləşdirilməsi mümkün olmasa da, bura əlavə qəbulun aparılması üçün əlaqədar təşkilatlarla davamlı aparılır.

Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada da 940 uşaq tərbiyə alır. Uşaq bağçalarının istər maddi texniki bazası, istər ərzaq təminatı, istərsə də burada çalışan tərbiyəçilərin təhsil səviyyəsi günün tələblərinə cavab vermir.

Son illərdə bu uşaq bağçalarının üçü əsaslı təmir olunmuşdur. Hazırda Masallı şəhərində 2 uşaq bağçasının tikintisi davam edir. Kolatan və Bədəlan kəndlərində isə yeni uşaq başçasının əsaslı təmiri başa çatdırılmışdır. Bundan əlavə qəzalı vəziyyətdə olan Sərçuvar və Həsənli kənd uşaq bağçaları üçün yeni binaların tikilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuş, məsələ nəzarətdə saxlanılır.

2014-cü ilin doqquz ayında rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.

Rayonda 2182 nəfər uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə 0.5 promil (11 nəfər) olmuşdur. Uşaq ölümü isə 2.3 promil (5 nəfər) olmuşdur.

Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmişdoqquz ay ərzində 2343 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.

Rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən fevral ayının 17-dən may ayının 1-nə kimi 18 yaşdan yuxarı 80512 nəfər rayon əhalisi tibbi müayinədən keçirilib. Bunlardan 17506 nəfəri müxtəlif yardımçı diaqnostik müayinələrdən keçirilib. Müayinələr zamanı 2714 nəfər xəstə aşkar edilmişdir. Bu xəstələrdən 2538 nəfər ambulator, 186 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Aşkar olunan xəstələrdən 161 nəfəri daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə müxtəlif profilli klinikalara göndərilmişdir.

Müayinələr zamanı aşkar olunan 22 nəfər göz xəstəsinin əməliyyata ehtiyacı olduğundan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialında cərrahi əməliyyat edilmişdir.

İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi də diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4451 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 539 vərəmli xəstə, 120 nəfər xroniki böyrək çatışmamazlığı, 748 nəfər onkoloji, 19 nəfər hemofiliyalı, 74 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.

Mərkəzi Rayon Xəstəxanası, Boradigah qəsəbə, Kalinovka kənd sahə xəstəxanlarının əsaslı təmiri və Qarğalıq kənd həkim məntəqəsinin tikintisi davam edir. Hesbat dövründə 4 yeni həkim məntəqəsinin- Güllütəpə, Şərəfə, Türkoba və Xırmandalı kənd həkim məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

Masallı Rayon GigienaEpidemiologiya Mərkəzi ikinci rüb ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmişyolxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 16 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 339 akt tərtib edilmiş, sanitar normaqaydalara əməl etməyən 41 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.

 

Sabahın qayğıları

 

Beləcə ilin sonunadək nəzərdə tutulmuşburada qeyd olunan layihələr, bütün məsələlər sürətlə həll edilməlidir. Xüsusi ilə də Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək səviyyədə həyata keçiriməsi, həmçinin rayon ərazisində qazlaşdırmanın və elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması həllini gözləyən vacib problemlərdəndir. Xətt təsərrüfatının yenilənməsi üçün bütün imkanlardan istifadə edilməlidir.

Kəndlərə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşıda duran əsas vəzifələrdəndir.

Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd-bərkitmə işlərinin aparılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcəkdir.

Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması, həmçinin Masallı şəhərində "Sənaye məhəlləsi"nin və "Yaşıl market"in salınması ilə bağlı layihələrin sürətlə reallaşdırılması diqqət mərkəzində olacaqdır.

 

Səxavət Məmmədli

 Ədalət.-2014.-20 dekabr.-S.4.