Elçin Hüseynbəylinin 4 kitabı nəşr olundu

Yazıçı Elçin Hüseynbəylinin dörd romanı təkrar nəşr olunub. Bunlar "Balıq adam”, "Aişə”, "Yovşan qağayılar” və "Metro vadisi” kitablarıdır. Yeni dizaynda, nəfis tərtib edilmiş kitablar "Qələm” nəşriyyatının məhsuludur. "Aişə” romanı "Tut ağacı boyuncaxalq mahnısının motivləri əsasında yazılıb. "Metro vadisi”ndəəllif oxucunu "qadın ərini, yoxsa qardaşını sevməlidir” dilemması qarşısında qoyur. "Balıq adam”ın qəhrəmanı hamı kimi olmadığı üçün sınağa çəkilir və nağıllardan fərqli olaraq əsərdə Şər qüvvələr qalib gəlir. "Yovşan qağayılar” əsərində insan qaddaşı qabardılır. 100 illik dövrü əhatə edən hadisələr bu günə qədər uzanır.

Romanlar axıcı təhkiyyəyə malikdir və modern üslubdadır. Kitabları supermarketlərdən və kitab mağazalarından sərfəli qiymətə əldə etmək olar.

"Qələm” nəşriyyatı yaxın zamanlardaəəllifin imza gününü planlaşdırır. E.Hüseynbəylinin seçmə hekayələrdən ibarət kitabı da adı çəkilən nəşriyyatda çapa hazırlanır.

Nəşriyyat son bir ildə E.Hüseynbəylinin doqquz kitabını (biri rus dilində) yayımlayıb.

ədalət.-2014.-14 fevral.-S.7.