Biləsuvarda təhsilin yeni mərhələsi

Ölkə Prezidenti İlham Əliyev "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" deməklə təhsilin önəmli inkişaf etdirilən sahə olduğunu vurğulamış, təhsil sistemi qarşısında bir sıra vəzifələr qoymuşdur. Bu məqsədlə Biləsuvar rayon təhsilində də bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon Təhsil Şöbəsi 2012-2013-cü tədris ilində 51 nəfər müəllimin ixtisasartırma kursundan, 3 nəfər müəllimin isə "Öyrədənlərin öyrədəni" kursundan keçməsini təmin etmişdir. 2012-2013-cü tədris ilində yeni təhsil proqramları - kurrikulumları - tətbiq olunan I-V siniflər üçün 19684 ədəd dərslik, müəllimlər üçün isə 1561 ədəd dərs vəsaiti məktəblərə paylanmışdır.

Məktəblərin infrastrukturunun yerləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz bu fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Biləsuvar rayonunda 4 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

Bütün bu məlumatlarla bərabər 2010-cu ildən rayon Təhsil Şöbəsinə rəhbərlik edən Balaqardaş İman oğlu Kazımov onu da əlavə elədi ki, Amankənd, Aşağı Cürəli, Xırmandalı kənd 2 saylı tam orta məktəblərində başlanmış yeni məktəb binasının tikintisini də əlavə etsək, təhsilə göstərilən qayğının mütəmadi xarakter aldığının şahidi olarıq.

"Ümumtəhsil məktəblərinin İnformasiya Kommunikasiya Texnologiyası ilə təminatı Proqramı"nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə və Təhsil Nazirlikləri ilə birgə təsdiq etdikləri siyahıya müvafiq olaraq keçən dərs ilində rayonun 36 məktəbində 315 dəst müasir kompüter avadanlıqları quraşdırılaraq şagirdlərin istifadəsinə verilmişdir.

Balaqardaşəllim bildirdi ki, ali məktəblərə qəbul sahəsində Biləsuvar rayonunun təhsil müəssisələri məzunlarının qazandıqları nailiyyətlər bütövlükdə ötən illərlə müqayisədə irəliyə doğru müsbət addımdır. 2013-cü ildə 436 nəfər biləsuvarlı gənc ali məktəblərə sənəd vermişdir. Bunlardan 178-i ölkənin müxtəlif ali məktəblərinə daxil olmuşdur. 32 nəfər 500-dən, 6 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Müqayisə üçün deyək ki, 5 il bundan əvvəl ali məktəblərə daxil olanların sayı 85 nəfər təşkil edirdisə, indi bu rəqəm 178 nəfərə çatmışdır. Müsbət mənada fərq 93 nəfərdir.

Təhsil Şöbəsinin müdiri vurğuladı ki, 2012-2013-cü tədris ili məzunlarının ali məktəblərə qəbulunda xüsusilə Nizami adına şəhər 1 saylı tam orta məktəbin məzunları fərqlənmişlər. 23 nəfər məzun ali məktəblərə qəbul olunmuşdur. Bunlardan 6 nəfəri 500, 3 nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişdir. Aşağı Cürəli, Bəydili, Əsgərabad, Xırmandalı 1 saylı, Yuxarı Cürəli, Nərimankənd, Səmədabad, Ağalıkənd kənd, internat tipli texniki fənlər təmayüllü məktəb-lisey, şəhər 2, 4 və 6 saylı tam orta məktəblərinin məzunları ali məktəblərə qəbul imtahanlarında fərqlənmişlər. Rayon Təhsil Şöbəsi bütün direktorlara bir vəzifə olaraq tapşırmışdır ki, ali məktəblərə qəbulun nəticələrini kollektivlərində geniş müzakirə etsinlər. Tədris prosesində yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görsünlər.

Mərkəzləşmiş qaydada keçirilən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şəhər 1 və 6, İsmətli, Çinarlı və Yuxarı Cürəli kənd tam və Aranlı kənd ümumi orta məktəbləri daha yaxşı nəticəyə nail olmuşlar. Keçən il dərs ilinin yekunlarına görə ən yüksək keyfiyyət faizi Nərimankənd tam, Texniki Təmayüllü Fənlər üzrə internat tipli məktəb-lisey, Yuxarı Cürəli kənd və şəhər 6 saylı tam orta məktəbləri göstərmişlər.

Balaqardaşəllim əlavə elədi ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Fərmanı əsasında yüzlərlə gənc mənəvi və maddi yardım, dəstək almışdır. Ölkədə olan gənc istedadlar öz potensial imkanlarını inkişaf etdirməyə nail olmuşlar. Bu tendensiya Prezident İlham Əliyev tərəfindən 17 aprel 2006-cı il tarixli Sərəncam ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların, gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" ölkənin istedadlı məktəblilərinin müəyyənləşdirilməsi və onlara öz istedadlarını inkişaf etdirmək üçün şəraitin yaradılmasını təmin edir. Bu proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün rayon Təhsil Şöbəsi geniş tədbirlər planı hazırlamış, məktəblərimizdə "Kiçik Akademiya"lar, olimpiada mərkəzləri yaradılmışdır.

Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov axırda inamla əlavə elədi ki, yaxın vaxtlarda rayonda təhsilin daha uğurlu nəticələrini əldə edəcəyik.

Müasir məktəblərimizdən biri - Xırmandalı kənd 2 saylı tam orta məktəb

Bir neçə il bundan qabaq ilk dəfə gördüyüm və az qala uçulub-dağılmaqda olan C.Məhərrəmov adına Xırmandalı kənd 2 saylı tam orta məktəbin indi başqa hüsnü var. 2012-ci ildə əsaslı təmir edilən bu məktəb indi ölkənin ən müasir məktəbləri ilə müqayisə edilə bilər. 2 mərtəbəli bu binada böyük idman zalından tutmuş zəngin kitabxana, 2 fizika, 2 kompüter, 1 biologiya, 1 kimya, 1 hərbi kabinetəllim və şagirdlərin ixtiyarındadır.

Məktəbin birinci mərtəbəsində respublikanın atributları ilə bərabər, insan hüquqlarını əks etdirən lövhələr, təlim-tərbiyəyə aid müdrik kəlamlar, elm və texnikanın yeniliklərini göstərən stendlər, guşələr diqqəti cəlb edir. Burda quraşdırılmış kameralar vasitəsi ilə bütün məktəbə nəzarət etmək mümkündür.

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2014.-18 fevral.-S.7.