Biləsuvarda təhsilin yeni mərhələsi

(əvvəli ötən sayımızda)

805 şagirdin təlim-tərbiyəsi ilə 91 nəfər müəllimin məşğul olduğu məktəbə ömrünü pedaqogikaya həsr edən əməkdar müəllim Firudin Balaxan oğlu Hüseynov rəhbərlik edir. Onu tanıdığım müddətdə məktəbə ayırdığı vaxt və qayğını nə iləsə əvəz etməyi təsəvvürə gətirməyən bir ziyalı kimi görmüşəm. Həmişə olduğu kimi ümumi söhbətdən sonra yenə məktəbi haqqında qürurla danışır:

- Sənin də çox bəyəndiyin 7 şəhid məzunumuzun abidə kompleksinin qarşısından keçib məktəbə daxil olanda həmişə onların sual dolu nəzərlərini kürəyimdə hiss etmişəm. Elə bil onların hər biri, məktəbin adını daşıdığı Ceyhun Məhərrəmov da baxmayaraq ki, birinci mərtəbədə böyük şəklini asmışıq, hər birimizdən soruşur ki, vətən torpağının azad olunması üçün necə çalışırsınız? Əlbəttə, biz əllimlər də, şagirdlərimiz də bu suala öz elmimizlə cavab verməliyik. Xırmandalı kənd 2 saylı tam orta məktəbin uğurları buna əyani sübutdur. Ötən il 12 nəfər məzunumuz ölkənin müxtəlif ali məktəblərinə, 10 nəfər məzunumuz isə orta-ixtisas əssisələrinə daxil olublar. Kollektivimiz böyük olduğu qədər də nizam-intizamlı, müasir tələblərə cavab verən kollektivdir. Açıq dərslərin təşkilinə xüsusi fikir veririk. Çalışırıq ki, müasir tədris texnologiyalarından daha çox istifadə edək. İndi məktəbimizin I-VI siniflərində dərslər kurrikulumların tətbiqi ilə keçirilir. Məktəbimizin bütün avadanlıqları təzə və müasirdir. İndi məktəbimizdə 23 kompüter, 4 proyektor var. 34 sinif otağında qışda belə çox normal istilik yaradırıq. Burdakı səliqə-səhmanı qorumaq da xeyli diqqət tələb edir. Məktəbin Ülviyyə Əhmədova, Arzu Kazımova, Günel Mirzəyeva, Samirə Kazımova, Eldəniz Hacıyev kimi qabaqcıl əllimləri var. Deyəsən nəsə dedim axı...

Həmişə olduğu kimi yenə səmimi və diqqətcil olan Firudin əllimlə sağollaşıram.

Əfsər əllimin məktəbi

Biləsuvar rayonunda Bəydili kənd tam orta məktəbinə hamı belə deyir. 638 nəfər şagirdin təhsil aldığı bu məktəbə rayon sakinlərinin belə deməsinə səbəb Əfsər Həsənağa oğlu Haşımovun 7 il rayon Təhsil Şöbəsinə rəhbərlik etməsidir. Məktəbə xüsusi ömür payı ayıran Əfsər əllim 1973-cü ildən bu peşəyə bağlanıb və indi də bununla fəxr edir:

- 1983-cü ildən istifadəyə verilən bu məktəbin rayon təhsilinə öz töfhələri var.

Əvvəla onu deyim ki, məktəbimizin dərsə davamiyyəti həmişə yüksək olub. İstifadə etdiyimiz 31 sinif otağı daim şagirdlərlə, əllimlərlə qaynayıb-qarışıb. Baxmayaraq ki, məktəbimizdə ciddi təmirə ehtiyac var və bu yay bu həyata keçiriləcək, ancaq bir an belə tədrisdən geridə qalmamışıq. 2013-cü ildə 8 nəfər məzunumuz ali, 12 nəfər məzunumuz isə orta-ixtisas məktəblərində oxumaq hüququ qazanıblar. 2013-cü ildə Nahid Saməddin oğlu Abbaslı 626 bal toplayaraq Azərbaycan Dövlət Polis Akademiyasına qəbul olunub. Ondan bir il əvvəl isə daha bir məzunumuz yüksək balla Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına vəsiqə qazanıb. Qısası, çalışırıq ki, gələcəyimiz olan gənclərə elmin bütün sirlərini öyrədək.

Əfsər əllimi qayğıları ilə baş-başa buraxıb sağollaşıram.

Rayonun ən böyük tədris əssisəsi

Biləsuvar şəhərindəki Ə.Eynullayev adına 4 saylı tam orta məktəb rayonda ən böyük tədris əssisəsidir. 2008-ci ildə əsaslı təmir edilən 3 mərtəbəli bu binada 55 sinif otağı, 3 fənn kabineti, 1 idman zalı, 1 yeməkxana, 1 klub, 1 kitabxana, vergi biliklərinin təbliği üzrə metodiki mərkəz, 30 kompüter, 3 proyektor var. Ötən il məktəbin 24 şagirdi ali məktəblərə, 16 şagirdi isə orta-ixtisas məktəblərinə qəbul olunub. Son 5 ildə bu məktəbin 16 nəfər məzunu ali məktəblərə qəbul zamanı 600-dən çox bal toplayıb.

2012-ci ildə "Ən yaxşı ümumtəhsil əssisəsi" adına layiq görülmüş bu məktəbə 2002-ci ildən "Tərəqqi" medallı Əli Əliyev başçılıq edir. Əli əllim bildirdi ki, 136 nəfər əllim kollektivi olan məktəbin bütün əllimləri İnformasiya Kommunikasiya Texnologiyaları kursların keçiblər və onların hamısı müasir təlim metodlarını yaxşı mənimsəyiblər. Ayrıca işıq və istilik sistemi olan məktəbimizdə təkcə elmi biliklər öyrədilmir, həm də irimiqyaslı tədbirlər keçirilir. Ötən il məktəb uşaq hüquqları üzrə pilləli tədris kursunda fəal iştirak etmişlər.

Ombudsman Elmira Süleymanova burda görüş keçirmişdir. Şagird və əllimləri maraqlandıran bir sıra sullara cavab verən Elmira xanım bu görüşdən çox məmnun qalmışdır. Qonaq məktəbə kompüter dəsti bağışlamağı da unutmamışdır. Söhbət etdiyim digər direktorlar kimi Əli əllim də Biləsuvarda təhsilin inkişafında yeni mərhələnin başlandığını qeyd etdi. Əminliklə vurğuladı ki, bu mərhələnin həyata keçirilməsi nəticəsində şagirdlərimiz ölkənin daha nüfuzlu ali məktəblərinə daxil olmaqla bərabər, cəmiyyətin daha sağlam fərdləri kimi ölkə iqtisadiyyatına, ictimai-siyasi həyatına öz töfhələrini verəcəklər.

Səxavət Məmmədli

Ədalət.-2014.-19 fevral.-S.7.