Niderlandda Azərbaycandan bəhs edən kitab çap olundu

 

"Diasporanlayışı bizlər üçün yeni olsa da hazırda dünyanın müxtəlif ölkələrində çoxsaylı diaspor təşkilatlarımız fəaliyyət göstərir. Bunlardan biri Niderlanddakı Azərbaycan Türk Kültür dərnəyidir. Dərnək yarandığı gündən Azərbaycanın adını uca tutmağa çalışıb. Fəaliyyətdə olduğu ilk illərdə, hələ Azərbaycanın çətin vaxtlarında təşkilat üzvləri əllərindən gəldiyi qədər Azərbaycana yardım etmişlər. İllərdən bəridir Azərbaycanın haqq səsinin Niderlandda eşidilməsi üçün bacardıqlarını edirlər. Təşkilat tərəfindən Niderlandın Den Haaq şəhərində Xocalı soyqrımı abidəsinin ucaldılmasını qeyd etmək buna sübut hesab oluna bilər. Həmçinin milli adət-ənənələrimizin qorunması istiqamətində atılmış addımları da unutmaq olmaz. Belə ki, təşkilat hər il Niderlanda Novruz bayramımızın keçrilməsini yüksək səviiyədə təşkil edir ki, bu da öz növbəsində insanlarımızın bir araya gəlməsinə, yeni tanışlıqların yaranmasına da bir vasitə olur.

Azərbaycan Türk Kültür Dərnəyi 1994 – ildən fəaliyyət göstərir bu yaxınlarda ötən illər ərzindəki görülmüş işləri özündə əks etdirən "20 illik sevdaAzərbaycanadlı kitab işıq üzü görüb. Kitabda mənim yuxarıda qeyd etdiklərimlə bərabər təşkilatın ötən illərdəki fəaliyyətinə nəzər salınıb. Təşkilatın başqanı İlhan Aşkının dediyinə görə bu günlərdə kitabın təqdim etmə mərasimi olacaq.

 

Ədalət.-2014.-21 fevral.-S.5.