Uğurlar möhkəm təməl üzərində qurulur

 

Ölkə başçısı Nazirlər Kabinetinin iclasında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyətindən danışarkən bildirmişdir: "Bu il üçüncü regional inkişaf proqramı qəbul edildi. Proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni yeri açılmışdır ki, onlardan 52 mini daimi yerləridir. Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim əsas infrastruktursosial məsələlərimiz öz həllini tapmalıdır".

Respublikamızın bölgələrində olduğu kimi, Biləsuvarda da son illər, eləcə də 2014-cü ilin birinci yarısında əldə olunmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.

2014-cü ilin birinci yarımilində yerli gəlirlər 8,2 milyon manatya 108 faiz yerinə yetirilmişdir. Yerli xərclər isə 7,6 milyon manat olmuşya 104 faiz icra edilmişdir.

Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 116,2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 45,1 milyon, tikintidə 39,8 milyon, ticarətdə 24,8 milyon, sənayedə 5,0 milyon, nəqliyyatda 1,2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Cari ilin birinci yarısında əsas kapitala yönələn investisiyalar 40,3 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 70,9 milyon manat təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1206 manat, orta aylıq əməkhaqqı isə 270 manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, altı ay ərzində rayonda 45 fərdi ev tikilmişdir.

Ölkəmizdə 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar rayonda bu istiqamətdə bir sıra işlər görülmüşdür. Bu məqsədlə rayonda müasir sənaye məhəllələrinin yaradılması üçün 10 hektar ərazi ayrılmışdır. Birinci yarımildə rayonda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 58 sahibkarlıq subyektinə 600 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 660 yeni yerləri açılmışdır.

2014-cü ilin birinci yarımilində ailə üzvlərinin sayı 7712 nəfər olmaqla 1517 ailə ünvanlı Dövlət sosial yardımı almışdır. Rayon hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləği 120 manat təşkil etmişdir.

 

Rayonun abadlıq qayğıları

 

2014-cü ilin birinci yarımilində Biləsuvar rayonu ərazisində tikinti və abadlıq sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, 1176 şagird yerlik Ağalıkənd kənd və 220 şagird yerlik Amankənd kənd tam orta məktəbləri tikilib istifadəyə verilmiş, 640 şagird yerlik Xırmandalı kənd 2 saylı tam orta məktəbinin, 450 şagird yerlik Aşağı Cürəli kənd tam orta məktəbinin tikintilərində son tamamlama işləri aparılır.

Biləsuvar rayon Toxumçuluq idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının, C.Cabbarlı küçəsində 100 yerlik, M.A.İbrahimov küçəsində 200 yerlik uşaq bağçalarının, rayonun Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri davam etdirilmişdir. Şəhərin Heydər Əliyev küçəsində 2013-cü ildə görülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi, hasarların tikintisi, kommersiya obyektlərinin aqlay daşları ilə üzlənməsi, bordürlərin düzülməsi, səkilərə üzlük plitələrin döşənməsi və işıqlandırma sisteminin quraşdırılması işləri davam etdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Son illər rayonumuzda 11 yeni məktəb tikilmiş, 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin "Biləsuvar rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" 07 sentyabr 2013-cü il tarixli Sərəncamı rayon əhalisi və çoxsaylı tibb işçiləri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. Hazırda Mərkəzi Xəstəxanada əsaslı təmir işləri davam etdirilir.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

Ədalət.-2014.-18 iyul.-S.3.