TƏBİƏT DƏ DAŞKƏSƏNLİLƏRİ QORXUTMUR

 

Ötən ilin olan Novruz günlərində daşkəsənlilər daha bir sevinc hissi də yaşayırdılar. Təbii ki, bu sevinc onların halal haqqı olmaqla yanaşı, həm də bir qürur hissləri idi. Bu özünəməxsus qürur uzun bir yol keçib gəlmişdi. O yolun adı hər gün yeniləşən, hər gün gözəlləşən və 65 yaşını qeyd edən Daşkəsən idi. Novruz bayramını böyük təntənə, sevinc, xoş xatirələrlə qeyd edən daşkəsənlilər onlarla birlikdə xoş anları yaşayan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyevin imzaladığı sərəncama uyğun olaraq böyük tədbirlər planının iştirakçısına çevrildilər.

Həmin gün rayonun Heydər Əliyev meydanında böyük bir el şənliyi, möhtəşəm təntənə vardı. İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bahar qız və Dədə Qorqudun müşayiəti ilə meydanda bayram münasibətilə rayonun kənd təssərrüfatı və sənaye məhsullarının, eləcə də yerli sənətkarları və məktəblilərin hazırladıqları sərgini gözdən keçirmiş, idmançıların nümayiş etdirdikləri nömrələrə tamaşa edənlərlə birlikdə yandırılan bayram tonqalının ətrafında sakinlərlə sönbət etmiş, bayramlaşmışdı.

Bu gün bütün sahələr üzrə aparılan uğurlu işlər biz daşkəsənliləri də ürəkdən sevindirir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Daşkəsən rayonunda da çox böyük nailiyyətlər qazanılmış, elmi əsaslarla Yeni Daşkəsən layihəsi işlənib hazırlanmış, çoxsaylı Dövlət Proqramlarının layihələri ölkə rəhbərimizin tapşırıq və tövsiyələrinə əsasən davamlı olaraq yerinə yetirilməkdədir.

Xatırlatmaq yerinə düşər ki, 2013-cü ilin mart ayının 16-da - Daşkəsən şəhərinin yaradılmasının 65 illiyi tamam olur. Daşkəsən şəhəri ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində respublikanın dağ-mədən metallurgiya sənayesi üzrə qabaqcıl sənaye şəhərlərindən birinə çevrilmiş, yüksək göstəriciləri ilə keçmiş sovetlər ittifaqında Azərbaycanın Uralı kimi məşhurlaşmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qurulub yaradılan Yeni Daşkəsən təbii gözəllikləri ilə inkişaf edib çiçəklənərək bu gün kiçik İsveçrəyə bənzəyir.

Çox hörmətli Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə Daşkəsəndə olarkən əhali ilə görüşündə çox böyük tarixi əhəmiyyətli fikirlər söyləyərkən demişdir: "Rayonunuzun çox böyük imkanları, potensialı var. Burada çox gözəl yerlər var, təbiət çox gözəldir, çox zəngindir. Əminəm ki, bu yol tikiləndən sonra burada turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Rayonun infrastrukturuna sərmayələr qoyulacaq və beləliklə, Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir. Daşkəsəndə tikinti-quruculuq, abadlıq işləri aparılır və Daşkəsənin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm".

Xatırladaq ki, rayonda görülən işlər göz qabağındadır. Yəni ölkə başçısının rəhbərliyi altında Yeni Daşkəsən layihəsinin uğurla həyata keçirilməkdədi. Bu gün "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti, Əhəng daşı, mərmər və qranit istehsal edən karxana və sexlər fəaliyyətə başlamış, yeni yerləri açılmış, unikal Çovdar qızıl emalı zavodunun tikintisi başa çatdırılmışdır.

Hazırda həmin zavodda istehsalla bağlı bütün işlər başa çatdırılıb. Zavod daşkəsənlilərin sosial şəraitinin maddi durumunu yaxşılaşdırması üçün əlavə bir yeri kimi yüksək qiymətləndirilir. Digər tərəfdən bu zavod Daşkəsənin rayon hüdudlarından kənarda da nüfuzunun artmasında öz sözünü deyir. Daşkəsəndə aparılan çox geniş əhatəli quruculuq işləri fonunda sərhəd bölgəsində yerləşən dağlıq, çətin iqlim şəraiti olan rayonumuzda 02 aprel 2012-ci il tarixdə Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisinə görə və 09 yanvar 2013-cü il tarixdə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Prezidentin ehtiyat fondundan verilən vəsaitə, çoxsaylı sosial obyektlərin, kənd yollarının, o cümlədən, səhiyyə, təhsil, mədəniyyət və uşaq bağçalarının, yeni inzibati binaların tikilməsinə, maliyyə vəsaitinin ayrılması barədə sərəncamlar vermişdi.

Bu gün ölkə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi, eləcə də rayonda irimiqyaslı tikinti-quruculuq, abadlıq, təmir-bərpa işləri uğurla davam etdirilir. Təəssüf ki, bu cür gözəlləşən, yenləşən rayonun başı üzərindən təbii fəlakətlər əskiki olmur. Güclü qasırğalar, leysanlar və digər təbiət hadisələri öz şıltaqlığını göstərir. Ancaq tez-tez baş verən və rayona kifayət qədər böyük maddi ziyanlar suran bu təbiət hadisələri daşkəsənliləri qorxutmur. Onlar ruhdan düşmür, daha böyük inam və həvəslə yenidən dağıntıları bərpa edironu daha müasir bir görkəmdə ortaya qoyurlar. Üstəlik onlar bu inama, qazanılan uğurlara və bütövlükdə əldə edilən nailiyyətlərə görə şəxsən ölkə rəhbərinə minnətdardardılar və bunu öz böyük etiramlarını əməli işləri ilə etiraf edirlər.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-28 iyun.-S.4.