Zeytun bağları” – Azərbaycanın unikal sərvəti

 

Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və s.) Həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir. Sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş becərilir.

Həmişəyaşıl bitki olan zeytun Abşerona təbii gözəllik, sərinlik verməklə yanaşı, bu qiymətli nemətdən alınan ərzaq məhsulları (yağ, şoraba, çoxçeşidli konservlər və s.) yüksək keyfiyyətlərə malikdir.

Azərbaycanda 30 - 40 il bundan əvvəl zeytunun qiymətli bitki olduğunu az adam bilirdi. O, vaxt zeytun ağacının Abşeronda da çox az idi. İndi vəziyyət tamamilə başqadır. Hazırda zeytunu Abşeronun hər güşəsində görmək olar. İndi onu çoxları tanıyır və onun meyvələrinin müalicə əhəmiyyətini bilənlər də az deyildir.

Respublikamızda Son 25 - 30 ildə zeytun çox geniş becərilir. Abşeronda becərilən zeytun çox gözəl nəticə verir. Zığda salınmış plantasiya buna canlı sübutdur.

Ümumiyyətlə Azərbaycanda, xüsusən dəAbşeronyarımadasındazeytunçuluğun inkişafına planlı şəkildə 1900-cü ildəİspaniyadanzeytunsortlarının gətirilməsi ilə başlanılıb

Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Təsadüfi deyildir ki, qiymətli ərzaq olan zeytunun bağçılığın inkişafında yüksək səmərəsi nəzərə alınaraq ilk zeytunçuluq təsərrüfatı məhz Abşeronda - Zığ kəndi ərazisində yaradılmış 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod tikilib işə salınmışdır. Zeytun ağacları həmçinin Bərdə, Ağdam, Ağcabədi Füzulidə tsarixən zeytun ağacları olub. Bu gün Bərdənin mərkəzində yaşı min illərlə ölçülən zeytun ağacları var. Tarixən yurdumuzda gedən müharibələr nəticəsində bu ağaclar qırılıb, məhv edilib.

İlk vaxtlar zeytun meyvəsindən müxtəlif çeşidli şorabalar hazırlanırdı. Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqdan sonra zeytun bağlarının sahəsi sürətlə genişləndirilmiş, ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılmış, həmçinin rayonun Bilgəh, Maştağa subtropik bitkilər, Buzovna tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınmışdır. Zeytun digər ağac kol bitkiləri ilə birlikdə yaşıllıqların salınmasında da geniş istifadə olunmuş, o cümlədən Bakı Sumqayıt şəhərlərinin küçə meydançalarında, park xiyabanlarında minlərlə zeytun ağacı əkilmişdir.

Zeytun uzunömürlü quraqlığa davamlığı ilə digər meyvə ağaclarından seçilir. Bu xüsusiyyətini nəzərə alaraq Abşeron yarımadasında ötən əsrin 90-cı illərinin əvvəllərində zeytun bağlarının ümumi sahəsi minlərlə hektara çatdırılmışdı ki, bu bağların da çoxu məhsula düşmüşdü. Belə ki, Azərbaycan hökumətinin 1 aprel 1986-cı il tarixli 120 saylı qərarında Abşeronda zeytun sahələrinin genişləndirilib 1990-cı ilə kimi 4600 hektara çatdırılması, respublikanın Şirvan Qarabağ düzlərində yayılması nəzərdə tutulmuşdu.

Son illər «Bakı Yağ zavodu»nda «Zeytun bağları» «Final» ticarət nişanı ilə zeytun yağı istehsal olunur. Gigiyenik normalara əməl olunaraq qabaqcıl texnologiyanın tətbiqi ilə istehsal olunan zeytun yağı 250, 500 750 qram kütlədə 4 qranlı şüşələrdə Riviera tipli zeytun yağı kimiistehlakçılara təqdim olunur.

«Bakı Yağ zavodu»nda istehsal olunan «Zeytun bağları», «Final» ticarət nişanı Riviera tipli zeytun yağının rəngi açıq yaşılımtıl çalarlı sarıdır, şəffaf parlaqdır, dadı təmiz neytraldır, mikrobioloji zərərsizlik göstəriciləri Tibbi Bioloji Təlimata uyğundur. Nəmlik uçucu maddələrin miqdarı- 0-dır (standartda 0,2%-dən çox olmaması göstərilir); xalis yağın miqdarı-100%-dir; sərbəst yağ turşularının miqdarı-0,29%-dir (standart göstərici əla sort üçün 0,75%-dir); peroksid ədədi-2,8-dir (standartına görə 15-dən çox olmaz). Xolesterinsizdir. Zeytun yağının tərkibində 72 mq/100 qram E vitamini (tokoferol) vardır ki, bunun da 90%-ni daha fəal olanα-tokoferol təşkil edir. 100 qram zeytun yağı 899 kkal enerji verir.

Azərsun Holding şirkətlər qrupu Azərbaycanda zeytunçuluğun inkişafında ən vacib töhfələrini vermiş şirkətlərindən sayılır. "Azərsun Holdinq”in "Zeytun bağları" markasının təşəbbüsü dəstəyi ilə Nizami rayonunda geniş çoxsahəli sosial aksiyaya keçirilmiş, Azərbaycanın təbii sərvəti olan zeytunun ölkə hüdudlarından kənarda da geniş təbliğ etmiş getdikcə böyük şöhrət qazanmışdır. Keçirilən aksiyalarda həmçinin iməcliklər keçirilərək, müəyyən miqdarda zeytun yığılmış ərzailərdə yerləşən Azərsun Holdingin bazalarına göndərilmişdir. Rayon İcra Hakimiyyətinin, Əmək Əhalinin Sosial Müdafiəsi Mərkəzi Nizami rayon şöbəsinin, Rayon Sosial Müdafiə Fondunun, YAP Nizami rayon təşkilatının, "Heydər bağı" Park-bulvarının həmkarlar təşkilarlarının üzvləri iməclikdə fəal iştirak etdi. Aksiya çərçivəsində yığılan zeytun şirkətlər qrupunun Dərnəgül şossesində yerləşən qəbul məntəqəsinə təhvil veriləcək. Sonra isə "Azərsun Holdinq”in Zeytun Emalı Fabrikində emal olunacaq. Tədbir çərçivəsində Zeytun bağları yağından istifadə olunan salatlar tədbir iştirakçılarına təqdim olundu. "Azərsun Holdinq”in istehsalı olan "Zeytun bağlarımarkası milli sərvətimiz olan Abşeron zeytununun şöhrətini dünyaya yayır.

Zeytun yağı ürək qan-damar xəstəliklərinə səbəb olan xolesterini azaldaraq damarlarda tıxanmaların qarşısını alır. Zeytun yağının üstün cəhəti ondan ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız orqanizm üçün zərərli olan aşağı sıxlıqlı xolesterinin miqdarını azaldır, lakin insan orqanizmi üçün lazım olan yüksək sıxlıqlı xolesterinə toxunmur. Mədə turşuluğunu azaldaraq qastritə mədə yarasına qarşı qoruyucu rol oynayır, öd kisəsi daşının əriməsinə xömək edir, tərkibi antioksidləşdiricilərlə zəngin olduğundan uşaqlarda yaşlılarda beyin sinir sisteminin inkişafı yeniləşməsində mühüm rol oynayır, orqanizmdə 99-100% mənimsənilir. Zeytun yağından soyuq qəlyanaltıların qızartmaların hazırlanmasında istifadə olunması sağlamlıq üçün əhəmiyyətlidir. Eyni zamanda zeytun yağından unlu şirniyyat məmulatının (keks, yağlı biskvit, peçenye digər məhsulların) hazırlanmasında istifadə olunması məsləhət görülür. Çünki bu yağ məmulata xüsusi ləzzət verməklə yanaşı onun qurumasının qarşısını alır. Zeytun yağı həzm, qaraciyər öd kisəsinin pozğunluğu olan insanlara yaxşı təsir göstərir. Belə xəstələrə səhər acqarnına bir qaşıq zeytun yağı içmək məsləhət görülür. Zeytun yağından aterosklerozun profilaktikasında onun mürəkkəb formalarının qarşısının alınmasında istifadə etmək olar. Zeytun yağı dərinin qoruma funksiyasını gücləndirir, tonusu artırır, qocalmanı ləngidir orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsini təmin etməklə sümük toxumasının artımına möhkəmlənməsinə kömək edir.

Azərbnaycanda zeytun ağaclarına əhəmiyyət verilməməsi onların qırılması ilə nəticələnir. Təəsüflə qeyd etməliyik ki, hələ 90-cı illərin əvvəlləri respublikamızda, xüsusilə Abşeron yarımadası ərazisində zeytun ağacları qırılmağa başlamışdı.

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb.

Nazirliyin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini Rizvan Mustafayevin sözlərinə görə, hazırda 2000 hektara yaxın zeytun bağları var ki, həmin bağların hamısı özəlləşdirilib. Zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. "Abşeronda zeytun bağlarının salınması üçün müəyyən investisiya qoyulmalıdır. Bu işə külli miqdarda sərmayə yatırılmalıdır. Zeytun təkcə yağı, turşuya qoyulmuş halda istifadədən ibarət deyil. Zeytun ağacları həm də, külək eroziyasının qarşısının alınmasında effektlidir”. Məhz bu sahəyə hökümətin diqqəti və qayğısı sayəsində mütəxəssislər zeytun istehsalının artacağını proqnozlaşdırır. Belə ki, ötən il 1335 ton məhsul yığılmışdısa, bu il 1500 ton zeytun istehsal ediləcəyi gözlənilir. Təbii ki, hava şəraiti imkan versə.

Bununla bərəbar arxada qoyduğumuz illərdə, xüsusilə də Azərbaycanda 2010-cu il ekologiya ili qeyd olunması ilində, həmçinin Beynəlxalq meşələr ilində, Ekologiya və Təbii Sərvətlər NazirliyiBMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi iməcilikdə 5 hektar sahədə 4 min ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min kubmetr torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə zeytun ağacları əkilib.

Rüfət Soltan

Yazı Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir

 

Ədalət.-2014.-8 mart.-S.6.