DÜNƏNKİ YEVLAX KEÇMİŞDƏ QALDI

Bugünkü Yevlax sabaha addımlayır

 

Hər dəfə bölgələrə səfər edəndə baş verən dəyişiklikləri yaddaşıma köçürmək müqayisələr aparmaq istəyirik. Çalışıram ki, şəhər kəndlərimizdə, hətta ən ucqar yaşayış məskənlərimizdə belə baş verən yenilikləri gözdən qaçırmayaq. Bu da sadəcə, bir peşə marağıdı. Yəni özümdən asılı olmadan gördüyüm hər uğurlu yaxud diqqətimizi çəkən hər hansı bir nöqsan yaddaşıma yazılır. Etiraf edək ki, son dövrlərdə bölgələrimizi gəzərkən müşahidə etdiyim ən başlıca məqam yeniliklər olub. Yəni istənilən bir ünvana bir-iki ay sonra təkrar qaydanda mütləq yeni ilə isə qarşılaşıram. Deməli, ölkə prezidenti cənab İlham Əliyevin regionların inkişafına dair imzaladığı Dövlət Proqramı çox yüksək bir templə həyata keçirilir - işlər görülür, həyat davam edir.

Bu dəfə yolumuz Yevlaxa düşmüşdü. Məqsədimiz bu bölgədə baş verənləri görmək, aparılan quruculuq işləri ilə yerində tanış olmaq idi. Elə burdaca etiraf edək ki, Yevlax şəhərini görəndə tanımadıq. İnana bilmədik ki, bu, bir neçə il öncə gördüyümüz həmin o ünvan - həmin o Yevlaxdı!

Gəlin etiraf edək ki, həm sovet dönəmində, həm müstəqilliyimiz ilk önilliyində Yevlaxa səfər etmək, burdakı mənzərəni görmək ürək ağrıdırdı. Adamlar yalnız təsərrüfat uğurları ilə sevinən bu şəhərdə tikinti-abadlığın, quruculuğun olduğunu unutmuşdular. Yevlax bir növü unudulmuş diyara çevrilmişdi. Bərbad küçələr, yollar, sosial problemlərin bolluğu bu şəhəri öz caynaqlarında sıxıb acınacaqlı bir duruma salmışdı. Ancaq ölkə rəhbərliyinin qətiyyətli addımları, qəbul edilən inkişaf proqramı, həmçinin düzgün kadr seçimi Yevlaxın da üzünə qapıları açdı. Bu şəhər yavaş-yavaş ölkənin ümumi axarına qoşulub tərəqqi inkişaf yoluna çıxdı. İndi bu şəhərdən keçib gedən hər kəs ətrafa dörd gözlə baxır, keçmişdən nişanə axtarır. Amma bizə elə gəlir ki, bu, mənasız bir cəhddi. Çünki keçmişdən bu şəhərdə qalan yalnız onun adıdı. Həmin ad isə indi daha mənalı, daha möhtəşəm səslənir.

 

Yevlax bu gün

 

Şəhəri gəzirik. Abad küçələr, səkilər, səliqə ilə əkilmiş ağaclar, müasir işıq dirəkləri, binaların fasadları, parklar, istirahət guşələri... bir sözlə, hər şey yenidi. Bütün bunların hamısı adamı ayaq saxlamağa, ətrafa bir qürur hissi ilə, bir sevgi ilə baxmağa məcbur edir. qədər daxilən müxalif olsan da, gördüklərini qəbul etməyə özün hiss etmədən ürəyin hökm edir. həmin ürəyin səsi səni faktlarla üz-üzə qoyur. Yerli nümayəndələrlə, şəhər sakinləriylə həm söhbət olursan. Necə deyərlər, gözlərin görəni qulaqlarının eşitdikləri təsdiqləyir. Bizə aydın olur ki, həqiqətən indi gəzib-dolaşdığımız, istirahət parkında əyləşib çay içdiyimiz bu şəhər Yevlax şəhəridi. Elə həmin o ilk auranın təəssüratı altında əldə etdiyimiz faktlara istinad edirik. Nəticədə bizə bəlli olur ki, təkcə bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə şəhər rayon əraziisnə kapital qoyuluşu 3,4 milyon manat artmışdı. Bunu da faizə çevirəndə onda həmin rəqəm 16,5 fazi təşkil edir. Deməli, rüblər arasındakı müqayisə özü-özlüyündə Yevlaxdakı inkişafın sürətini göstərir.

Bu gün Yevlaxda yeni inzibati binaların, yaşayış, məktəb bağça binalarının tikintisi sürətlə aparılır. Təkcə Kür çayı üzərində tikilən beşulduzlu otelin, İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İdarəsinin, Təhsil şöbəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, Qaz İdarəsinin, Bakı-Tbilisi-Ceyhan İnzibati tədris korpusunun, Azərbaycan Beynəlxalq Bankının Yevlax filialının diqqətçəkən binaları şəhərə xüsusi bir yaraşıq verir. Təbii ki, bu qurumlarla yanaşı, şəhər sakinlərinin daha çox ehtiyac duyduğu məktəb uşaq bağçasının, yaşayış binalarının tikintisi Yevlaxda xüsusi diqqət mərkəzində saxlanılır. Buradaca onu xatırlatmaq yerinə düşər ki, qısa bir müddətdə Yevlax şəhərində 100 yerlik ikimərtəbəli uşaq bağçası, Əcəmi Yevlax Bucaq kəndində 180 şagird yerlik orta məktəb binasının tikintisi sürətlə aparılır.

Təkcə tikinti sahəsinə görülən işlərə rəqəmlərin gözü ilə nəzər salanda, onda məlum olur ki, bu gün Yevlaxda 1176 şagird yerlik tam orta məktəb binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədi. Elə tikintidən söz düşmüşkən onu da qeyd etmək lazımdır ki, rayonda həmçinin cari ilin birinci rübündə Bakı-Ələt-Qazax avtomobil yolunun 297 km ayrılan Səmədabad-Qaraməmmədli-Qaramanlı-Rüstəmli-Köyük avtomobil yolunun Qaraməmmədli-Qaranmanlı-Köyük hissəsinin tikintisi başlanılmış bu sürətlə davam etdirilir. Həmçinin şəhər mərkəzində sakinlərin böyük maraqla açılacağı istifadəyə veriləcəyi günü gözlədiyi Olimpiya İdman Kompleksinin tikintisinə start verilmişdi həmin kompleksin tikilməsi üçün Kür çayı sahəsində 5 hektar torpaq sahəsi ayrılmışdı. Aparılan tikinti işləri içərisində vətəndaşların, xüsusilə müharibə əlillərinin iştirakçılarının illərlə gözlədiyi mənzil problemi öz həllini tapmaqdadı. Məhz bu məqsədlə rayonda ayrılmış xüsusi ərazidə çoxmərtəbəli binanın tikilməsi artıq gündəmdədi bundan öncəki illərdə həmin məqsədlə xeyli işlər görülmüşdü.

O ki, qaldı şəhərin abadlaşdırılması işinə, bununla bağlı rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən işçi qrupunun hazırladığı rayon rəhbərliyi tərəfindən təsdiq edilmiş planı əsasında ardıcıl işlər görülür. Həmin görülən işlərin coğrafiyasına diqqət yetirəndə məlum olur ki, Çingiz Mustafayev küçəsindən Mərkəzi xəstəxanasınadək, xəstəxanadan Əşrəfbəy küçəsinədək, Bakı yolundan 32-ci məhəlləyədək, reabilitasiya mərkəzinədək, həmçinin şəhid Fariz Məmmədov küçəsində geniş təmir-abadlıq işləri aparılmışdı. Hazırda bu işlər davam etdirilir.

 

(Ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

Ceyhun RÜSTƏMOV

ədalət.-2014.-30 may.-S.7.