TƏRƏQQİ EDƏN XAÇMAZ

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Ölkəmizin regionları içərisində özünəməxsus yeri olan Xaçmaz həm də Azərbaycanın şimalında mühüm iqtisadi bir zonanı təşkil edir. Yəni bu rayonun inkişafı, tərəqqisi, çiçəklənməsi, iqtisadi gücünün artması ölkəmizə şimaldan gələn hər bir qonaqda müsbət rəy yaradır, ölkəmizin inkişaf barəsində fikirlər formalaşdırır. Bax, bu mənada məsələyə yanaşanda, onda "Regionların İnkişafına Dair Dövlət Proqramı"nın əhəmiyyəti daha da artır və onun gərəkliyi labüd olur.

Təbii ki, ölkə rəhbərliyinin, öncə isə ümummilli liderimizin layiqli varisi, Azərbaycan prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatının inkişaf parametrlərinin gerçəkləşməsində iqtisadi mexanizmin tam gücü ilə işləməsində vacib olan ən zəruri və ciddi addımların vaxtında atılmasının həm təminatçısı, həm də qarantı kimi çıxış edərək bu yöndə böyük uğurlara şərait yaradır. Məhz bu mənada digər bölgələrimiz kimi, Xaçmazda da uğurlu iqtisadi inkişaf, mədəni yüksəliş təmin olunmaqdadı. Belə ki, son illərdə rayonda aparılan quruculuq işlərinə və bütövlükdə rayonun mənzərəsinə, coğrafiyasına göz yetirəndə yeniliklər dərhal diqqəti çəkir, görülən işlərin əhəmiyyəti və səmərəliliyi hər kəsdə müsbət fikirlər yaradır. Açıqca hiss olunur ki, Xaçmazda da sözün bütün mənalarında ölkə prezidentinin fərman və sərəncamları, tapşırıqları, göstərişləri rəhbər tutulur və birmənalı şəkildə vaxtında icra olunur. Bu da rayon rəhbərliyinə rayon iqtisadi inkişafı sürərtləndirmək, ictimai-siyasi sabitliyi qorumaq, qanunların icrasını təmin etmək imkanları verirbunlar da məqsədyönlü şəkildə həyata keçirilir. Əgər rəqəmlərin dili ilə ifadə etsək, onda 2009-2013-cü illər üçün nəzərdə tutulan ikinci regional inkişaf proqramı demək olar ki, Xaçmazda uğurla başa çatdırılmış və proqram çərçivəsində Xaçmazda sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi genişləndirilmiş, yol təsərrüfatı, təbii qaz təminatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr müvafiq şəkildə inkişaf etdirilmiş və həmin sahələr üzrə uğurlu işlər gerçəkləşdirilmişdi. Bu gün isə rayonda 2014-2018-ci illəri əhatə edəcək yeni dörd illik inkişaf proqramı nəzərdə tutulmuşbu istiqamətdə müəyyən addımlar da atılmışdı.

Rayonda olarkən əldə etdiyimiz məlumatlara görə, ikinci dövlət proqramının qəbulundan keçən müddət ərzində Xaçmazda gerçəkləşdirilmiş işlər nəticəsində 8938 yeni yeri açılmışdır. Həmin bu yerlərinin 5197-si daimi yeridi. Bu da fərdi qaydada diqqətə təqdim etsək, bu qədər ailənin büdcəsinə daxil olan əmək haqqı-vəsait deməkdi. Xatırlatmaq yerinə düşər ki, cari ilin 9 ayında 1335 yeni yeri açılmışdır ki, bunun da 1210-u daimi yeri sayılır. Əgər son onilliyə diqqət yetirsək, onda məlum olar ki, həmin müddət ərzində rayonda 19992 yeni yeri açılmışdır ki, açılan yerlərinin 11440-ı daimidi.

Xaçmazda həyata keçirilən iqtisadi-mədəni inkişafın ümumi mənzərəsini sahələr üzrə xarakterizə etsək, onda öncə rayonun sənaye sahəsində qazandığı nailiyyətlərə nəzər yetirməli olacağıq.

Cari ilin 9 ayı ilə bağlı rayonda keçirilən sosial iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə icra hakimiyyəti başçısının birinci müavinin hesabatındakı çıxışında göstərilmişdi ki, Xaçmazda 9 ay ərzində ümumi məhsul buraxılışı 296,9 milyon manat təşkil etmişdi. Burada göstərilən dövr ərzində sənaye məhsulu 22,5 milyon manat, kənd təsərrüfatının ümumi həcmi 180,7 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 59,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 211,6 miylon manat, adambaşına düşən pul gəlirləri 1746 manat təşkil etmişdi.

Sevindirici haldır ki, rayonda keçirilən hesabat yığıncağında da qeyd olunduğu kimi, bu ilin 9 ayı ərzində Xaçmazda ümumi sahəsi 14,34 kv.metr olan mənzil tikintisi gerçəkləşdirilmiş və həmin tikilmiş mənzillər sakinlərin istifadəsinə verilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, rayonda bu ilin 9 ayındakı orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 302,5 manat təşkil etmişdi.

Bu gün Xaçmazda hər kəs rayonun inkişafı ilə bağlı atılan addımları seyr edərəkən buraya ümummilli liderimiz Heydər Əliyev cənablarının, həmçinin Azərbaycan prezidenti İlham Əliyev cənablarının səfərlərini çox böyük sevgi ilə xatırlayırlar. Çünki bu səfərlərin hər birində rayon üçün, onun sakinləri üçün kifayət qədər önəmli məqamlar olub. Məhz Azərbaycan prezidenti İlham Əliyev cənablarırın böyük qayğısı nəticəsində Xaçmaz rayonunun mərkəzində və digər ərazilərdə abadlıq işləri sürətləndirilmiş, yeni parklar salınmış, komplekslər tikilmiş, mərkəzlər açılmışdı. Təbii ki, bütün bunlarda rayon icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevin xüsusi xidmətləri var. O, rayon icra hakimiyyəti başçısı təyin olunduğu gündən Xaçmazda bütün sahələr üzrə yeniləşmə, inkişaf diqqəti çəkib və bu gün də yüksələn xətt üzrə inkişaf davam etdirilir.

Son illərdə XaçmazXudat şəhərində inşa edilən Heydər Əliyev mərkəzi və parkı sakinlərin ən çox üz tutduğu ünvanlardan biridi. Burada həmçinin Uşaq-gənclər idman məktəbi həm valideynlərin, həm də məktəblilərin ən çox diqqət ayırdıqları ünvanlardan biridi. Yəni burada uşaqlar həm idmanla məşğul olur, həm asudə vaxtlarını səmərəli keçirir, üstəlik də valideynlər övladlarından güvənli olurlar. Təbii ki, bütün bunlar da gənc nəslin formalaşmasında, inkişafında mühüm bir addımdı.

 

(Ardı var)

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2014.-7 noyabr.-S.7.