TƏRƏQQİ EDƏN XAÇMAZ

REGİON

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

"Regionların İnkişafına Dair Dövlət Proqramı" digər bölgələrimiz kimi Xaçmazda da bütün sahələr üzrə eyni zamanda həyata keçirilir. Yəni buruda sahələr arasında fərq qoymadan görülən işlər elə nizamlı, elə planlı şəkildə həyata keçirilir ki, heç bir tərəf axsamır. İstər sənaye, istər kənd təsərrüfatı, istər elm, təhsil, səhiyyə və bütövlükdə sosial sahələr rayon rəhbərliyi tərəfindən konkret plana uyğun bir şəkildə nəzarətdə saxlanılmaqla reallaşdırılır. Məhz bu cür rəhbərliyin nəticəsidir ki, bu gün digər bölgələrdən fərqli olaraq Xaçmazda hər kəsin diqqətini çəkən və açıq səma altında yaradılmış "Şəxsiyyətlər muzeyi" göz oxşayır. Rayona səfər edən hər kəs bu muzeydə tanınmış şəxsiyyətlərdən 52 nəfərin abidə və büstünü görə bilər. Bu həm tariximizə, həm müdrik şəxsiyyətlərimizə olan böyük sevginin bariz nümunəsi və göstəricisidi.

Uğurlu inşaat işləri içərisində digər sosial obyektlərin də özünəməxsus yeri var. Belə ki, rayon mərkəzi xəstəxanasının, Heydər Əliyev muzeyinin, şahmat məktəbinin, xalça muzeyinin, uşaq və gənclər kitabxanasının 5 hektar ərazidə yaradılmış Heydər Əliyev kompleksinin, samovar kompleksinin, rayonun giriş qapısının Xaçmaz kondinsator zavodunun və digərlərinin adını heç bir tərəddüd etmədən vurğulamaq Xaçmazda gerçəkləşən inkişaf proqramının sürət və miqyasını ifadə edə bilər.

Sevindirici haldır ki, rayonda son 10 ildə 5 dəfə qonaq olmuş ölkə prezidenti cənab İlham Əliyev bütün bu obyektlərin və eləcə də digər rayon və ölkə əhəmiyyətli magistralın, parkların, Xaçmaz Olimpiya Kompleksinin və digərlərinin açılışında iştirak etmiş və vurğulamışdı ki, "Xaçmaz indi parklar şəhəridi".

Xaçmaza səfər edən hər kəs bir əzəmətli binanı da seyr edə bilir. Həmin bina Quba, Xaçmaz Regional İnkişaf Mərkəzinin binasıdır. Burada regionda sahibkarlığın inkişafı, sahibkarların maarifləndirilməsi və dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır, məsləhətlər, tövsiyələr verilir. Məhz bu mərkəzin də açılışında Azərbaycan Prezidenti də şəxsən iştirak etmişdi. Ümumityyətlə, son 10 ildə Xaçmazda 20-yə yazxın inzibati bina istifadəyə verilmişdi. Bunların içərisində İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, maliyyə idarəsinin, dairə seçki komissiyasının, FHN-nın şimal regional mərkəzi, təhsil şöbəsi, ədliyyə şöbəsi və digərləri həm arxitektura baxımından, həm də müasirlik baxımından dərhal diqqəti özünə çəkir.

Sevindirici haldır ki, inşa edilən binalar içərisində 120 yerlik iki körpələr evinin, 1000 şagird yerlik 6 məktəb binasının, 2260 şagird yerlik 5 məktəb binasının tikintisi və təmiri və ümumiyyətlə rayonda aparılan, daha doğrusu, son 10 il ərzində üst-üstə 8376 şagird yerlik 33 yeni məktəbin müəllim kollektivlərinin ixtiyarına verildiyini xüsusi qeyd etmək olar.

Bu ilin arxada qalan 9 ayı ərzində rayonda Heydər Əliyev seyrangahı və Çənlibel parkında da abadlıq işləri aparılmış və sentyabr ayında rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Çənlibel parkında hündürlüyü 19 metr olan "İlanlı dağ" kompleksinin açılışı gerçəkləşdirilmişdir. Bununla yanaşı, 1,5 hektar sahədə salınmış Dövlət Bayrağı meydanında da böyük işlər görülmüşhündürlüyü 85 metr olan bayraq ucaldılmışdır. Çənlibel parkı ilə Bayraq meydanı arasında olan ərazidə aparılan abadlıq işləri zamanı buradan keçən avtomobil yolu kənar sahəyə köçürülmüş, hər iki park və meydanın arası demək olar ki, bütövləşdirilmiş və ərazi 8 hektarı əhatə etmişdi. Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, xaçmazlılar 9 noyabrda, yəni Dövlət Bayrağı günündə tikintisi artıq başa çatmış bayraq muzeyinin açılışını edəcəklər.

Rəqəmlərə diqqət yetirsək, onda məlum olar ki, Xaçmazda yolların, küçələrin abadlaşdırılması, yenidən çəkilməsi istiqamətində də kifayət qədər işlər görülür, rayonda enerji, qaz, su problemlərinin vaxtlı-vaxtında öz həllini tapması da artıq uğurla aparılır. Yəni əhalinin qaldırdığı hər bir məsələ bu istiqamətdə dərhal öz həllini tapır.

Respublikamızın həm də kənd təsərrüfatı rayonlarından biri olan Xaçmazda 2014-cü ilin məhsulu üçün bütün təsərrüfat qurumları üzrə 32030 hektar sahədə taxıl, o cümlədən 23301 hektar buğda, 8629 hektar sahədə arpa əkilmişdir. Havaların qeyri-sabit keçməsinə baxmayaraq, rayonda məhsuldarlıq 22,8 sentner olmuşdur. Burada tərəvəz, bağçılıq, bostançılıq məhsulları da becərilib həm rayon sakinlərinin, həm də paytax sakinlərinin süfrəsinə çatdırılır. Əgər rəqəmlərlə ifadə etsək, 2014-cü ilin məhsulu üçün 4117 hektar sahədə tərəvəz, 2906 hektar sahədə yem bitkiləri, 10010 sahədə kartof əkilmişdi. Üstəlik, 13337 hektar sahədə isə bağbanlar bol məhsul əldə etmişdilər.

Aqrar sahənin planlı inkişaf etdirilməsi kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərmişdi. Bunun nəticəsidir ki, ümumi tutumu 17,5 min ton olan 9 ədəd meyvə-tərəvəz saxlanılan soyuducu-anbar kompleksi tikilmiş, 10 fındıq məhsulunun ilkin emalı müəssisəsi, 5 özəl quşçuluq və 7 özəl taxılçılıq və tərəvəz toxumçuluğu təsərrüfatı, 3 tərəvəz istixanası fəaliyyətini uğurla davam etdirir. Burada həm də suvarma işləri də planlı şəkildə həyata keçirildiyindən kənd təsərrüfatı ilə məşğul olanların demək olar ki, tələbatı vaxtlı-vaxtında ödənilir.

Bəli, bu gün Xaçmaz öz uğurlu inkişafını rayon icra hakimiyyəti başçısının və bacarıqlı kadrların məqsədyönlü, səmərəli fəaliyyəti nəticəsində tərəqqi yollarındadı. Düşünürük ki, bu uğurlar Xaçmaz üçün bir ənənəyə çevriləcək.

 

Ceyhun Rüstəmov

Ədalət.-2014.-8 noyabr.-S.4.