MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

(mövzu əsasında XVI yazı)

 

(Əvvəli ötən sayımızda)

 

Aparılan işlərə diqqət yetirərkən görmək olur ki, həqiqətən də rayon çaylarında son bir il 5074 kbm.olmaqla 350 p/m həcmində və dəyəri 1064248 man.olmaqla mühafizə divarı (bəndi) tikilmişdir. Həmin bəndlər Kürmük çayının sol sahilində, İlisu və İbaxlı kəndlərinin mühafizəsi, Kürmük çayının sağ sahili boyu Qaxbaş, Qax şəhəri və Əlibəyli kəndlərinin mühafizəsi üçün tikilmiş və Zərnə çayında da Zərnə kəndinin mühafizəsi üçün bəndlər tikilmiş istismara verilmişdir.

Tikinti işləri əsasən "Azər Körpü" ASC, "Zaqatala MES" və "Əfqan" firması tərəfindən aparılmışdır.

Qax Suvarma Sistemləri İdarəsi öz fəaliyyəti çərçivəsində rayon çaylarında cari və əsaslı təmir işləri həyata keçirir. Suvarmanın mütəşəkkil aparılması üçün suvarma kanallarında idarənin cari təmir planı əsasında lildən təmizləmə, çaylarda məcranın təmizlənməsi və sahilbərkitmə işlərini yerinə yetirib. 436 min kbm (436000) həcmində lildən təmizləmə, çaylarda 858,37 min kbm (858370) həcmində məcra təmizləmə işləri görülmüşdür.

Suvarma kanallarında aparılan lildən təmizləmə işləri əsasən Qapıçay, Qorağan, Almalı, Şotavar, Zəyəm, Baydarlı və Qıpçaq kanallarında, məcra təmizləmə işləri isə əsasən Kürmük çayı, Hama çayı, Zərnə çay, Ləkit çay, Qaşqaçay, Dəymədağlı (Qaraçay) və Ağçay çaylarında aparılmışdır. Bundan əlavə idarəmiz Əlibəyli və İbaxlı kəndləri ərazisində, Qaşqaçay, Ağçay və Zərnə çaylarında sahilbərkitmə işlərini yerinə yetirmişdir. Məhz aparılan cari təmir işlərinin nəticəsidir ki, çaylarda əmələ gələn sel-sularını heç bir ziyan vurmadan ötürmək mümkün olmuşdur.

Qeyd etdiyimiz kimi, idarə eyni zamanda əsaslı təmir işlərini də yerinə yetirmişdir. İdarəyə ASC tərəfindən ayrılmış əsaslı plan çərçivəsində Qax-ingiloy, Qax-muğal, Ağçay, Qobala beton kanallarında, İlisu kəndində yerləşən su ötrücü qurğuda, Qapı-çay-Qorağan arxında, Qaşqaçay kəndində, Cəlayerdəki su ötürücü qurğuda, Almalı, Şotavar, Qıpçaq, Cəlayer və Zəyəm kanallarında irimiqyaslı işlər aparılmışdır, bu gün də həmin işlər davam etdirilir.

Əmbərçay beton kanalında investisiya hesabına 1,5 km uzunluğunla beton kanal tikilmiş və 2014-cü ildə tikintisi davam etdirilmişdir. Bundan əlavə əsaslı təmir planı əsasında Kürmük çayında Qax-ingiloy kəndinin 354 kbm, İbaxlı kəndinin mühafizəsi üçün 1450 kbm və Əlibəyli kəndinin mühafizəsi üçün 960000 manat dəyərində daş-beton bəndlər tikilmişdir.

Kürmük çayı, Qax-ingiloy, İbaxlı, Əlibəyli kəndləri ərazisində də əsaslı təmir işləri aparılır. Qax şəhərinin içərisi ilə uzanan Qax-ingiloy və şəhərin girəcəyindən başlayaraq uzanan Qax-muğal beton kanalında bu gün də əsaslı təmir işləri davam edir. Ağçay kanalında (Qobala çayda) aparılan tikinti işlərini də göstərmək olar.

İdarənin inzibati binası, avtoqarajlar, anbarlar əsaslı təmir olunmuşdur. İnzibati binanın istər daxilində, istərsə də fasadında aparılan əsaslı təmir işləri də yüksək keyfiyyətlə aparılmışdır. İdarəmizin həyətində xüsusi səliqə-səhmanlı yaşıllıq zolağı salınmışdır.

Rayonda suvarmanın mütəşəkkil təşkil edilməsi üçün 4 ÇSİB. (sudan istifadə birlikləri) yaradılmışdır. Bunlar "Meliorator" SİB, "Qax-baş" SİB, "Şotavar" "Lələli" SİB və "Turaclı" SİB-dır. SİB-nin yaradılmasında məqsəd əsasən suvarmanın mütəşəkkil təşkil edilməsində, su istehsalçılarının suyun satılmasında və eyni zamanda istehlakçılara verilən suyun dəyərinin (su pulunun) yığılmasında mühüm rol oynayır.

İdarəmizdə aparılan bütün işlərin yerinə yetirilməsi üçün güclü texnikanın olmasıdır. Bu da Azərbaycan Respublikasının MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin idarəmizə və rayonumuzda aparılan və genişmiqyaslı tikinti-abadlıq işlərinə olan qayğı və diqqətin nəticəsidir. Kollektivimizin bütün mexanizatorlar, melioratorları bütün göstərilən qayğıya cavab olaraq hər il plan və tapşırıqları layiqincə yerinə yetirirlər. Ona görə də idarəmizin fəal işçiləri Qax RİH və MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri tərəfindən layiqincə qiymətləndirilir. Sahə rəisi İbrahim Həşimov, mühəndis E.Əhmədova, qaraj müdiri M.Muradov, mexanizatorlar Sadədin Bayramov, Mübariz Kərimov, Bəhruz Məmmədov ASC tərəfindən fəxri fərmanla, Qax RHİ-qnin başçısı tərəfindən rayonda aparılan aparılan işlərdə xüsusi əməyi olan SS-nin rəisi X.Əsgərov, mexanik Abdulla Misyafov, çilingərlər Riyahin Məmmədov, Bəylər Əhmədov fəxri fərmanla təltif olunmuşlar.

2015-ci ildə kollektivimiz daha da əzmlə çalışaraq Dövlət Proqramının yerinə yetirilməsi üçün layiqli töhfələr verəcəkdirg

 

 

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2014.-13 noyabr.-S.7.