SİYƏZƏNİN BU GÜNÜ

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Azərbaycanın regionları içərisində özünəməxsusluğu ilə seçildən Siyəzən raoynu hələ sovet dönəmində kənd təsərrüfatının, xüsusilə quşçuluğun inkişafı baxımından həmişə diqqət mərkəzində olubdu. Elə həmin illərdən müəyyən iqtisadi baza qazanmış Siyəzən rayonu ölkəmiz müstəqillik əldə etdikdən sonra qarşıda açılan yeni üfüqlərə doğru daha inamlı, daha uğurlu addımlar atmağa və müstəqil Azərbaycanın bir parçası kimi öz səlnaməsini yazmağa başladı.

Təbii ki, inkişaf heçasan bir məsələ deyil. Yəni istənilən bir məqsədə, qarşıya qoyulan məqsədin icrasına çatmaq, nail olmaq üçün mütləq planlı şəkildə, özü də idarəçilik mexanizminin bütün rıçaqlarından istifadə etməklə fəaliyyət göstərmək gərəkdi. Elə bu mənada ölkəmizin bu regionunda da müstəqil məmləkətin memarı olan ulu öndərimiz Heydər Əliyevin iqtisadi kursu bütün sahələr üzrə inkişaf etdirilməyə başladı. Son onilliyi göz önünə gətirəndə Siyəzəndə gerçəkləşmiş iqtisadi uğurlar, eləcə də bu bölgənin xarici görkəminin dəyişməsi, abadlaşması dərhal diqqəti çəkir. Bütün bunlar da həm rayon rəhbərliyinin, həm də siyəzənlilərin əl-ələ verib doğma diyarı cənnətə çevirmək əzmi ilə işləmələrinin bəhrəsidi. Əgər rəqəmlərə üz tutub görülən işlərin mənzərəsini sözlə ifadə etmək istəsək, onda birmənalı şəkildə demək olar ki, həqiqətən bu gün Siyəzən uğurlu bir inkişaf yolundadı. Özübu inkişaf rayonun mövcud iqtisadi coğrafiyasının bütün sahələrini əhatə edir. Biz bugünlərdə Siyəzənə səfər edərkən qarşılaşdığımız mənzərə həmin o inkişafın gözlə görünən tərəfi idi. Məhz gördüklərimizin təsdiqi olan faktları, rəqəmləri rayon icra hakimiyyətindən bizə təqdim edəndən sonra həmin o ilk təəssüratımız daha da genişləndi.

Bəli, təkcə arxada qalan bu ilin 9 ayı ərzində rayonda görülmüş işlərin əks olunduğu faktlara diqqət yetirərkən bəlli olur ki, bu 9 ayda rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əldə edilən sosial-iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin yüksəlməsinə, gəlirlərin və əməkhaqlarının artmasına səbəb olmuşdur. Təbii ki, iqtisadisosial sahələrdəki vəziyyət öz növbəsində həmin mənzərəni əks etdirən faktiki qiymətlərlə özünü ifadə edir. Yəni bu ilin 9 ayı ərzində 77,8 milyon manat faktiki məhsul buraxılışı ötən ildəkindən 14 faiz artıqdır. Ayrı-ayrı sahələr üzrə ifadə etsək, 63,9 faiz kənd təsərrüfatı, 16,5 faiz ticarət, 10,2 faiz tikinti, 8,1 faiz sənaye, 1,3 faiz nəqliyyat sektorunun həmin o artımda payı vardı. O ki, qaldı qeyri-dövlət sektorunun artım payına, bunun da xüsusi çəkisi 81,3 faiz olmuşdu.

Ən sevindirici məqamlardan biriodur ki, həyat səviyyəsi yüksələn Siyəzəndə respublikanın digər bölgələri kimi işsizliyin aradan qaldırılması üçün böyük işlər görülür. Məhz bunun nəticəsidir ki, bu ilin 9 ayında rayonda 293 daimi yeri açılmışdı. Bu da faktiki olaraq 293 ailənin həyat səviyyəsinin yüksəlməsinə, problemlərin aradan qaldırılmasına böyük təkandır.

Bu gün Siyəzən rayonunda sahibkarlıq subyektlərinin də hərtərəfli inkişafı üçün münbit şərait yaradılıb. Ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyidaha geniş inkişafı üçün şərait yaratdığı sahibkarlıq Siyəzəndə də bir subyekt olaraq kifayət qədər rayonun sosial-iqtisadi həyatına təsir etmək gücünə malikdir. Əgər bu fikrimizi də rəqəmlərlə ifadə etsək, onda bəlli olar ki, ilin əvvəlində rayonda fəaliyyət göstərən və fəaliyyətləri sənaye istiqamətli olan sahibkarlar tərəfindən 6 milyon 304,7 min manatlıq məhsul istehsal edilmişdir. Təbii ki, bu istehsalla məşğul olan subeyktlər eyni zamanda rayon əhalisinə xidmətlər də göstərmiş və əvvəlki dövrlə müqayisədə 14,3 faiz müsbət göstəriciyə nail olmuşdular. Sevindirici haldır ki, bu gün rayonda sahibkarlar tərəfindən istehsal olunan sənaye məhsulları ümumi istehsalın 59,4 faizini təşkil edir. Sənaye məhsulunun ümumi həcminin 76.5 faizi dövlət mülkiyyətinin, 23,5 faizi isə xüsusi mülkiyyətin payıdır. Əldə olunmuş istehsal məhsulları istehlakçıların ünvanına göndərilmiş və bu gün də həmin məhsulların müəyyən hissəsi hazır vəziyyətdə dəyəri 1 milyon 715,2 min manat olmaqla anbarlarda öz istehlakçısını gözləyir.

Siyəzən rayonu Azərbaycanın həm də neft istehsalı ilə məşğul olan bölgələrindəndir. Burada kifayət qədər həmin istiqamətdə işlər görülürilin əvvəlindən 37,3 min ton neft, 5,6 milyon kub metr qaz hasil edilmişdir. Həmin məhsulların emal sənayesi də ilin əvvəlindən faktiki qiymətləri 1 milyon 413,7 min manat olan məhsul istehsal edilmişdir.

Göründüyü kimi, rayonun istər sənaye, istər kənd təsərrüfatı sahəsində müqayisəli araşdıram aparanda ötən ilin 9 ayından bu ilin bəlli tarixində kifayət qədər diqqəti çəkən irəliləyişlərə imza atılmışdır. Bu da öz növbəsində həmin məhsulların istehsalçılarının həyat səviyyəsinin yüksəlməsinə öz təsirini göstərimşdi. Necə deyərlər, yaxşı işləməyi bacaran siyəzənlilər yaxşı yaşamağı da bacarırlar. Məhz onun nəticəsidir ki, rayon əhalisinin elektrik, qaz, su və digər tələbatları demək olar ki, aradan qaldırılmış və mövcud nöqsanların da aradan qaldırılması üçün bu günmüvafiq qurumlar öz üzərlərinə düşən işləri əzmlə yerinə yetirməkdədilər.

 

(ardı var)

Ceyhun RÜSTƏMOV

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2014.-14 noyabr.-S.6.