Qarşımdakı kitab

 

Qarşımda bir kitab var - "Solmaz çiçəklər"dir adı. Müəllifi Solmaz Şirindir. Bu ad mənə çoxdan tanışdır mənim üçün çox əzizdir. Çünki gözəl tələbəlik illərinin xoş xatirələri bağlıdır bu adla. Bu xanımla 1970-ci ildə bir institutda, eyni qrupda təhsil almışıq.

38 il sonra onun xoş səsini eşidib, sonra isə özünü, onun xoş üzünü gördüm.

Günlərin bir günündə mənə bir telefon zəngi gəldi. Düzü, tanımadım...

isə... Bu xanım həmin o Solmaz xanım Şirinova idi ...Yeni bir impuls, yeni bir abu-hava daxil oldu həyatıma. "Ayat" qəzetinin təsisçisi baş redaktoru imiş Solmaz xanım.

Qayıdaq əvvəlki söhbətə... Qarşımdakı kitaba...

Bu şeir kitabı başqa kitablardan fərqlənir. Çünki burada Solmaz xanım öz gözəl fikirlərini, fəlsəfi düşüncələrini, nadir ifadələri, arzu amallarını özünəməxsus şəkildə izhar edərək oxucuda çox gözəl təəssürat yarada bilmişdir. Ən önəmlisi odur ki, Solmaz Şirin şeirin bütün vəznlərindən, janrlarından bədii ifadə vasitələrindən məharətlə istifadə edir.

Kitabdakı əsərləri bir neçə mövzuya bölmək olar:

 

Vətən məhəbbəti vətənpərvərlik ruhunda yazılmış şeirlər

 

Ana məhəbbəti valideyn sevgisi

Müəllim mənəvi ata

Zaman haqqında düşüncələr

Məktəb təhsil

Ülvi məhəbbət

Xanımlar, kişilər haqqında,

ismət mərdlik

Xəyanət sədaqət

Təbiət fəsillər

Tənhalıq xəyal aləmi, xatirələr

Nikbinlik

Qəzəllər

Aforizmlər

 

Həkim Qəninin Solmaz Şirinin bir-birinə həsr etdiyi sevgi dolu şeirlər

Həkim Qəni ilə Solmaz xanımın şeirləşməsi s.

Kitabın elə ilk səhifəsi "Azərbaycanım" şeiriylə başlayır. Onun sözlərindən şairənin vətənə, ölkəmizə, doğma yurda olan məhəbbət hissi açıq-aşkar görünür:

 

Sən mənə anasan, anamdan əziz,

Sənə məhəbbətim dənizdir, dəniz.

Ömrümün bir anı keçməsin sənsiz,

Ey mənim varlığım, qəlbim, vicdanım,

Mən sənə qurbanam, Azərbaycanım!

 

Şairə ana məhəbbəti valideyn sevgisi mövzusundan yan keçməmiş, "Mənim anam" şeirində bu mövzuya elə gözəl yanaşmışdır ki, oxuduqca adam valeh olur:

 

Şükür edir, razı qalır

Allahından mənim anam.

Keçə bilir çoxlarının

Günahından mənim anam.

 

"Röyalara möhtacam" şeiri bu mövzuda çox aktual səslənir:

 

Həyatıma gəlməsən ,

Gözəl anam, yuxuma gəl.

Aşkar deyib-gülməsən ,

Heç olmasa, yuxumda gül.

 

Hər bir şair, təbii ki, zaman dövran, tarix şəxsiyyət, təsadüf zəruriyyət kimi dialektik amillər haqqında fikirləri öz düşüncəsinə görə təsvir edir. Solmaz xanım da bu mövzulara öz tərzində yanaşmışdır:

 

Zaman yetişdirir insan ağlını,

Ömür zirvəsinə zaman qaldırır.

Heç başa vurmamış arzularını,

Ayrılıq təbilin zaman çaldırır.

 

Daha bir məşhur mövzu eşq aləmiylə bağlı mövzudur ki, şairi eşqsiz təsəvvür etmək olmaz. Bu sahədə Solmaz xanımın fikirləri çox obrazlı, düşüncəli, dərin, rəngarəng dəyərlidir. Zira, bu xanım eşqin əsl dəyərini anlayan şəxslərdəndir:

 

Həmdəm istəyirəm, həyat yolunda

Büdrəsəm, dayağım, dirəyim olsun.

Həmdəm istəyirəm, qolu qolumda,

Ürəyi mənim eşqimlə dolsun.

 

Solmaz xanım saf əqidəli, təmiz əxlaqlı, pak ruhlu bir xanım olaraq istər kişilərdən, istərsə qadınlardan qeyrətli, ismətli, ailəcanlı, övladsevən, gözəl ailə başçısı olmağı tələb edir bu hissləri "Ata qoyma adını" şeirində belə təsvir edir:

 

Ləyaqəti, vicdanı

Sən çöllərə atmısan.

Övladını arağa,

Eyş-işrətə satmısan.

 

Şərt deyil ki, dünyaya

Gətirəsən övladlar.

Çatmamısan haraya,

atalıq adın var?!

 

Solmaz xanım qəzəllər yazır. "Gözləmişəm" rədifli qəzəli diqqətimi çox çəkdi:

 

Uzun illər səni, ey sevgili can, gözləmişəm,

Qılmayıb sirrimi əğyarə əyan, gözləmişəm.

 

Hər yetən aşiqə aşiq deməyib, səbr edərək,

Sən təki eşqimə bir bəxti cavan gözləmişəm.

 

Kitabın bir hissəsində Solmaz xanımın aforizmləri yer tutur. Onlardan bir neçəsini nümunə göstərim:

 

Əməl insanın güzgüsüdür.

***

Ləyaqət insanın baş tacıdır.

***

Qiymət verməyi qiymətli adamlar bilərlər.

***

Azadlıqda ölmək məhbəsdə yaşamaqdan yaxşıdır.

***

İdrak ən uca zirvələr fəth edər.

***

 

Solmaz xanım çox hörmətli sənətkar Həkim Qəninin həyat yoldaşı, can sirdaşı, qələm yoldaşı dostu olmuşdur. Onlar bir-birilərinə çoxlu şeirlər həsr etmiş, hətta şeirləşmələr etmişlər. Bu şeirlərdən onların bir-birini qədər sevmələri, anlamaları, dərk etmələri cani-bir dost olduqları hiss olunur. Kitabdakı şeirlərdən biri olan Solmaz Şirinin "Tapılmır" şeirini Həkim Qəninin ona cavabını misal gətirə bilərəm:

 

O necə sazdır ki, görən, sinəmdə,

Onun ahəngini alan tapılmır?!

Necə möcüzə var məhəbbətimdə?!

Onun avazına dalan tapılmır,

Məhəbbət havası çalan tapılmır!

 

Həkim Qəninin cavabı:

 

Sanki bir saz varmış Sənin sinəndə,

Səni bu sevdadan alan tapıldı!

Alıb öz atəşin sinəsi üstə,

O könül sazını çalan tapıldı,

Səni bu sevdaya salan tapıldı!

 

Könlümü sevərək verərəm Sənə,

Buna zamin olan məndə vicdandır.

Bir can imiş ki, qurbanın ola,

Min canım da olsa, Sənə qurbandır!

 

Solmaz xanıma çoxlu şeirlər həsr olunub. Söhbətimin sonunda mən ona qısaca bir şeirimlə müraciət edir, can sağlığı, yaradıcılıq uğurları yeni-yeni kitablarının işıq üzü görməsini arzulayıram.

 

Şəmsəddin Canıyev

Şair-publisist, tərcüməçi

Ədalət.-2014.-20 noyabr.-S.6.