Ümumtəhsil sistemində müasirləşmə dövrü

(MÖVZU ƏSASINDA XXV YAZI)

 (əvvəli ötən sayımızda)

Ötən il rayonun məktəblərində Respublika Təhsil Nazirliyinin "Təlim prosesində müasir yanaşmaların təşəkkülü ilinin davamı" haqqında əmrinə uyğun olaraq başlanmış tədbirlər uğurla davam etdirilmiş, pedaqoji kollektivlər, müəllim və şagirdlər müvafiq respublika müsabiqələrində fəal iştirak edərək yüksək nəticələrə nail olmuşlar.

Belə ki, Respublika Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsində əldə etdiyi təlim müvəffəqiyyətlərinə görə respublikamızın sayılıb-seçilən məktəblərindən olan şəhər 2 saylı tam orta məktəb-liseyi ikinci dəfə bu müsabiqənin qalibi olmuşdur. Həmin məktəbin müəllimi Nərminə Abdullayeva və Qorağan kənd tam orta məktəbinin müəllimi Alqış Həsrətov isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibləri olmuşdur. Şəhər 2 saylı tam orta məktəb-liseyin müəllimi Güləbənzər Sərkərova Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə hörmətli Prezidentimizin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Rayonun ümumtəhsil məktəblərində "Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq ardıcıl aparılmış, müvafiq tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, ötən il fənn olimpiyadalarının respublika turunda fəal iştirak edən rayonun ümumtəhsil məktəblərinin şagirdlərindən 3 nəfəri mükafatlandırıcı yerləri tutmuşdur.

Hal-hazırda rayonumuzunəllimlərindən 5 nəfəri "Respublikanın əməkdar müəllimi" fəxri adını daşıyır. 5 nəfər "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 14 nəfər "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. 1 nəfər müəllim əməkdar məşqçidir. 5 nəfər müəllim isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.

Ümumtəhsil məktəblərinin xüsusi istedada, yaradıcılıq qabiliyyətinə malik olan onlarla şagirdi il ərzində respublikamızda təşkil olunmuş "Heydər Əliyev uşaqların gözü ilə", "Ana müqəddəs zirvədir", "Mirzə Fətəli Axundzadə-200" və digər çoxsaylı inşa yazı müsabiqələrində, "Mənim dünyam", "Heydər Əliyev və müstəqil Azərbaycan" adlı rəsm müsabiqələrində, bir çox musiqi ifaçılığı, rəqs, mahnı müsabiqələrində fəal iştirak edərək yüksək nəticələr əldə etmişlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə keçirdiyi gənc meşəçilərin ikinci respublika müsabiqəsində Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Gülənbər Əfəndizadə I, Vüsalə Süleymanova isə III yerləri tutmuşlar. Ləkit kənd tam orta məktəbinin şagirdi Akif Hacıyevin adı respublika "İstedad bankı"na daxil edilmişdir.

Rayon məktəblilərinin idman sahəsində də bir sıra uğurlu nəticələri olmuşdur. Belə ki, "Şahin" idman-hərbi oyunu üzrə Qax şəhər 4 saylı tam orta məktəbinin komandası rayon və zona turunun qalibi kimi respublika mərhələsində rayonumuzu təmsil etmiş və IV yeri tutmuşdur. Şəhər 2 saylı tam orta məktəb-liseyin "Cəsurlar" hərbi-idman-turizm, Almalı kənd tam orta məktəbinin komandası "Sərhəd" hərbi-idman oyunu üzrə zona turunun qalibi kimi respublika mərhələsinin iştirakçıları olmuşlar.

"Elektron təhsil" müsabiqəsinə qoşulan rayonun İbaxlı kənd ümumi orta məktəbinin gənc fizikaəllimi Səlminaz Allahverdiyeva "Elektron tədris vasitələrindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə qalib olmuşdur.

Rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi ilə bərabər, şagirdlərin hərtərəfli inkişaf etmiş vətəndaş kimi yetişməsi üçün sinifdənxaric, məktəbdənkənar tədbirlərin imkanlarından səmərəli istifadə edilir. Şagirdlərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onların ilkin yaradıcılıq, idarəetmə qabiliyyətlərinin inkişaf etdirilməsi üçün məktəblərdə təşkil edilmiş "Kiçik Akademiya"lar, "Məktəb uşaq parlamentləri", muzey və klublar müstəsna əhəmiyyət daşıyır.

Həyata keçirilən tədbirlərdə şagirdlərin ideya, əxlaq, əmək, estetik, ekoloji, fiziki və vətənpərvərlik tərbiyəsi sahəsindəki işə xüsusi diqqət yetirilir. Dərs ili ərzində təhsil müəssisələrində Azərbaycan Respublikası Dövlət rəmzlərinin, Azərbaycan Respublikası Konstitusiyasının, Uşaq Hüquqları haqqında Qanunun, Ulu Öndər Heydər Əliyevin mənəvi irsinin öyrədilməsi və təbliği işi davam etdirilmişdir.

Pedaqoji kollektivlərdə vaxtaşırı keçirilən "Heydər Əliyevin mənəvi irsinin təbliğinin şagirdlərin tərbiyəsində rolu", "Tərbiyə prosesində fərdi keyfiyyətlərin nəzərə alınmasının insan kapitalının formalaşmasında rolu", "Uşaq hüquqları konvensiyasının ən yaxşı bilicisi", "Narkomaniya bəşəriyyətin faciəsidir", "Ekoloji problemlər və onların fəsadları" və s. mövzularda keçirilən konfranslar, dəyirmi masalar, təcrübə mübadilələri, təşkil olunan açıq dərslər gənc müəllimlərin elmi-metodiki hazırlıqlarının yüksəldilməsinə xidmət edir. Rayonun ümumtəhsil məktəblərində Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq plan hazırlanmış və bu plana əsasən ardıcıl tədbirlər həyata keçirilməkdədir. Proqrama uyğun olaraq şəhər 1,2,3,4,5 saylı, İlisu, Qum, Turaclı, Almalı, Qax İngiloy, Cəlayir, Qıpçaq, Dəymədağlı kənd tam orta məktəblərinin, eləcə də rayon Təhsil şöbəsinin, Uşaq Yaradıcılıq Mərkəzinin, Uşaq-Gənclər Şahmat, Uşaq Gənclər İdman məktəblərinin internetə qoşulması üçün lokal şəbəkə quraşdırılmışdır.

Əldə edilmiş müvəffəqiyyətlər barədə rayon Təhsil şöbəsinin müdiri Məmməd Xasiyev belə deyir:

- Şübhəsiz, təhsildə əldə edilmiş uğurların əsasında ilk növbədə bu vacib sahəyə göstərilən dövlət qayğısı, son dövrlər yaradılmış müasir maddi-texniki baza dayanır. Bununla bərabər rayon rəhbərliyinin, ictimaiyyətin də bu sahəyə yüksək marağı, diqqət və qayğısı zəngin ənənələri olan Qax təhsilinin son dövrlər daha da inkişafına təkan vermişdir. Lakin bu gün biz əldə edilmiş uğurlardan daha çox qarşıda duran vəzifələrdən danışmalıyıq. Bu yaxınlarda keçirilən Azərbaycan müəllimlərinin XIV qurultayında bir daha vurğulandı ki, ölkəmizin müasirləşən təhsil sistemində köklü dəyişikliklər etməyin vaxtı çoxdan çatmışdır. Qurultayın yekunlarını müzakirə edən pedaqoji kollektivlərimiz cari tədris ilində və qarşıdakı illərdə həyata keçiriləcək islahatlara hazırlaşmaqla bərabər, qurultayın qarşımıza qoyduğu kimi təhsilimizin ilk növbədə milli maraqlarımıza uyğun müasirləşməsi, dünya standartlarına uyğunlaşdırılması üçün səylə çalışırlar.

İnanırıq ki, respublika təhsil sistemində özünəməxsus ənənələri, dəst-xətti olan Qaxın təhsil ictimaiyyəti "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" haqqında qanunun və Respublikaəllimlərinin son qurultayının tələblərindən irəli gələn vəzifələri layiqincə yerinə yetirərək ümumtəhsil sistemində müasirləşmə mərhələsini yüksək səviyyədə başa vuracaq, daha böyük uğurlara imza atacaqlar.

 

Novruz ŞABANOV

Ədalət.-2014.-11 yanvar.-S.9.